Valideynlərlə əlaqə Sinif rəhbəri sinfin baş tərbiyəçisidir


Valideynlərlə əlaqə  Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

 

                             Sinif rəhbəri sinfin baş tərbiyəçisidir.
    Bəri başdan qeyd edək ki, məktəb üçün direktor(müdir) nə deməkdirsə, sinif üçündə sinif rəhbəri odur. Başqa sözlə, sinif rəhbəri sinfin direktorudur ( müdiridir).

   Əgər məktəb direktoru və məktəbin digər rəhbərləri tərəfindən sinif rəhbərinə bu münasibət göstərilmirsə, demək həmin məktəbdə sinif rəhbəri doğrudanda yuxarda qeyd edilən işgəncə və əlavə yükdən başqa heç bir şey deyildir.Çünki uzun illərin müşahidələri və təcrübəsi göstərir ki, sinif rəhbəri başçılıq etdiyi sinifdə təkcə məktəbin direktorunun ( müdirini) yox, həmdə onun özünə aid vəzifələrini paylaşdığı müavinlərini də təmsil edir.

    Burada dövrəyə müavinləır və diğər məktəb rəhbərləri də girdiyi üçün sözlərimizi izah etməyə məcburuq.Bəli, sinif rəhbəri rəhbəri olduğu sinifdə təkcə direktoru yox, onun müavinlərini də təmsil edir. Çünki direktor müavinləri əslində direktorun çox sayda vəzifələrini paylaşan və onun adından rəhbərlik fəaliyyəti göstərən şəxslərdir.Məktəb isə siniflərdən ibarətdir. Siniflər olmasa, məktəb olmaz.Buna görə də sinif rəhbəri sinfin həm direktoru, həm də müavinləridir. Üstəlikdə psixoloqu və sosioloqudur, kitabxanaçısıdır, laborantıdır, metodistidir və s.

Beləliklə sinif rəhbəri:

Məktəb müdiri məktəbin qarşısına qoyulan ( təlim və tərbiyyə etmək, vətəndaş yetişdirmək) vəzifələri yerinə yetirməyə, onları təşkil və təmin edən məsul şəxs olduğu üçün:

Sinif rəhbəri də sinifdə ona həvalə edilən şagirdlərə təlim vəv tərbiyyə vermək, onları insan və vətəndaş kimi yetişdirməyi təşkil və təmin edən məsul şəxsdir. 

Deməli, təlimdən də, tərbiyyədəndə məsuldur.
    Məsələ bu qədər ciddidir. Ona görə də həm məktəb rəhbərləri, həm də sinif rəhbəri olan müəllim öz vəzifələrinə bir daha baxmalı və onları fəaliyyətində əsas götürməlidir.Bu vəzifəlıərin ən başlıcaları aşağıdakılardır:

1.Sinifdə tədris işinə nəzarət və rəhbərlik etmək;

2.Sinifdə tərbiyyə işini həyata keçirmək və onun tədrislə əlaqələndirmək.

3.Bu işləri müvəffəqiyyətlə həyata keçirə bilmək üçün ailə və ictimaiyyəti işə cəlb etmək.

Bunun üçün o:

Sinfi təşkil edən şagirdlərlə;

Sinifdə tədris edən fənn müəllimləri ilə;

Şagirdlərin valideynlıri ilə;

Şagirdə təsir edən digər ( sinifdən xaric və məktəbdənkənar) şəxs və müssisələrlə əlaqə saxlayır.
Yuxarıdakı dislokasiyadan da göründüyü kimi, sinif rəhbərinin vəzifələri və bu vəzifələrin icrası ilə bağlı olan fəaliyyətləri iki xətt üzrə inkişaf edir:

a)Sinfə kollektiv rəhbərlik və idarəetmə;

b)Şagirdlərə fərdi yanaşmaqla rəhbərlik və idarəetmə.

Sinif rəhbəri sinfə kollektiv rəhbərliyi demokratik əsaslarla həyata keçirir.Bunun üçün onun aşağıdakı vasitələri vardır:

1.Sinif şagird təşkilatı (sinif iclasları)

2.Sinif valideyn iclasları
 
3.Sinif pedaqoji şurası

"Sinif pedaqoji şurası” nə deməkdir? deyə sual verməyə tələsmiyin.Bu barədə aşağıda ətraflı danışacağıq.İndi isə diqqətimizi dağıtmadan sinfə rəhbərliyin ikinci formasına baxaq.

   Sinfə fərdi rəhbərlik isə daha çətindir.Bunu o,

1.Hər bir şagirdə özünü ifadə edə bilməsi üçün bir vəzifə verərək:

2.Hər bir şagirdlə təkbətək görüşərək və işləyərək həyata keçirir.

Əlbəttə pedoqoqlar etiraz edərək daha mühüm olan üşüncü formanıda – ictimai nəzarəti də xatırlada bilərlər.Lakin belə bir iddia olmasın deyə bəri başdan qeyd edirik ki, "ictimai nəzarət” adından da göründüyü kimi rəhbərlik forması deyil, nəzarət formasıdır və sinif rəhbəri bu formanın tətbiq edilməsi qayğısına qalmalıdır.

     İndi isə geri qayıdaq və məktəbə kollektiv rəhbərliyin vasitələrini gözdən keçirək.bunlar əsasən aşağıdakılardır:

                 a)Ayda bir dəfə keçirilən ümumi yığınacaqlar ( iclaslar).  
                                                 
Bunda məqsəd aşağıdakılardan ibarətdir.

1.Şagirdləri təşkilatlandırmaq.

2.Onların şəxsiyyət qazanmasına nail olmaq.

      Şagirdləri təşkilatlandırmaq insana aid olan əsas xüsusiyyəti insanın sosial varlıq olmasını unutmamaq, bu vəzifələrlə onu ictimai varlıq olmağa hazırlamaq deməkdir.Buna görə də ümumi yığıncaqlarda sinif rəhbərinin ən ümdə məqsədi və vəzifəsi bu olmalı deyildirmi?

    Bununla yanaşı demokratik institutların təsis edilməsi və işlədilməsi şagirdlərin  təşkilatlanmasında deyil, harada tətbiq ediləcəkdir?

    Məsələn, götürək sinif nümayəndəsi seşkilərini.Biz sinif nümayəndəsini seçmirik, sinif şagirdlərinə onu seçmək hüququ vermirik, totalitar rejimlərdə olduğu kimi yuxarıdan təyin edirik.İndi özününz deyin, bizim təyin etdiyimiz sinif nümayəndəsinin kollektiv arasında hansı nüfuzu olacaqdır? Biz bu işi sinif nümayəndələri vəzifəsinə ( və ya hər hansı bir vəzifəyə) namizədlər göstərilməsini sinfin öhdəsinə buraxsaq nə olar?

  Ən azı bunlar olar:

Sinif nümayəndəliyi vəzifəsinə namizədlər bu vəzifənin nə demək olduğunu düşünməyə məcbur olarlar;

Bu vəzifə onlara verildiyi halda onu yerinə yetirmək üçün nə etməli olacaqları barədə düşünərlər və sinif qarşısında çixiş edərlər;

Sinfin ondan nə tələb etdiyini öyrənmiş olarlar;

Bu vəzivənin onların "boyuna” gen və ya dar olduqlarını anlayarlar;

Kollektiv tezliklə düzgün qərar verib vermədiyinin fərqinə varar və s. və i.a.

Beləliklə də biz insana insan olmağı, onun haqq və hüquqlarını, vəzifə və məsuliyyətlərini öyrətmiş olarıq.

   İndi isə ikinci məsələyə baxaq.

   Sinif rəhbərlərinin nəzərinə çatdırmaq isdəyirik ki, şagirdləri təşkilatlandırmaq sinif jurnalının arxa səhifələrində (elektron məktəb sistemində isə müvafiq səhifəd) şagirdlərə verilən ictimai tapşırıqları qeyd etməkdən ibarət deyildir, əksinə, onlara şəxsiyyət qazandırmaq üçün sinif  rəhbərinin uzun müddətli müşahidələrinin, şagirdə fərdi yanaşmasının, onun istedad, qabiliyyət və maraqlarını kəşf etməsinin və ailəsi ilə əlaqəsinin nəticəsində ona verilən xüsusi vəzifədir.

    Nəzərə alsaq ki, məktəb yalnız şagirdin beyninə elmi biliklərin və kəşflərin qısa icmalını yerləşdirən bir müəssisə yox, insan yetişdirən, insana şəxsiyyət qazandıran bir müəssisədir. O zaman şagirdə belə bir vəzifə verilmədiyi təqdirdə onun hansı hallara düşdüyünü təsəvvür etmək çoxda çətin olmamalıdır.

    Sinif rəhbəri unutmamalıdır ki, onun obyekti hər gün deyil, hər an inkişaf edən, böyüyən, formalaşan bir canlıdır, həm də şüur və ağıl, iradə və qəlb sahibi bir varlıqdır. O, tarixi və ya coğrafiyanı, kimyanı və ya fizikanı, riyaziyyatı və ana dilini çoxda yaxşı bilməyə bilər, hətta bunların heç birini qavramaya da bilər, amma bütün bunlar müəllimə və sinif rəhbərinə həmin fərdi silib bir kınara atmaq hüququ vermir, əksinə, ona bir faydalı insan kimi yetişdirmək vəzifəsi və məsuliyyəti yükləyir.  Buna görə də sinif rəhbəri şagirdə onun maraq, istedad və qabiliyyətinə uyğun olan bir vəzifə verməklə və bu vəzifəni təqib etməklə ona şəxsiyyət qazandıra biləcəyini unutmamalıdır.

                   b)Həftədə bir dəfə keçirilən cari yığıncaqlar (iclaslar).

Bunda məqsəd isə:

1.Şagirdlərin fəallığını artırmaqdan;

2.Onlarda məsuliyyət  hissi tərbiyyə e\tməkdən ibarətdir.

   Əlbəttə, sinif rəhbəri aylıq iclaslarda verdiyi vızifılərin hesabını soruşmalıdır.Yoxsa şagirdlərin onlara verilən vəzifələrə marağı sönər.Məsuliyyət hissi tərbiyyəsi aşılana bilməz.Əksinə, məsuliyyət tərbiyyəsizliyi aşılanmış olar.

                                                          Valideynlərlə əlaqə
     Sinif rəhbəri fəaliyyətinin digər və çox mühüm sahəsi də valideynlərlə, başqa sözlə ailə ilə əlaqısidir. Bu əlaqə olmadan sinif rəhbəri dioqnostik qiymətləndirmə apara bilməz, aparsa da, obyektiv nəticə əldə edə bilməz.

    Valideynlərlə işin (əlaqənin) aşağıdakı vasitələri vardır və müəllim bunlardan səmərəli şəkildə istifadə edərsə, nailliyyəti yüksək olar:

Valideyn şurası 

Valideyn konfransları (ana-ata məktəbi)

Müəllimlərin valideyn ziyarətləri

Valideynlırin məktəb ziyarətləri

    Sinif rəhbərlərinin ən çox istifadə etdikləri sinif valideyn şurası iclaslarıdır, amma bundan nə məqsədlə və necə istifadə edirlər?Bu başqa məsələdir.

     Yeri gəlmişkən qeyd etmək istəyirik ki, v alideyn iclaslarını şagirdlərin rüblük və ya dövrlü müvəffəqiyyətlərinin təhlilinə həsr etmək yalnışdır.Ona görə ki, bu tip iclaslarda bir qayda olaraq şagirdlərin müvəffəq olub-olmamaları təhlil edilir, "filan şagird  filan fəndən,filankəs isə filan fənlərdən daha müvəffəqdir, yaxud da az müvəffəqdir” kimi nəticələr önə sürülür.Kollektiv şəkildə belə məsələlərin müzakirəsi bir qayda olaraq valideynlərdə qibtə, həsəd, paxıllıq hislərinin oyadılmasına və qabardılmasına səbəb olur. Heç kəs öz ayranina "turşdur” demək isdəmədiyi kimi, heç bir valideyn də öz övladının müvəffəqiyyətsizliyini və ya kimdənsə geri qaldığını kollektiv qarşısında eşitmək isdəmir.Hətta "Filankəsə afərin, çox yaxşı şagirddir!” kimi ifadələrin işlədilməsi belə digər valideynlərin həsəd və qibtəsinə səbəb ola bilər.Buna görədir ki,valideynlər məktəbdən qaçmağa başlayır, bizim valideyn iclaslarımıza gəlmək isdəmirlər.

     Bəs çıxış yolu nədir?   Çıxış yolu çox sadədir və bu səhv yola heç girməməkdən ibarətdir.
   Sinif valideyn iclasları sinfə aid ümumi məsələlərin həllinə valideyn kollektivini cəlb etmək məsələlərini müzakirə etməlidir, pedaqoji problemləırin araşdırılmasına, onların kollektiv həllinə dair daha çox maarifləndirmə məsələlərinə həll edilməlidir.Əgər bu məsələlərin əvəzinə şagirdlərin, dolayısı yolla da ailələrin və valideynlərin müqayisəsinə həsr olunarsa, o zaman bu iş faydadan çox zərər verər və iclasların baykod edilməsinə gətirib çıxarar.

    "Ana-ata məktəbi” dediyimiz iş üsulu isə tamamilə maarifləndirmə tədbirlədir və bu cür tədbirlərin konfrans, disput kimi formalarda tətbiqidaha maraqlı və cəlb edici olar.

    Ziyarətlərə gəlincə,valideyn ziyarətləri bir tərəfdən dioqnostik qiymətləndirmə materialları əldə etməyə xidmət edə bildiyi kimi, şagirdin və ailənin məktəb, sinif qarşısında məsuliyyətini artırmağa xidmət edən əvəzsiz vasitədir.

        Valideynin məktəbi ziyarəti isə onun müxtəlif tədbirlərdə ( valideyn iclaslarında, konfranslarında) iştirakı, dərs dinləməsi, mütəlif yarışlarda, gəzintilərdə, tədbirlərdə iştirakı kimi çox şaxəlidir və bütün bunlar hər biri sinif rəhbərinin qarşıya qoyduğu məqsədə xidmət edirsə, faydalıdır. Dağınıq, " Qoy görsünlər”,  " Qoy desinlər” kimi məqsədlərə xidmət edən hər hansı bir və ziyarət xeyirli yox, zərərlidir.

    Və nəhayət, sinif Pedaqoji Şurası.Bu barədə ayrıca mövzü olaraq danışmaq lazım gəlir. Sinif  Pedaqoji Şuraları başlı-başına bir mövzu olduğu üçün bu barədə bəlkə ayrıca danışmaq lazımdır, amma bizim məqsədimiz sinif rəhbərinin fəaliyyətidir. Buna qayıdarkən sinif rəhbərinin aşağıdakı vəzifələrinə diqqəti cəlb etmək isdəyirik.

    Sinif rəhbərləri:

Sinifdə dərs deyən fənn müəllimlərinin dərslərini dinləyir, dərsə hazırlıqlarına nəzarət edir.

Proqram materiallarının yerinə yetirilməsinə nəzarət edir.

Dərslərin mənimsənilməsinə nəzarət edir

Dərsdə geri qalan şagirdləri müəyyən edir və onlarla fərdi işi tənzim edir.

Sinifdən xaric və məktəbdən kənar məşğələlərin keçirilməsinə, keyfiyyətinə nəzarət və rəhbərlik edir.

Yazılı və şifahi imtahanların cədvəllərini tərtib edir və təsdiq üçün təqdim edir.

Sinifdən xaric və məktəbdənkənar məşğələlərin qrafikini tərtib edir və təsdiq etdirir.

Gəzintilərin məqsəd və vəzifələrini, qrafikini tərtib edir.

Sinif  jurnallarının aparılmasına rəhbərlik və nəzarət edir.

Yazılı və şifahi imtahanların cədvəllərini tərtib edir və təsdiq üçün təqdim edir.

Sinifdən xaric və məktəbdənkınar məşğələlərin qrafikini tərtib edir və təsdiq etdirir.

Gəzintilərin məqsəd və vəzifə, qrafikini tərtib edir.

Sinif  jurnallarının aparılmasına rəhbərlik və nəzarət edir

Şagirdlərin maraq, həvəs, istedad və qabiliyyətlərini aşkara çıxarmaq və onların inkişaf etdirməkdə iştirak edir.

Dioqnostik və cari qymətləndirmə aparır.

Bununlada iş bitmir, axı o, həm də tərbiyyəçidir, buna görə də:, 

Ailələri öyrənir və onların ehtiyaclarını müəyyən edir

Şagirdlərin sinifdə, məktəbdə, ailədə və cəmiyyətdə davranışlarını izləyir, müqayisə edir və nəticələr çıxardır.

Şagirdlırin şəxsiyyət kimi yetişmələrinə yardım edir və s.

Siyahıya baxan müəllim qorxmamalıdır, çünki onun vəzifəsi burada sadalananlardan daha mühüm , mühüm olduğu qədər də məsuldur. Axı o,insanla işləyir, insanı yetişdirir, onu bu gün üçün yox ən azı 25-30 il 40 il sonraya hazırlayır.
Asandırmı, bir insanı alıb onu qırx il sonraya hazırlamaq?

Buna görədə sinif rəhbəri bütün yuxarıda sadalanan fəaliyyətlərini başa çatdırdıqdan sonra da fəaliyyət göstərir.Belə ki, təlim-tərbiyyə işini nəzarət altında saxlamaq üçün:

Sinif Pedaqoji şura qərarlarını tədris və tərbiyyə işləri üzrə müdür müavinlərinə təqdim edir;

Məktəb Pedaqoji Şurası və Rəhbərlik Heyəti Şurasının müzakirəsinə məsələlər təqdim edir;

Məktəb kitabxanasına şagirdlərin oxuyacağı kitabların siyahısını verir və onlara nəzarət edir;

Valideynlərlə müntəzəm müzakirələr keçirir;

Valideyn şuralarının iclaslarına məsələlər çıxarır.

Yuxarıda verdiyimiz qısa şərh sinif rəhbərinin fəaliyyətinin az bir hissəsini əhatə edir.Əslində sinif rəhbəri işi bu vəzifəni daşıyan adamın pedaqoji işə olan sevgisindən, obyekti olan yeni nəslə münasibətindən və qəlbində, ruhunda dəyərlərdən aslıdır.Sinif rəhbərinin sevgisi nə qədər böyük və əhatəlidirsə, onun fəaliyyətidə bir o qədər geniş və əhatəli olur.





>>Forumda müzakirələrə qatıl







Həmçinin oxuyun:

Valideynlərlə əlaqə

Valideynlərlə əlaqə

Sinif rəhbəri, Təşkilat işləri üzrə dr/müavini, Valideyn, MÜƏLLİM
Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

Sinif rəhbəri, Təşkilat işləri üzrə dr/müavini, Direktor, MÜƏLLİM
MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif rəhbəri, Direktor
Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Qabaqcıl təcrübə, MÜƏLLİM
Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbəri
Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbəri
.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

Sinif rəhbəri
.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinif rəhbəri
Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinif rəhbəri
Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif rəhbəri
Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Sinif rəhbəri, Direktor
Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Sinif rəhbəri
Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbəri, Valideyn
Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Sinif rəhbəri
Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri
Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Sinif rəhbəri
Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Valideyn
Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbəri, Direktor
Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri
Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbəri
Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri
Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbəri
Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbəri
SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Sinif rəhbəri