AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
16 dekabr 2019
44 345


Məktəbdə əxlaq və davranış qaydaları



Məktəbdə əxlaq və davranış qaydaları

 

 Əxlaq  və davranış

1. Sinfə müəllimdən əvvəl gəlməliyik.Zəng çalınan kimi kitabı,dəftəri və dərs ləvazimatlarını partanın üstünə qoyub,öz yerimizdə əyləşməliyik.

2. Müəllim sinfə daxil olanda hamımız ayağa qalxmalıyıq.Belə davranmaq müəllimimizə qarşı dərin hörmət əlamətidir.

3. Dərsdə sakitcə müəllimi dinləməli,öyrənməyə həvəs göstərməliyik.Müəllimin tapşırıqlarına əməl etməliyik.

4. Dərsdə yersiz danışmaqdan,başqalarının diqqətini dağıdan hərəkətlər etməkdən çəkinməli və dərsi pozmamalıyıq.

5. Sinfin pəncərəsindən boylanmaq,bu cür hərəkət edən yoldaşlarla zarafatlaşmaq həyat üçün çox təhlükəlidir.

6. Dəhlizdə,həyətdə və ya küçədə müəllimlərimizlə rastlaşarkən,onlara salam verməliyik

7. Məktəbdə bizə xidmət edənlərə (qapçılara, fəhlələrə,xidmətçilərə) həmişə hörmət göstərməliyik.

8. Müəllimlərimizin hamısı hörmətə layiqdir. Bütün müəllimlərə eyni münasibət göstərməliyik.

9. Sinifdə dəhlizdə və məktəbin həyətində saqqız çeynəmək mədəni davranış deyildir.

10. Bufetdən bir şey alarkən növbəyə durmalı, səbirlə növbəmizin çatmasını gözləməliyik.

11. Bufetdə xidmət edənlərlə mülayim rəftar etməli,mədəni davranmalıyıq.

12. İsrafçılıq etməməyə,yəni yerli-yersiz pul xərcləməməyə çalışmalıyıq.

13. Aldığımız yeməklərin kağızlarını və hər cür tullantıları zilib qutusuna atmalıyıq.

14. Əl-üz yuyarkən yoldaşlarımızla zarafatlaşmamalıyıq.

15. Dırnaqlarımızı hər həftə tutmalı,dişlərimizi müntəzəm olaraq təmizləməli,qulaqlar və burunun təmizliyinə,paltarın səliqəsinə diqqət yetirməliyik.Həftədə ən az iki dəfə çimməliyik.

16. Saçlarımız hər zaman təmiz,daranmış və səliqəli olmalıdır.

17. Dərslərimizdə müvəffəqiyyət qazanmaq üçün səylə çalışmalıyıq.

18. Ev tapşırıqlarını vaxtında yerinə yetirməliyik.

19. Hər zaman dərsə hazır gəlməliyik.Ev tapşırığı verilməsə belə,həmin günkü dərsləri təkrar etməyimiz dərsdə fəal iştirak etməyə kömək edəcək,üstəlik yoldaşlarımıza da köməyimiz dəyəcəkdir.

20. Partalarımızın üstünə,divarlara ya da məktəbimizin hər hansı bir yerinə yazı yazmaq səhv davranışdır.

21. Yığıncaq və tədbirlərdə səs salmamalıyıq. yanımızdakılarla danışmaq sağa-sola baxmaq,ayağa qalxmaq səhnədəkilərin diqqətini dağıdar,tamaşaçıları narahat edər.

22. Dövlət Bayrağımıza həmişə hörmətlə yanaşmalıyıq.Bayrağımızı aşağı salmamalı,endirməməliyik.

23. Dövlət himnimizi ayaq üstə dayanaraq sağ əli ürəyin üstünə qoyaraq ucadan oxumalıyıq

24. Yoldaşların xətalarından müəllimə şikayət etməyə xəbərçilik deyilir.Əgər yoldaşlarımızın davranışı onun özünə və başqalarına zərər ve- rirsə,bu barədə müəllimi xəbərdar etmək lazımdır.

25. Yalan danışmaq çox pis adətdir.Çox çətin vəziyyətə düşsək də doğru danışmaqdan əl çəkməməli,sözün düzünü deməliyik.

26. Yardımsevər olmaq çox gözəl davranışdır.Məşğələlərdə,birgə işlərimizdə yoldaşlarımıza kömək etməliyik.

27. Kobud danışmaq və davranmaqdan uzaq durmalıyıq.

28. Yoldaşlarımızın sevinclərinə də,kədərlərinədə şərik olmalıyıq.

29. Biri bizə yaxşılıq etmiş,bizi tərifləmişsə,ona təşəkkür etmək nəcib davranışdır.

30. Yoldaşlarımızla dalaşmamalı,onlardan küsməməli,heç vaxt başqasının arxasınca danışmamalıyıq.

31. Bütün ictimai yerlərdə olduğu kimi,avtobusda da ucadan danışmaq,yersiz zarafatlar etmək olmaz.Bununla siz başqasını narahat etmiş olarsınız.

32. Maşına minərkən və düşərkən özümüzdən kiçiklərə və böyüklərə yol verməliyik.Kiçiklərə və qocalara kömək etməliyik.

33. Məktəbə çatıb maşından enərkən,yaxud dərsdən sonra maşına minərkən növbəni gözləməliyik.Maşına minməyə və maşından düşməyə tələsənlər qəzaya səbəb ola bilərlər.

34. Məktəb avadanlıqlarını qorumalı,onlara zərər yetirməməliyik.Bilmədən vurduğumuz zərəri valideynlərimizin yardımı ilə ödəməliyik.

35. Məktəbdə özümüzdən kiçiklərə yardım etməli,onları qorumalıyıq.Onlara qarşı mərhəmətli olmalıyıq.Özümüzdən böyüklərə hörmət etmə- liyik.

36. Məktəbə cib telefonu gətirməməliyik.Dərsdən sonrakı məşğələlər zamanı evə gecikdiyimiz hallarda ailəmizə xəbər vermək üçün telefən gətirmişiksə,onu müəllimimizə verməliyik.Dərs və ya məşğələ başa çatandan sonra onu geri ala bilərik.

37. Məktəb həyətində özümüz və başqaları üçün zərərli olan davranışlardan çəkinməliyik.

38. Pilləkənin tutacaqlarından sürüşmək çox təhlükəlidir.

39. Məktəbə yalnız məktəbli formasında gəlməliyik.

40. Məktəbdə əldə edilən ən böyük qazanclardan biri kitab oxumaq vərdişidir.Əgər hələlik bu vərdişi qazana bilməmişiksə,bunun üçün səy göstərməliyik.

41. Dəhlizdə və pilləkənlərdə qaçmaq ciddi xəsarətlərə səbəb ola bilər.

 



Загрузка...