Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 Deməli bəzi ailələrimizdə belə bir fikir formalaşıb-uşaqı istəyimiz kimi tərbiyyə etmək lazımdır-bu nə dərəcədə doğrudur? Əvvəlcə qeyd edim ki, uşağa qarşı zor və güc tətbiq edilən zaman  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin On səkkizinci fəslinin (Həyat və sağlamlıq əleyhinə) 132 (Döymə) və 133 (İşgəncə vermə)-cü Məddələri ilə məsuliyyət daşınılır. Onuda qeyd etmək istərdim ki, hətta beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə məsuliyyətə cəlb olunur.
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ UŞAQLARIN MƏNŞƏYİNİN MÜƏYYƏN OLUNMASIValideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri
Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları
Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi
44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb muəssisəsindən kənarda anadan olduqda doğuma kömək gostərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının olumundən 300 gun ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (kecmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
44.4. Ana öldukdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkun olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mumkunluyu və ya cətinliyi guman olunduğu hallarda gələcək uşağın oz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dovrundə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
44.6. Yetkinlik yaşına catmış şəxs barədə atalığın muəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya muvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması
45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəcisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına catdıqda onun özunun ərizəsi əsasında məhkəmə qaydasında muəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun motəbərliyini nəzərə ala bilər.
45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin ozunu uşağın atası hesab edən şəxs öldukdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında muəyyən oluna bilər.
Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd
46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
46.2. Valideynlər oz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın muəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının gostərişi uzrə yazılır.
46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar.
46.5. Oz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.
Maddə 47. Atalığa, analığa dair mübahisə Açma
47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mubahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına catandan sonra onun ozunun və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə acıla bilər.
47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı ozunun uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə acma haqqında tələbi təmin oluna bilməz.
47.3. Qanunvericiliklə muəyyən olunmuş qaydada suni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mubahisə acma zamanı bu vəziyyətə əsaslanmaq huququ yoxdur.
47.4 Embrionun başqa qadına kocurulməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mubahisə acma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.
Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri
Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, oz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.
İndi isə gəlin ailədə uşaqlar hansı hüquqlara malik olmaları haqqında məlumat alaq:
Elə ailələrdə var ki, məsələn valideynlər ayrılan zaman uşaqı bir tərəf digər tərəflə münasibətdən uzaq tutur. Var belə hallar.. Diqqətinizə çatdırmaq istərdim ki, bu secimdə çox yalnış bir haldır.
AİLƏDƏ UŞAQLARIN HÜQUQLARI
Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ
49.1. 18 yaşına (yetkinlik yaşına) catmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hormət olunması hüququna malikdir.
49.4. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində (VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI) müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə unsiyyətdə olmaq hüququ
50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
50.4. Valideynlər muxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə muəyyən olunmuş qaydada oz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
Maddə 51. Uşağın müdafiə hüququ
51.1. Uşaq oz hüquqlarının və qanuni mənafelərinin mudafiəsi hüququna malikdir.
51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata kecirilir.
51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına catana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər oz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata kecirirlər.
51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır.
51.5. Uşağın huquqları və qanuni mənafeləri pozulduqda, o cumlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi uzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq oz hüquqlarını qorumaq üçün muvafiq icra hakimiyyəti orqanına, 14 yaşına catdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
51.6. Uşağın həyat və sağlamlığının təhlukədə olması, onun hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin muvafiq icra hakimiyyəti orqanına məlümat verməyə borcludurlar. Muvafiq icra hakimiyyəti orqanı bu cur məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ucun zəruri tədbirlər görməyə borcludur.
Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı oz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına catmış uşağın fikri mutləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına catmış uşağın razılığı ilə qərar qəbul edə bilər.
Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ
53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.
53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına gorə verilir.
53.3. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları muxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.
53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.
53.5. Atalıq muəyyən olunmadıqda uşağa ad ananın gostərişi ilə, ata adı bu Məcəllənin 46.3- cu maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına gorə verilir.
Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi
54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına catana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona oz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mumkun olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də uzursuz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
54.3. Uşaq oz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada muəyyən olunmayıbsa, muvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə muraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir.
54.4. 10 yaşına catmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Maddə 55. Uşağın əmlak hüquqları
55.1. Uşaq öz valideynlərindən və ailənin digər uzvlərindən bu Məcəllənin beşinci bölməsində (AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.
55.2. Aliment, pensiyalar, muavinətlər şəklində uşağa odənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
55.3. Məhkəmə uşağa gorə aliment odəyən valideynin tələbi ilə alimentin 50 faizdən cox olmayan məbləğini yetkinlik yaşına catmayan uşağın adına acılmış bank hesabına kocurmək barədə qərar cıxara bilər.
55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak uzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur.
55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mulki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.
55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mulkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər.
55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak uzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.
Əziz valideyinlər!Heç bir zaman "UŞAQDIR” deyib hərəkət etməyin. Əgər hansısa tərəf səhv edibsə, bu vəziyyətdə uşaqın bu səhvə görə cavab, əziyyət, sağlam mühitdə yaşamamaq məcburiyyətində deyil. Yəni, uşaq bütün bu problemlərdən kənarda qalmalıdır.
Əlbəttə bu hal övladımıza sağlam, istedadlı, gələcəyin çox ugurlu peşəsinə yiyələnməkdə çox kömək edəcək.
qadın.net






xtehsil


loading...