---
10 oktyabr 2017
2 833


Texnologiya dahilərindən övladlarına qadağalar. Robot kimi yetişirlər!

 

 

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə məktəblisindən tutmuş, böyüyünə qədər hər kəsin əlində yeni nəsil telefonlar görürük.


Kiminsə "mən telefon işlətmirəm”, "sosial şəbəkələrdə hesabım yoxdur” sözlərini eşitdikdə bizə gülməli gəlir. 
Bəs, hər kəsin həyatının bir hissəsinə çevrilmiş texnologiyanın yaradıcılarının necə? Onlarındamı imkanı çatmır uşaqlarına bahalı telefonlar almağa? 

Maraqlısı isə budur ki, onlar öz uşaqlarına 18 yaşlarına qədər bütün texnologiyaları qadağan ediblər. 

Sözügedən şəxslərin övladları ilə bağlı verdikləri müsahibələrindən maraqlı faktları təqdim edirik:

Bütün İT mütəxəssislərinin, eləcə də, "Ebay”, "Google”, "Apple”, "Yahoo!”, "Hawlet-Packard” kimi nəhəng şirkət sahiblərinin övladlarının getdiyi təhsil müəssisələrində vəziyyət 1997-2000-ci illəri xatırladır. Orada nə komputerlər var, nə də ki, mobil telefonlardan istifadəyə icazə verilir.
 
Texnologiyanın qadağan olunduğu məktəblərdə oxuyan uşaqlardan 3-ü "Microsoft” şirkətinin qurucusu Bill Qeytsin övladları olub. 

O, müsahibələrindən birində ağıllı insanlar övladlarını ağıllı texnologiyaların içinə atmaz deyə fikir səsləndirmişdi.

Onun fikrincə, texnikanın insanı əvəzlədiyi dövrdə buna imkan vermək gələcək nəsillərin robot kimi yetişməsinə şərait yaratmaqdır:
 

 



"Qanunda əlifba olmalıdır. Mən öz uşaqlarımın - Cennifer Katarina, Rori Con və Adelin Fibisinin - təlim-tərbiyəsinə böyük diqqət ayırıram. Bu səbəbdən də 14 il onlara nə mobil telefon, nə qəzet, nə kompüter istifadəsinə izacə vermədim. Onların zehni inkişafı və sağlamlığının qeydinə qalmaq üçün bunun düzgün addım olduğunu düşünürəm. Ona görə ki, texnologiyanın nələrə qadir olduğunu çox gözəl bilirəm. Elektron aparatlar azyaşlı uşaqların sağlamlığı üçün olduqca zərərlidir”.

Hazırda da, dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri olan Amerikada "Waldorf of the Peninsula" adlı məktəb fəaliyyət göstərir. 
 

 



Məktəb binasında sinif otaqları və dəhliz son dərəcə dəbdən düşmüş dizaynla hazırlanıb.İlk baxışda sovet dövründəki təhsil müəssisələrini xatırladır. Rəngli təbaşirlər, qara yazı lövhəsi, müxtəlif ədəbiyyat kitabları, taxta partalar, dərsliklər, dəftər, qələm, boya fırçaları, karandaşlar, rəsm albomları, və başqa vəsaitlərlə doludur. Məktəb binasına texnoloji avadanlıq gətirmək isə qəti surətdə qadağandır. 

"Apple” şirkətinin banisi Stiv Cobs da 4 övladının (3 qız 1 oğlan) texnoloji avadanlıqlardan istifadəsinə qadağa qoymuşdu.

Uzun müddətli (2 saatdan artıq olmamaq şərtilə) və xüsusilə, gecə saatlarında telefon, kompyuter istifadə etməyi qadağan edən Stiv, onun yerinə uşaqları ilə həmsöhbət olmağa zaman ayırır. Onun sözlərinə görə, bu sərt qadağa deyil.
 

Texnologiya dahilərindən övladlarına qadağalar. Robot kimi yetişirlər!

 


"Mən sərt qadağa qoymuram. Onlar üçün zərərli vərdişlərin qarşısını alıram. Əgər mən onlara laqeyd olsaydım təbii ki, bu boşluq onlara qəribə görünərdi. Lakin mən onların telefon, planşet və kompyuterə, müxtəlif saytlara, qəzetlərə ayırdıqları vaxtı səmərəli dəyərləndirmələrinə kömək edirəm”.

"3D Robotics” texnologiya şirkətinin icraçı direktoru Kris bütün elektron qurğuların təhlükəli olduğunu düşünür:

"Texnologiya lazımsız və zərərli məlumatları olduqca sürətlə azyaşlı uşaqlara çatdırır. Və bu zərərli vərdişlərin yaranmasına gətirib çıxarır. Limit və qadağalar vacibdir”.

Stiv Cobs, Bill Qeyts, Kris Andersonla yanaşı, "Twitter” sosial şəbəkəsinin yaradıcısı Evan Uilyams da uşaqlarına texnoloji avadanlıqlardan istifadəyə qadağa qoyub. Müəyyən yaşdan sonra o, öz uşaqlarına gün ərzində yalnız 1 saat telefondan istifadə etməyə icazə verib. Əyləncə məqsədilə uşaqlarına kitab oxumağı, tampaca tapmağı məsləhət görür.

İngiltərə şəhzadəsi Corc Uilyamın 4 yaşlı oğlu yaxın günlərdə 1-ci sinifə gedib. İngilis mətbuatı yazır ki, balaca şəhzadə Londonun cənub-qərbində fəaliyyət göstərən "Thomas's Battersea” adlı özəl məktəbdə hazırlıq kursuna gedir. 
 

Texnologiya dahilərindən övladlarına qadağalar. Robot kimi yetişirlər!

 


Məktəb binası haqqqında yazılan məlumatlar isə bizə deməyə əsas verir ki, bu təhsil müəssisəsi Amerikada "Waldorf of the Peninsula" məktəbi ilə oxşarlıq təşkil edir. Burada da sinif otaqlarında kompüterlər, planşet, elektron qəzetlər yoxdur. Binada IT sahəsinə aid heç nə tapmaq olmur. Məktəb kollektivi ən nüfuzlu insanların övladlarını qeydiyyata alsa da, onu da bildirir ki, texnologiya insanın yaradıcılığını öldürür, düşünmə qabiliyyətini passivləşdirir, çevikliyi, yazı qabiliyyətini, eləcə də insani münasibətlərin geriləməsinə səbəb olur. Məktəbin müəllimi Pol Tomas deyir ki, texnologiyadan imtina etməkdə biz təhsil sahəsində çox irəlidəyik.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Texnologiya dahilərindən valideynlərə xəbərdarlıq. Robot kimi yetişirlər!

Texnologiya dahilərindən valideynlərə xəbərdarlıq. Robot kimi yetişirlər!

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Azərbaycanlı məşhurlar övladlarının təhsilinə nə qədər pul xərcləyir? - AĞLASIĞMAZ RƏQƏMLƏR

Azərbaycanlı məşhurlar övladlarının təhsilinə nə qədər pul xərcləyir? - AĞLASIĞMAZ RƏQƏMLƏR

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

Xeyir və zərəri ilə mobil telefonlar

Xeyir və zərəri ilə mobil telefonlar

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Dindar valideynlər uşaqlarına xəsislik aşılayır ?

Dindar valideynlər uşaqlarına xəsislik aşılayır ?

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri