AzTehsil.com


Xəbərlər
24 dekabr 2019
1 669


"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans



"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

 

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın ənənəvi olaraq ilin sonuna yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirdiyini, fikir mübadiləsi apardığını diqqətə çatdırıb.

Konfransın mövzusunun təhsil sahəsi ilə bağlı olduğunu deyən Əli Əhmədov bildirib ki, bütövlükdə inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Baş Nazirin müavini deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib, məktəblər tikilib, təhsilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb.

Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Nazir ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Ceyhun Bayramov diqqətə çatdırıb ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. Nazir bildirib ki, 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir.

Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsil layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur.

Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlbi istiqamətində görülən işlərdən də söz açıb. İstedadlı uşaqlarla iş sahəsində  həyata keçirilən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc olmaqla ümumilikdə 180 medal qazanıblar.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, "Rəqəmsal bacarıqlar” layihəsi  barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, cari tədris ilində məktəblərdə ilk dəfə olaraq STEAM-ın tədrisinə start verilib. Nazir deyib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.
 edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil işçilərinin respublika konfransı davam edir

Təhsil işçilərinin respublika konfransı davam edir

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib

Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

"Yeni imtahan modeli: islahatlar, nəticələr və  gözləntilər" mövzusunda konfrans

"Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Təhsil naziri Oğuz rayonu Padar kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Təhsil naziri Oğuz rayonu Padar kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

"Mən SABAHın məzunuyam”

"Mən SABAHın məzunuyam”