Müəllim dünyanın ən müqəddəs xilqətidir
Müəllim dünyanın ən müqəddəs xilqətidir. Bu müqəddəsliyin qarşısında ən məğrur başlar əyilib. Müəllim ömrü damcı-damcı yanan şama bənzəyir.
O, günbəgün , saatbasaat yandıqca yüzlərcə qəlbdə bilik, savad şamı yandırır. Bəli müəllimlik çox şərəfli həmdə çox çətin peşədir. Əsl müəllim çətinliklərdən qorxmaz daim yeniliyə tərəqqiyə can atar. Müasir dövr müəllim qarşısında daha ciddi tələblər qoyur. Biz müəllimlər isə harda yaşamağımızdan hansı şəraitdə dərs keçməyimizdən asılı olmayaraq daim axtarışda olmalı, şagirdlərimizə elmin sirlərini müasir tələblər səviyyəsində öyrətmək üçün əlimizdən gələni əsirgəməməliyik.
Mən Balakən rayonu Eyvaz Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəbinin IIa sinif müəlliməsiyəm. Mütəmadi olaraq keçirdiyimiz tədbirlər, açıq dərslər, yarışmalar və s. şagirdlərimizin inkişafında böyük rol oynayır. Mən şagirdlərimlə fəxr edirəm qürur duyuram və söz verirəm ki, onların Azərbaycanımıza layiq elimli, savadlı, gözəl əxlaqlı , vətənpərvər gənclər kimi yetişmələri üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Möhtərəm Məmmədova
Balakən rayonu Eyvaz Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəbinin İbtidai sinif müəlliməsi