---
22 noyabr 2018
2 359


Ekspertdən döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

 

 
 
175 saylı məktəbin direktoru Tural Mirzəliyev və aktyor Rza Rzayev arasında yaşanan insident sosial şəbəkədə müzakirə mövzusu olub.

AzEdu.az  xəbər verir ki, əməkdar müəllim Almaz Həsrət də məsələyə biganə qalmayıb. O, şəxsi feysbuk hesabında həmkarlarını ədalətli olmağa, olayı  qabartmamağa çağırıb:

"Axşam bir neçə məktəb direktoru "ictimai qınaq olması üçün” baş verən olayla bağlı eyni məzmunlu statuslar yazdılar. Belə olmaz! Belə edib məsələni qabartmayın! Son rəyi araşdırmadan  verməyin. Ara qarışan anda ağıllı biri aktyor və direktor arasında olan problemin həllinə  çalışsaydı, məsələ bu qədər böyüməzdi.

Artıq ikinci məktəbdir ki, direktoru ilə bağlı mətbuatda xoş olmayan rəylər yazılır. Hər iki məktəbin şagird və valideynlərinin nə düşündüklərini fikirləşin. Direktor kiminləsə mədəni müstəvidə söhbət apara bilmədiyi üçün əlbəyaxaya keçib. Sizcə, bu, müəllim, xüsusilə də məktəb rəhbərinin adına yaraşarmı? Hətta olay zamanı polislər direktorun özü ilə məhkəməyə apardığı müəllimlərdən birinin cibindən bıçaq tapıb. Bu, nə deməkdir?! Hansı əsl müəllim cibində bıçaq gəzdirir?! Təhsil təmiz və vicdanlı insanlarla inkişafa doğru gedər!”

O, yazdığı statusda bənzər anlaşılmazlıqlarla üzləşən digər direktorları da xatırladıb və həmkarlarını ədalətli olmağa səsləyib:

"Belə ictimai qınaq aksiyasına başlayan idinizsə, bir erməni "zavuçun” şər və böhtan atdığı mərd, bacarıqlı, savadlı, öz biliyi ilə rəhbər vəzifəyə keçən direktorun tərəfini niyə tutmadınız? Erməni qadının böhtan tələsinə düşməməkdən ötrü məcburiyyət qarşısında qalaraq ərizə yazıb işdən çıxan direktor üçün niyə birləşib ayağa durmadınız? Həmin  Elşən Qafarov indi işsizdir. Ancaq oğlu Vətənə xidmət edir. Arxa durmadığınız adam öz oğlunu şərəflə hərbi xidmətə göndərib. Hörmətli həmkarlar, dəstək missiyanızı, Elşən müəllim üçün də edərdiniz. Axı, o, illər öncə bərabər olduğunuz, bir kursda olarkən fotoşəkillər çəkdirdiyiniz adam idi .

Başqa bir olay da baş verdi... Xaçmazda illərin təcrübəsinə sahib, ədəb-ərkanı, ağsaqqallığı ilə kəndin böyüyü kimi sayılıb seçilən ziyalılardan biri olan məktəb direktoruna 2-3 valideyn yalandan şər-böhtan atdı. Buna qarşı nədən susdunuz? O müəllimi də belə itirdik…

Hörmətli həmkarlarım, sizi ədalətli olmağa dəvət edirəm. Susursunuzsa, hamıya susun, seçmələr etməklə danışmayın. Ədalətli olmağa çalışın!”

Qeyd edək ki, hadisənin bir neçə ay əvvəl aktyorun qohumunun işdən çıxarılması səbəbindən baş verdiyi bildirilir. Dünən məhkəmə iclasında sonra isə tərəflər arasında mübahisə düşüb. Rza Rzayev məktəb direktoruna bədən xəsarətləri yetirib. Direktor Tural Mirzəliyev hazırda 3 saylı Sabunçu xəstəxanasındadır.
 
 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ekspertdən  döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Ekspertdən döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Aktyor döydüyü direktordan danışdı – “O, xəstəxanada elə-belə yatır, heç bir zədəsi yoxdur”

Aktyor döydüyü direktordan danışdı – “O, xəstəxanada elə-belə yatır, heç bir zədəsi yoxdur”

Təhsil işçilərinə sahib çıxın!  Ekspertdən VİDEO müraciət.

Təhsil işçilərinə sahib çıxın! Ekspertdən VİDEO müraciət.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Bakıda Lisey direktoru işdən çıxarılıb

Bakıda Lisey direktoru işdən çıxarılıb

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Şərlənmiş məktəb direktorundan xəbər var

Şərlənmiş məktəb direktorundan xəbər var

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO