AzTehsil.com


Xəbərlər
09 dekabr 2019
2 890


Sürücülük imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB



Sürücülük imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB

 

"Sürücülük imtahanlarının keçirilməsi DİM-ə verilərsə, təbii ki, icra mexanizmləri də müəyyən olunacaq”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə sürücülük imtahanlarının DİM-ə verilməsi ilə bağlı deyilənlərə aydın gətirən zaman Lent.az -a söyləyib. Qurum rəsmisi bu kimi məsələlərin qanunvericiliklə tənzimləndiyini qeyd edib:
 

 

"Bu məsələlər qanunvericiliklə tənzimlənir. Sürücülük vəsiqəsi ilə bağlı imtahanların keçirilməsi də qanunvericilikdə qeyd olunduğu kimi aparılır. Yenidən hansı qərar qəbul ediləcəksə imtahanları da o qurum keçirəcək. Sürücülük vəsiqələrinin əldə olunması üçün təşkil olunan imtahanların DİM-ə verilməsi hələ ki, gündəmdə deyil”.

Xanlar Xanlarzadə deputat Çingiz Qənizadənin sürücülük imtahanlarının DİM tərəfindən keçirilməsinin böyük xərc tələb etməsi ilə bağlı fikrinə də aydınlıq gətirib: "Təbii ki, qanunvericilikdə bu təsdiqini taparsa ona uyğun işlər də həyata keçirilə bilər. İstənilən halda dövlət belə bir qərar verəcəksə, onun icra mexanizmləri də olacaq”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytnantı Rüfət Quliyev Lent.az -a münasibət bildirib. O, hazırda belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb:

Sürücülük imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB

 

"Bu barədə bir ildən çoxdur ki, əsassız fikirlər dolaşır. Hələ ki, imtahanların yol polisindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsi istiqamətində hər hansı işlər görülmür. Sözügedən məsələ hazırda gündəmdə deyil”.


Qeyd edək ki, bir müddət öncə hüquqşünas Ərşad Hüseynov sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılmasının daha məqsədəuyğun olduğunu bildirib. Deputat Çingiz Qənizadə isə sürücülük imtahanlarının DİM-ə verilməsinin əhali arasında narazılıq yaradacağını deyib:


"Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.





Загрузка...
Həmçinin oxuyun:
İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Abituriyentlərin valideynləri DİM-dən narazılıq etdi, qurum isə “bazar günü işləmir” cavabını VERDİ

Abituriyentlərin valideynləri DİM-dən narazılıq etdi, qurum isə “bazar günü işləmir” cavabını VERDİ

DİM-dən qəbul imtahanları ilə bağlı daha bir AÇIQLAMA

DİM-dən qəbul imtahanları ilə bağlı daha bir AÇIQLAMA

“Nə ali məktəblərdəki plan yerlərini, nə də tələb olunan təhsil haqqını DİM müəyyən edir"

“Nə ali məktəblərdəki plan yerlərini, nə də tələb olunan təhsil haqqını DİM müəyyən edir"

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

DİM imtahan tarixlərinin dəyişdirilmə səbəblərini açıqladı

DİM imtahan tarixlərinin dəyişdirilmə səbəblərini açıqladı

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

DİM-də növbəti SAT imtahanları keçirilib

DİM-də növbəti SAT imtahanları keçirilib

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

DİM qəbul imtahanlarından nə qədər pul qazandı?

DİM qəbul imtahanlarından nə qədər pul qazandı?

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

DİM 6 minə qədər şagird üçün monitorinq imtahanı keçirəcək

DİM 6 minə qədər şagird üçün monitorinq imtahanı keçirəcək

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı