Valideyn
23 may 2016
20 448


Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləriAilə tərbiyəsinin pedaqoji prinsipləri Ailədə uşaqların tərbiyəsində aşağıdakı pedaqoji prinsiplərə əməl edilməlidir: 
1. Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın hansı yaşda olduğuna fikir vermir, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirsə, ata, yaxud ana müba­hi­səni kəsmək üçün onların hər birinə eyni tərzdə ciddi təsir göstərir. Bu ciddilik uşaqların hər birinə müxtəlif cür təsir göstərir. Böyük yaşlı uşaqlar bu münasibəti adi qarşılayır, kiçik yaşlılar özlərini yığış­dırır, lap balacalar isə ağlamsınınb dururlar. Demək tələb yaşa uyğun olmalıdır. 
2. Ailə tərbiyəsində uşaqların temperament tipləri nəzərə alın­malıdır. Temperament tiplərindən asılı olaraq, hər bir oğlan və ya qıza necə yanaşmaq, onun hisslərini düzgün qiymətləndirmək asanlaşır.
"Temperament” sözünün latın dilində hərfi tərcüməsi "hiss­lə­rin lazımi qarşılıqlı nisbəti” deməkdir.Yunan həkimi Hippok­rat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anotomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tut­muş­dur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xo­le­rik, fleqmatik və melanxolik adları müasir pedaqogika və psixo­logiya elmində indi də işlənilməkdədir.
Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakte­ris­tikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mü­hi­tə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir:
Sanqvinik tip – qüvvətli və müvazinətli, canlı, zirək, diribaş, fəal və təşəbbüskar, işgüzar, tələskən, şəraitə tez alışan, emosional, yaddaşları bir qədər zəif ; 
Xolerik tip – qüvvətli, ünsiyyətli, coşğun, çılğın, emosional, inadkar, bəzən aqressiv, müvazinətsiz, hövsələsiz; 
Fleqmatik tip – qaradinməz, təmkinli, ədalətli, sakit, ağır davranışlı, az ünsiyyətli; 
Melanxolik tip – sakit, zəif, qapalı, səbrli, kədərli, düşün­cəli, həssas, pessimist, yüksək yaddaş.
Valideyn ailədə öz övladları ilə tərbiyə işi apararkən göstəri­lən temperament tiplərinə uyğun şəkildə hərəkət etməlidir.
3. Fərdi yanaşma prinsipi. Ailədə tərbiyə vasitələri seçərkən uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq lazım gəlir. Bəzi şəxslər fərdi yanaşma və fərdi tərbiyəni bir-biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərq vardır. Fərdi tərbiyə təklikdə tərbiyə etməyi nəzərdə tutur, fərdi yanaşma isə uşağın fərdi xüsusiyyətlərini nəzərə almağı tələb edir. 
4. Hörmət və tələbkarlıq prinsipi. Valideynlər uşaqlarına yaşlarından asılı olmayaraq onlara hörmət etməli, onların şəxsiy­yəti, fikri, düşüncəsi ilə hesablaşmalıdırlar. Bəzi valideynlər övlad­la­rına yalnız tələbkarlıq göstərir, onlara hörmətlə yanaşmağın lazım gəldiyini unudurlar. Uşaq nə qədər nadinc, sözəbaxmayan, davakar olsa belə, valideyn onunla mərifətli, nəzakətli və mədəni davran­malı, pedaqoji etikanın tələblərini pozmamalıdır. 
5. Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi. Bir çox hallarda ailə üzvləri bu prinsipə əməl etmirlər. Ata tərəfindən uşağa verilən tapşırıq, bəzən ana tərəfindən pozulur, yaxud da ək­si­nə olur. Ailə üzvləri arasında uşağa hamı vahid tələbkarlıqla ya­naş­ma­­lıdır. 
6. Sistemlilik və ardıcıllıq prinsipi. Ailədə tərbiyə işləri müəyyən sistem və ardıcıllıqla aparılmalıdır. Bu işlə hər gün, hər saat, hər an, müntəzəm şəkildə məşğul olmaq lazımdır. Sistemsizlik, nəzakətsizlik tərbiyənin uğurla aparılmasına maneçilik törədir. Sistemlilik o deməkdir ki, həyata keçirilən hər hansı bir tədbir bir-birini tamamlasın, tərbiyəvi təsirlər zamanı vahidlik gözlənilsin. 
7. Ailə münasibətlərində nikbinlik prinsipi İlk növbədə vali­deynlər öz övladlarına həmişə yaxşı nəzərlərlə baxmalı, öv­lad­larının işlərinə şübhəli baxmamalıdır. Valideynlər uşaqlarını ruh­lan­dırmalı, həvəsləndirməli, onlara inam göstərməlidirlər. Ailə üzvləri də bir-birlərinə qarşı yaxşı, nikbin münasibətdə olmalı və qarşılıqlı inam, etibar, hörmət ailədə hökm sürməlidir. 
8. Ailədə böyüyən insana humanist və qayğıkeş münasibət prinsipi. Ailədə böyüyən uşaqlara valideynlər humanist, qayğıkeş mü­nasibət bəsləməli, yaxşı nə varsa hamısı ilk növbədə uşaqlar üçün nəzərdə tutulmalıdır. Valideynlər övladlarının xoşbəxt, sağlam bö­yümələri üçün onlara hər zaman qayğıkeş münasibətdə olmalı­dırlar. 
9. Uşaqların hamısını bərabərhüquqlu görmək və ailənin həyat fəaliyyətinə onları cəlb etmək prinsipi. Ailənin bütün üzvləri bərabərhüquqludurlar. Valideynlər övladları arasında ayrı­seç­kilik etməməli, birini, o birindən üstün görməməli, birini tərif edib, o birini məzəmmət etməməli, hamısına eyni münasibət, eyni rəftar göstərməlidir. Ailə üzvləri ailənin bütün işlərinə cəlb edilməli, ailənin problemləri ailə üzvləri ilə birlikdə müzakirə edilib həll edilməlidr. Övladlar ailə işlərinə həmişə cəlb edilməli, ailə problem­lərinin həllinə kömək etməlidirlər. 
10. Tələblərdə ardıcıl olmaq və mümkün olmayanı tələb et­mə­mək prinsipi. Ailədə uşaqlara müəyyən tələblər də verilir, müəy­yən qaydalara əməl etməsi də tələb olunur. Bu ailə tərbi­yə­si­nin mühüm şərtlərindən biridir. Valideynlər uşaqlara verilən tələb­lər­də ardıcıl olmalı, onların yerinə yetirilməsinə nəzarət etməli­dir­lər. Əlbəttə, tələblər də uşaqların gücünə, yaşına, sağlamlı­ğına, psi­xo­­logiyasına uyğun olmalıdır.
Bu prinsiplərdən başqa, bir sıra xüsusi prinsiplər də vardır ki, onlar da ailə tərbiyəsi üçün mühüm qaydalardır:
1.Ailədə fiziki və psixoloji təsirlərin qadağan edilməsi prin­sipi.
2.Başqalarının, ailə üzvlərinin məktub və gündəliklərini oxu- mağın qadağan edilməsi prinsipi.
3.Ailədə çox danışmağın, ucadan danışmağın qadağan edil­məsi prinsipi.
4.Uşaqları hədələməyin qadağan olunması prinsipi .
5. Ailədə erkən oyanma qayadasına əməl etmək prinsipi.
6. Ailədə səhər idmanı ilə məşğul olmaq prinsipi.
Bu prinsiplərə ailədə ciddi riayət edilməsi tərbiyənin düzgün qurulmasına səbəb olar.
Deməli, ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə müsbət keyfiy­yət­ləri formalaşdırmaqdır ki, onlar uşağın inkişafında yaranan çətin-likləri vaxtında dəf etməyə imkan yaradır. İntellektin inkişafı, yara­dı­cı bacarıqlar, qabiliyyət, ilkin əmək fəaliyyəti təcrübəsi, mənəvi və estetik cəhətdən formalaşma, mədəniyyət və uşaqların fiziki sağ­lam­lığı, onların xoşbəxtliyi-bütün bunların hamısı ailədən, valideyn­lərdən asılı olmaqla ailə tərbiyəsinin əsasını təşkil edir. Valideynlər birinci tərbiyəçilər kimi uşaqlara daha güclü təsir etmək qüvvəsinə malikdir.
Ailə tərbiyəsinin öz metodları vardır. Bunların sırasında şəxsi nümunə, birlikdə müzakirə, inam və etibar, sevgi-məhəbbətin büru­zə verilməsi, bu və ya digər işlə bağlı ailə üzvünün qayğısına qalma, nəzarət, yumor və zarafatlar, ənənələr, tərifləmələr, mükafatlan­dır­ma və s. ola bilər. Burada seçim yalnız konkret situativ şərait nəzərə alınmaqla fərdi şəkildə həyata keçirilə bilər
 Piralı Əliyev
Məqalə Göndər








Загрузка...