ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 


Məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə təŞkilində, dərsin müasir tələblərə cavab verməsinin təmin edilməsində pedaqoji kollektivə düzgün rəhbərlik və nəzarət ən mühüm amillərdən biridir.

Rəhbərlik və nəzarət möhkəm olduqda pedaqoji kollektivin fəaliyyətində vahidlik, sistemlilik, yaradıcılıq, təŞəbbüskarlıq özünə geniŞ yer tapır.

Kollektivdə işgüzar mühit, qarşılıqlı hörmət və yardım, tapşırılan işin icrasına dərin maraq, məsuliyyət hissi əksər hallarda məhz məktəb rəhbərlərinin təşkilatçsılıq qabiliyyəti ilə, pedaqoji kollektivin hər bir üzvünün nəyə qadir olduİunu bilib əməyini düzgün qiymətləndirmək, lazım gələrsə, ona kömək etmək, istiqamət vermək, daha konkret desək, rəhbərlik işini elmi şəkildə qurmaq bacırıİı ilə baİlıdır.

Akademik M. Mehdizadənin fikrincə, dərsin müasir tələblər əsasında yenidən qurulması ixtiyari məsələ deyildir. Bu, həyatımızın bütün sahələrində baş verən elmi-texniki inqilabın, ictimai inkiŞafın obyektiv qanunlarından irəli gələn məsələdir. Biz müstəqil dövlət qururuq. Bununla əlaqədar olaraq, xüsusi fəal, təŞəbbüskar, zirək, özünə, işinə, həyata tənqidi baxmaİı bacaran yeni insanlar tərbiyə etməli və formalaşdırmalıyıq.

Müasir dərsə bu mövqedən yanaşan qabaqcıl məktəb rəhbərləri hər bir müəllimdən, təlim-tərbiyə işini yaradıcı qurmaİı, şagirdlərə dərin, sistemli bilik verməyi, onları həyata hərtərfli hazırlamaİı dönmədən tələb edirlər.
 
Məktəb rəhbərləri bu sahədə müvəffəqiyyət qazanılmasında dərsin gündəlik planlaŞdırılmasına, o cümlədən proqram materiallarının düzgün bölünməsinə, mövzuların, saatların miqdarına, təqvim vaxtına, əyani vəsait və texniki vasitədən, təlim üsullarında istifadəyə, fənlərarası əlaqəyə, ekskursiyalara, keçilmişlərin təkrarına, sinifdənxaric oxuya, şagirdlərin biliyinin müntəzəm yoxlanılmasına, tədqiqatçılıq bacarıİı, nəzəriyyəni təcrübədə yoxlamaq vərdişi aşılamaq və s. kimi məsələlərə böyük üstünlük verirlər. Onların fikrincə, şagird öyrənə-öyrənə hər dəfə özünü daha dərindən kəşf etməlidir. Bu işdə müəllimin nümunəsi, dərsdə aparılan tərbiyə işləri ilə sinifdənxaric və məktəbdənkənar tədbirlərin əlaqələndirilməsi də mühüm rol oynamalıdır.

Təlim-tərbiyə işlərinin yüksək səviyyədə təşkili üçün məktəb rəhbərləri arasında vəzifə bölgüsü aparılır.

Həmin bölgü orta ümumtəhsil məktəbinin Nizamnaməsinə uyİun olur. Məsələn, direktor kadrların düzgün seçilməsini və yerləşdirilməsini təmin edir, işçilərin ideya-nəzəri səviyyəsinin və ixtisasının yüksəldilməsi üçün lazımi şərait yaradır, tədrisin ideya-siyasi istiqamətinə, şagirdlərin biliyinin keyfiyyətinə və davranışına, sinifdənxaric və məktəbdənkənar işlərin məzmununa və təşkilinə, habelə şagirdlərin peşəyönümünün təşkilinə xüsusi nəzarət edir.
 
Təlim-tərbiyə işləri üzrə direktor müavini təlim-tərbiyə prosesinin düzgün təşkili, tədris proqramlarının yerinə yetirilməsi, təlimin və şagirdlərin dərs yükünü nizama salır, metodik işləri təşkil edir.
 
İbtidai siniflər üzrə direktor müavini I-IV siniflərdə təlim-tərbiyə işlərinə rəhbərlik edir.
 
Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı və şagirdlərin ictimai-faydalı əməyinin, yaradıcılıq qabiliyyətinin, milli-mənəvi tərbiyəsinin təkmilləŞdirilməsinə xidmət edən tədbirlər hazırlayıb həyata keçirir, bu sahədə müəllimlərə təlimat verir, pedaqoji kömək göstərir və s.

Vəzifə bölgüsünün necə yerinə yetirildiyinə ciddi nəzarət olunur, qarŞıya çıxan məsələlərə prinsipiallıqla yanaşılır.

Məktəbdə təlim-tərbiyə prosesini müasir tələblər səviyyəsində qurmaİa çalışan direktor müavini tədris işinə rəhbərliyə vaxtını və işini planlaşdırmaqdan baŞlayır. Onun iş planı gündəlik, həftəlik, aylıq, rüblük və illik olmaqla məktəbin iş planı ilə üst-üstə düşməlidir.
 
İş planı aşağıdakı mühüm sahələri əhatə edir:

1.Giriş (bu hissədə keçən dərs ilində görülən işlər, yeni dərs ilində isə qarŞıda duran vəzifələr göstərilir).

2.Təşkilati-pedaqoji işlər.

3.Təlim-tərbiyə işlərinə rəhbərlik.

4.Sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinə rəhbərlik.

5.Metodik işə rəhbərlik.

6.Valideyn və ictimaiyyətlə iş

7.Əlavə tədbirlər.

Direktor müavini ümumtəhsil məktəbin Nizamnaməsinin tələbinə müvafiq olaraq təlim-tərbiyə işlərinin düzgün təşkilinə, tədris proqramlarının yerinə yetirilməsinə, təlimin və şagirdlərin biliyinin keyfiyyətinə, şagirdlərin müvəffəqiyyətinə və davranıŞına, məktəbin pedaqoji heyətinin təlimatlandırılmasına, müəllimlərin dərs yükünün nizama salınmasına, məktəbdə metodik işə, dərs məşİələləri cədvəlinin düzgün tərtibinə və s. ciddi fikir verir.
 
O, görəcəyi işlərin planını hazıralyır. Həmin plan məktəbdaxili nəzarətin, demək olar ki, bütün sahələrini əhatə edir. Planda görüləcək işlər, yoxlamanın növləri, icraçıları, yekunlaşdırılması öz əksini tapır; təlim işi ilə tərbiyə işlərinin düzgün əlaqələndirilməsinə, bu sahədə ictimai təŞkilatların qüvvəsindən istifadəyə xüsusi diqqət yetirilir.

 
Dərs ilinin ilk həftəsindən proqram materiallarının müəllimlər tərəfindən düzgün planlaŞdırılmasına çalıŞır, həftə ərzində aparılacaq öyrədici və yoxlama yazı, praktik və laboratoriya iŞlərinin qrafikini hazırlayır. Dəftər, jurnal, dərslik və gündəliklərə nəzarətin cədvəlini tutur.

Müasir təlim-tərbiyə prosesinə rəhbərlik və nəzarətin rəngarəng formalarından istifadə edir. Dərslərin müşahidə edilməsi və təhlili, şagirdlərlə aparılan şifahi sorİu, yoxlama yazı iŞlərinin keçirilməsi, sinif jurnalları, gündəlik və yazı dəftərlərinin aparılması vəziyyətinin yoxlanması kimi formalardan istifadəyə xüsusilə geniŞ yer verir. Görülmüş bütün işləri isə müvafiq sənədlərdə qeydə alır.

Məktəb rəhbərləri təlim-tərbiyə işinə nəzarəti planlaŞdırarkən müəllimlərin elmi-pedaqoji və metodik hazırlıİının artırılmasına, dərsin keyfiyyətinin yüksəldilməsinə, təlim-tərbiyənin vahid proses kimi aparılmasına, dərslə təlimin digər təşkili formalarının düzgün əlaqələndirilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə, ümummiləŞdirilməsinə və tətbiqinə, tədris proqramlarının vaxtında yerinə yetirilməsinə xüsusi diqqət yetirirlər.

Məktəb rəhbərləri pedaqoji kollektivin hər bir üzvü ilə fərdi söhbət aparır, onların öz üzərində necə çalışdıqlarını müəyyənləŞdirməyə səy göstərirlər. Lazım gəldikdə rayon təhsil Şöbəsi ilə birlikdə müəyyən mövzularda elmi-praktik konfrans, nəzəri seminar, məsləhət və ya pedaqoji praktikum, metodbirləşmələrdə praktik məŞİələlər təşkil edirlər.

Bəzən məktəblərdə hər bir müəllim üçün yaradıcılıq günü ayrılmışdır. Həmin gün müəllim öz üzərində çalışmaqla dərslərə hazırlaşır, qabaqcıl iş təcrübəsinə aid materiallarla tanış olur və s. Belə günlərdə bəzən məktəb üçün əhəmiyyətli olan ideya yaranır.

Ümumiyyətlə, pedaqoji işdə müasirliyə, yeniliyə üstünlük vermək müvəffəqiyyətin rəhnidir. İşgüzarlıq, əlbirlik, fəal yaradıcılıq axtarışları aparmaq, qazandıqları nailiyyətlərlə arxayınlaŞmamaq və s. kollektivin əsas simasını təyin edir.

Məlumdur ki, məktəb işinə rəhbərlikdə hər cür ehkamçılıİa, quru rəsmiyyətçiliyə, çək-çevirə son qoymaq zəruri olduİu kimi, pedaqoji kollektivdə işgüzar şərait, yaradıcılıq əhval-ruhiyyəsi yaratmaq da başlıca şərtdir.
 
Rəhbərlik kollektivin hər bir üzvündə öz qüvvəsinə inam oyatmalı, onu pedaqoji fəaliyyətinin səmərəliliyini daha da artırmaİa ruhlandırmalıdır. Bu isə həm də o vaxt mümkündür ki, rəhbər iŞçinin özü yenilikdən çəkinməsin, əməyi sevsin, bir iŞçinin özü yenilikdən çəkinməsin, əməyi sevsin, nümunə olsun; belə halda onun fəallıİı pedaqoji kollektivə də dərindən sirayət edər, sözü eŞidilər və sayılar.

Pedaqoji əməyin elmi təşkili uİrunda ardıcıl çalışan məktəb rəhbərləri müəllimlərin yenilik nəfəsi ilə dolu fikirlərinin və təşəbbüslərinin ilk müdafiəçisi və təşkilatçısı olmalıdır. Onlar müəllimlərlə söhbətlərində onların hansı yenilik hissi ilə yaşadıqlarını öyrənməyə, nəyə qabil olduqlarını, arzu və istəklərini müəyyənləşdirməyə səy göstərməlidirlər. Bu vaxt müəllimlərin irəli sürdükləri, bəzən isə həyata keçirilməsinə ümid bəsləmədikləri hər hansı gözəl təşəbbüsün və ya ötəri söylənmiŞ yaxşı fikrin də üzərində möhkəm dayanmalı, müdafiəçisinə çevrilməlidirlər.
 
Direktor və müavinlərin mühakimələri, dərin inam hissləri müəllimləri həvəsə gətirməli, sonra onlar pedaqoji kollektivlə birlikdə həmin təşəbbüs və ya fikrin təşkilatçıları kimi ürəkdən işə girişməlidirlər. Beləliklə, hər bir arzu pedaqoji kollektivin, şagirdlərin, ehtiyac olduqda isə ictimai təşkilatların və valideynlərin əlbir əməyi nəticəsində tezliklə həyata keçirilə bilər.

Məktəb rəhbərləri müəllimlərin yaradıcı işləmələri, dərsləri təkmilləşmiş metodlarla idarə etmələri üçün şərait yaratmalıdırlar. Pedaqoji kollektivin hər bir üzvü öz üzərində ciddi çalışmalı, ideya-siyasi səviyyəsini yüksəltməli, vaxtaŞırı ixtisasartırma kurslarından keçməli, valideynlərlə və ictimai təşkilatlarla əlaqəni möhkəmləndirməli, dərsə verilən müasir tələbləri dərindən öyrənib ardıcıl tətbiq etməli, şagirdlərin mənəvi tərbiyəsinin səmərəli təşkilinə xüsusi səy göstərməlidir.
 
Məhz bu halda məktəb qabaqcıllar sırasına çıxar, pedaqoji kollektiv daha çox tanınar. Belə bir nailiyyət yalnız və yalnız rəhbərlik iŞi hökumətimizin tələb etdikləri səviyyədə qurulduqda qazanıla bilər.

Həyat sübut etmişdir ki, harada rəhbərlik iŞi düzgün təşkil edilmiŞsə, kollegiallıq varsa, yüksək nailiyyət də oradadır. Bunu ölkəmizin tərəqqisi naminə xalq təsərrüfatının bütün sahələrdə əmək kollektivlərinin, ictimai təşkilatların birgə səmərəli fəaliyyətinin (bu fəaliyyətin tənzim edən ümumi rəhbərlik işinin) gözəl nəticələri təsdiq edir.
 
Lakin kollegiallıq öz-özünə yaranmır; o, yüksək şüur və qabiliyyətin məhsulu olub, idarəetmənin təŞkilat strukturunun və metodlarının daim təkmilləşdirilməsi yolu ilə yüksəlir.

Kollektivə rəhbərlikdə aşağıdakı məsələlərə də xüsusi diqqət yetirilməlidir:

1.Kollektivin hər bir üzvünün ideya-siyasi səviyyəsinin yüksəldilməsi.

2.Müəllimlərin şəxsi təhsili və ixtisasartırmaları.

3.Təlimin təkmilləşdirilməsi.

4.Kollektivin bütün üzvlərinin təşəbbüskarlıİına nail olmaq.

5.Məktəb ictimai təŞkilatlarının gücündən səmərəli istifadə etmək.

6.Kollektivin asudə vaxtını səmərəli təşkil etmək, müəllimlərin mənzil-məiŞət və mədəni şəraitinə qayİı göstərmək.
 
 
Pedaqoji kollektivin işinə rəhbərlik dərin elmi, nəzəri, habelə pedaqoji hazırlıq tələb edir. Odur ki, hər bir məktəb rəhbəri öz üzərində ciddi çalıŞmalıdır. O, həmiŞə planlı, yaradıcı şəkildə fəaliyyət göstərməli, iş metodlarını yeniləşdirməli və təkmilləşdirməlidir.

Məktəb rəhbərləri işdə müvəffəqiyyət qazanmaq üçün nəzarət məsələlərinə mütləq xüsusi diqqət yetirməlidirlər. Onlar unutmamalıdırlar ki, nəzarət tapşırılan işin icrasına məsuliyyət hissini artırır, həssaslıq, dərin müşahidəçilik qabiliyyəti tələb edir.
 
Məktəb rəhbərləri tapşırılan işin icrasına müəllimlərin münasibətini öyrəndikcə onları özlüyündə təhlil etməyi və ümumiləşdirməyi bacarmalıdırlar. Bununla bərabər, icra prose-sində qarŞıya çıxan çətinlikləri aradan qaldırmaq üçün təsirli vasitələr tapmaqda, konkret yol göstərməkdə çətinlik çəkməməlidirlər.
 
Bir sözlə, müasir rəhbər işçi dərin səriŞtəliklə, intizamlılıİı təşəbbüskarlıq və işə yaradıcı münasibətlə üzvi surətdə birləŞdirməlidir. O hər hansı sahədə ictimai-siyasi cəhətləri, tərbiyə cəhətlərini nəzərə almalı, adamlara, onların ehtiyac və tələblərinə həssaslıqla yanaşmalı, işdə və məişətdə nümunə olmalıdır. Bu tələb məktəb və şagird ictimai təşkilatlarının rəhbərlərinə, təhsil şöbələrinin işçilərinə də aiddir.
 
Pedaqoji Şuralardan tutmuş xalq təhsili üzrə Şuralara qədər bütün ictimai idarəetmə orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində təkmilləşdirilməli, inspektor yoxlamalarının, müəllimə metodist köməyinin keyfiyyəti yüksəldilməlidir.
 
Yalnız bu halda pedaqoji kollektivlərin əməyinin səmərəliliyinə nail olmaq, gənc nəsil yetişdirmək işini təmin etmək mümkündür.
 
O.H.Rzayev,S.M.Məmmədov,Ş.N.İsmayılov TƏHSİLİN İDARƏ OLUNMASININ ƏSASLARI
 

 

 





Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ  İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

TƏHSIL   MÜƏSSƏSƏLƏRİNDƏ     TƏLİM-TƏRBİYƏ    İŞLƏRİNİN   İDARƏ EDİLMƏSİNİN  MAHİYYƏTİ  VƏ  TƏŞKİLİ

TƏHSIL MÜƏSSƏSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MAHİYYƏTİ VƏ TƏŞKİLİ

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...