Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi


reklam

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

 



Məqsəd və vəzifələri:

     Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması.

Aylığın təşkili və keçirilməsi:

     Aylığın lazımi səviyyədə keçirilməsi üçün "Tədbirlər planı” hazırlanır, "fənn aylıqlarının keçirilməsi planı”nda aşağıdakılar öz əksini tapmalıdır.

-hər bir fənn və sinif müəllimlərinin İKT-dən istifadə etməklə nümunəvi   dərslərinin keçirilməsi;

-proqram və dərsliklərin müzakirəsi;

-fənn bülletenlərinin hazırlanması;

-"Ən yaxşı fənn büllteni”, "Ən yaxşı fənn metodbirləşməsi”, "Ən yaxşı fənn kabineti”, fənn və sinif müəlliminin "Ən yaxşı pedaqoji mühazirəsi”, "Şagirdin ən yaxşı yaradıcı işi” nominasiyaları üzrə müsabiqələrin keçirilməsi;

-şagirdlərin bilik keyfiyyətlərini müəyyənləşdirmək üçün monitorinqlərin keçirilməsi:

-praktik məşğələlərin, yoxlama yazı işlərinin proqrama uyğunluğu və qiymətləndirilməsində obyektivliyin təmini;
-fənn konfransının keçirilməsi;

-fənn aylığının keçirilməsinin yekunu kimi hesabatın (slaydlar şəklində) və məktəb direktoru tərəfindən təqdim olunması

Aylığın keçirilmə vaxtı:

     Aylıq məktəbin  "Fəaliyyət planı”na və "Metodbirləşmənin aylıq iş planı”na uyğun olaraq fənlər üzrə aşağıdakı vaxtlarda keçirilir;

Noyabr ayında-ana dili və ədəbiyyat;

İbtidai siniflərdə-ana dili;

Dekabr ayında-tarix;

İbtidai siniflərdə-Həyat bilgisi;

Yanvar ayında-riyaziyyat-informatika;

İbtidai siniflərdə-riyaziyyat və informatika;

Fevral ayında-xarici dil;

İbtiadi siniflərdə-xarici dil;

Mart ayında-fizika

İbtidai siniflərdə-Təsviri incəsənt, fiziki tərbiyə;

Aprel ayında-kimya-biologiya;

İbtidai siniflərdə-texnologiya;

May ayında-coğrafiya;

İbtidai siniflərdə-musiqi:


Aylığın keçirilməsinə rəhbərlik:

      Aylığın keçirilməsinə ümumi rəhbərlik Şəhər Təhsil Şöbəsi tərəfindən yaradılmış təşkilat komitəsi tərəfindən yerinə yetirilir (Təşkliat Komitəsinin tərkibi əlavə olunur). Məktəblərdə isə bu işi məktəb direktorunun əmri ilə təsdiqlənmiş münsiflər heyəti yerinə yetirir. Aylıq çərçivəsində təşkilat komitəsinin üzvləri reydlər keçirir, aylığın gedişi ilə tanış olur, təkliflərini verir. Aylığın keçirilməsində məsuliyyət və cavabdehlik məktəb rəhbərlərinin, metodbirləşmə və dayaq məntəqəsi rəhbərlərinin üzərinə düşür.

Aylığın yekunlaşdırılması və mükafatlandırılması:

     Aylıq hər fənn üzrə məktəblərdə yekunlaşır. Nominasiyalar üzrə qaliblər haqqında məlumatlar sistemləşdirilir, protokollaşdırılır. Sənədlər (nominasiyalar, nümunəvi dərslər, yaradıcılıq işləri, metodbirləşmənin fəaliyyəti, fənn kabinetləri haqqında sənədlər, məkətəb direktorunun hesabatı və s.) Təşkilat Komitəsinə təqdim olunur.
 
Təqdimat hər ayın 25-dən 30-dək müddətə təqdim olunmalıdır. Təşkilat Komitəsi hər ayın qalibini müəyyənləşdirir və may ayının 20-30 tarixlərində Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı Sumqayıt Komitəsi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin birlikdə keçirilən konfransında qaliblər mükafatlandırılır
 

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

 

 






Aztest.info





Müzakirə:



Keçidlər:





Reklam yeri:

loading...