Valideyn
07 may 2016
7 964


Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

HƏSRƏTLİ GECƏ

Son bir gecə.sabah yeddi illik ömrü-həyatımın ən ciddi günü günəşin ilk şüaları ilə öz təməllərini atacaq.Məni böyüdüb,boya-başa çatdıran,mənim üçün neçə-neçə əziyyətlərə qatlaşan atam və həyatım da gördüyüm bütün canlı və cansız varlıqlardan qat-qat çox sevdiyim anam yanıma gələcək.Lakin son iki ildə onların o nur çöhrələrini, gülən gözlərini, sevinclə, kədərlə, həyəcanla, qorxu ilə deyilən sözlərini yalnız telefonlarda, şəkillərdə eşidib, görmüşəm.Bu necə də ağır həqiqətdir.Amma nə etmək olar?Lakin sadəcə olaraq bircə gecə, sonra onları yenə də görəcəyəm.Onlara toxunacağam,yüzlərcə,yox-yox,hətta minlərcə dəfə öpəcəyəm.Bütün dərdlərimi,ağrı-acılarımı,ən böyük qorxularımı,daimi sevinclərimi onlarla bölüşəcəyəm.
Bu kiçik, amma həsrətli ömrümdə anamı cəmi beş il görmüşəm.Amma məndə ona qarşı olan bu müdhiş sevgi,ən təsirli, duyğulu sözlərə belə sığışdıra bilmədiyim həsrət yanğısı haradandır görəsən? Axı nəyə görə ona qarşı duyduğum bu həsrət yanğısını söndürə bilmirəm? Çox çalışsam da, ona qarşı duyduğum bu ayrılıq acısını hafizəmin dərinliklərin də, bütün dərdlərimi yığdığım ucqarlarda gömə bilmirəm.Lakin bu müdhiş gecənin sonunda məni ilk sinifimə onlar aparacaqlar.İlk dərs günümə anamın o ipək kimi yumşaq əllərindən tutaraq inci kimi saf, qar bəyazı üzünə, səma mavisi gözlərinə baxaraq başlayacağam.Sabah məni yuxudan həmişəki kimi nənəm deyil, anam və atam oyadacaq.Sabah ilk sinifimə onların müşaiyəti ilə daxil olacaq, dörd il sözün əsl mənasında mənim yükümü çəkəcək stol və stulumu seçəcəyəm.Ancaq bu şirin,əziz arzu və xəyallarım arasında böyük sədd dayanır.Məni hələlik valideyinlərimdən,ilk məktəb forması geyinəcəyim gündən bir şey ayırır.O da bu müdhiş gecədir.
Çox yaxşı yadımdadır.Sonuncu dəfə anamın o nurlu,saf ahəngli ən incə musiqi notlarından belə zərif olan səsi mənə demişdi.
-Oğlum, səni ilk dərs gününə biz aparacağıq.Səni həmin gün yuxudan biz oyadacağıq.Yuxudan oyanıb görəcəksən ki, çarpayının bir tərəfində mən, digər tərəfində atan oturub.
Artıq saat 11-dir.Bir azdan nənəm gəlib məni öpəcək, sonra isə işıqları söndürüb gedəcək.Ona görə də indidən işıqları söndürüb yatıram ki, sabah tez açılsın.Əziz anama tez qovuşum.
Təxminən gecə saat üç-dörd olardı.Birdən qapı döyülməyə başladı.Sonra isə nənəmlə, babamın səsini eşitdim.Deyəsən, bacım da yanlarında idi.Bir azdan qapı açıldı, zənnimcə, içəriyə bir neçə nəfər girdi. Əvvəlcə onların valideynlərim olduğunu düşündüm.Sonra bir qadın səsi eşitdim.Nə nənəmin, nə də bacımın səsinə bənzəyirdi.Bununla da qəti şəkildə əmin oldum ki,gələnlər valideynlərimdir.Qapını açıb qaça-qaça pilləkənləri düşdüm.Aşağıya endim.Fəqət orada şəkillərini gördüyüm anam və atamı görmədim.Babam, nənəm və bacım.Qəribə də olsa, hamısının gözündən narın-narın yaşlar axırdı. Əvvəlcə nə olduğunu anlamadım. Sonra isə diqqətimi polis paltarında olan üç nəfər çəkdi.Biri qadın, ikisi kişi idi.Bir də yanlarında həkim vardı.Mən pilləkənin ən birinci pilləsində oturub nə olduğunu anlamağa çalışırdım. Amma heç nə başa düşmürdüm.Birdən babam məni gördü. Gözünün yaşını silə-silə yanıma gəldi.Üzümdən öpüb qucaqladı.Sonra isə əlimdən tutub məni öz otağıma apardı.Mən yenidən çarpayıda uzandım.Babam yanımda oturub danışmağa başladı.
-Babasının balası, sabah səni məktəbə mən aparacam.Ananla, atanın vacib işi çıxıb. Bir müddət sonra gələcəklər.
Bu sözlərdən sonra qəlbim sındı.Onların məni necə unuda bildiklərini başa düşmürdüm.Qəlbimdə onlara qarşı çox böyük kin yarandı.Amma mən bu kini çox tez unutdum.Bəlkə də uşaq olduğum üçün.Bütün qorxularımın, həyəcanlarımın, arzu və xəyallarımın kuliminasiya nöqtəsinə çatdığı o unudulmaz gecə, nəhayət ki, keçdi.İlk dərs günü başladı.Anamın ipək əlləri yerinə babamın cod, qabarlı əllərindən tutmuşdum.Dərsə çox həvəssiz başladım və o cür də bitirdim.Düz bir il bu vəziyyətdə onların gəlməyini gözlədim.Gözlərim hər gün bir neçə saat pəncərədən yola baxmağa o qədər alışmışdı ki, oradakı bütün güllərin rəngini, ağacların sayını əzbərləmişdim.Ancaq on yaşımda onların bir daha geri qayıtmayacağlarını öyrəndim.
 Şamilbəyli Ülvü- Fuad Fərhadoğlu adına 230 № -li tam orta məktəbin 8-ci sinif şagirdi
Məqalə Göndər








Загрузка...