MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ


MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

 


Məktəb işi çoxsahəlidir. Uşaqların təlim-tərbiyəsi də bu sahələr-dən biridir. Məktəbdə təlim-tərbiyə işini müvəffəqiyyətlə həyata keçirmək üçün direktor sinif rəhbərlərindən ən yaxın köməkçi kimi istifadə etməlidir. Sinif rəhbərləri də bütün məktəb rəhbərləri, xüsusən direktorla sıx əməkdaşlıq etməlidir. Sinif rəhbərləri ilə iş direktorun idarəetmə fəaliyyətinin əsas istiqamətlərindəndir.Müasir dövrdə şagirdlərlə aparılan tərbiyə işinin əhatə dairəsi,həcm və məzmunu xeyli artmış, buna görə də sinif rəhbərlərinin funksiya və vəzifələri çox genişlənmişdir.
Bu gün sinif rəhbərlərinin vəzifəsi ənənəvi olaraq vərdiş etdiyimiz kimi yalnız şagirdlərlə müəyyən tərbiyəvi tədbirlər keçirmək, onların şagird gündəliklərini,şəxsi işlərini və digər sənədləri tərtib etməklə məhdudlaşmır. Sinif rəhbərlərinin ən əsas vəzifələrindən biri şagirdlərin valideynləri, ailə və ictimaiyyət, məktəblə əlaqəsi olan təşkilatlar ilə çox geniş miqyaslı iş aparmaqdır. Sinif rəhbəri hər bir şagirdin bir şəxsiyyət kimi yetişməsi üçün çalişmalıdır.
Sinif rəhbərləri ilə aparılan işi məktəb direktoru həmişə diqqət mərkəzində saxlamalıdır. Bəzən direktorlar sinif rəhbərləri ilə aparılan işi müasir tələblər əsasında yenidən qurmağa yönəltmir, onların şagirdlərlə apardığı işlərin keyfiyyətini yüksəldən mühüm faktları hərəkətə gətirə bilmirlər. Ona görə də bəzi sinif rəhbərləri öz işlərinin öhdəsindən layiqincə gəlmirlər. Köhnəlik ruhu ilə işləyən sinif rəhbərlərinin fəaliy-yətindəki ən başlıca çatışmazlıqlardan biri şagirdlərlə aparılan tərbiyəvi tədbirləri şagirdlərin özləri ilə razılaşmadan aparmaları, bu tədbirlərin hazırlanması və həyata keçirilməsində uşaq birliyi təşkilatının, gənclər və şagird özünüidarə fəallarının iştirakını təmin etməmələridir. Belə tərbiyəvi tədbirlərdə şagirdlərin çoxu passiv iştirakçıya çevrilir, onlarla aparilan tədbirlər söhbət və nəsihətlər formasında qurulur.
Aydın olur ki, hələ də sinif rəhbərlərinin bəzilərinin özləri məktəb nizamnaməsi və müasir tələblərdən irəli gələn konkret vəzifələri yaxşı bilmir. Onlar tərbiyəvi işləri planlaşdırarkən məktəbin,onun yerləşdiyi regionun real imkanlarını, xüsusiyyətlərini yaxşı nəzərə almırlar.Sinif rəhbərləri tərbiyə işindəki yaxın və perspektiv vəzifələri fərqləndirməyi, tərbiyəvi tədbirlərdən ən vacibini seçib ön plana çəkməyi bacarmırlar. Ona görə də məktəb direktoru sinif rəhbərlərinin işi üzərində nəzarət və rəhbərliyi daim gücləndirməlidir. Ən birincisi sinif rəhbərlərinin düzgün seçilib yerləşdirilməsinə çalişmaq lazımdır. Unutmaq lazım deyil ki, indiki mərhələdə sinif rəhbərliyi heç də asan vəzifə deyildir, onu fərq qoymadan istənilən müəllimə tapşırmaq olmaz.Aydındır ki, şagirdlərin təlim-tərbiyə işinin müasir tələblərini başqalarından daha yaxşı bilən,uşaqları ürəkdən sevən,onların müxtəlif yaş dövrünün dəyişkən psixoloji xüsusiyyətlərinə bələd olan müəllim sinif rəhbəri təyin edilməlidir. 
Məlumdur ki, sinif rəhbərləri təkcə şagirdlərin tərbiyə işi ilə deyil,həmçinin onların təlim işi ilə də maraqlanmalıdır. Ona görə də sinif rəhbərləri fənn müəllimləri və valideynlərlə daim söhbət aparmalı,fənn müəllimlərinin dərslərində iştirak edib, sinifdə təlimin keyfiyyəti ilə maraqlanmalıdır. Sinif rəhbərləri şagirdlərin zəif oxumalarının səbəblərini araşdırıb, onlarla fənn müəllimlərinin fərdi məşğul olmasını təşkil etməlidir.
Tez-tez valideynlərlə aparılan söhbətdə hər bir şagird haqqında onlara məlumat verilməlidir. Həmçinin istedadlı şagirdlərlə də işi günün müasir tələbləri səviyəsində qurmaq lazımdır.
Məktəb direktoru ilə sinif rəhbərləri arasında daim əlaqə və qarşılıqlı kömək olmalıdır. Direktor hər bir sinifdə nə baş verdiyini, hər bir şagirdin şəxsiyyət kimi formalaşmasının,onun inkişafının necə getdiyini daim izləməlidir. Bu işdə onun ən yaxin köməkçisi, əlbəttə, sinif rəhbərləri olmalıdır. Ona görə də direktor sinif rəhbərləri ilə tez-tez görüşməli , onlardan lazımı məlumatları aldıqdan sonra onlara faydalı tövsiyyəlr verməlidir. 
Yaxşı olar ki, sinif rəhbərlərinin vaxt büdcələrinə qayğı ilə yanaşmaq məqsədi ilə onların yazılı hesabatları ildə 1-2 dəfədən çox olmasın. Axı, sinif rəhbərləri şagirdlərin dərsdənkənar tərbiyə işlərinin həyata keçirilməsinə həftədə orta hesabla 8-10 saat vaxt sərf edir. Bundan əlavə, hər bir sinif rəhbəri il ərzində 32 saat sinif təşkilat saatı təşkil edir. Eləcə də sinif rəhbərləri sinifdə aparılan gecələr, iclaslar, konfranslar, disputlar və s. tədbirlərdə iştirak edir. Həm də sinif rəhbərlərinin şagirdlərlə apardığı işlər məktəbin iş saatları ilə məhdudlaşmır. Onlar dərsdənkənar vaxtlarda da valideynlərlə görüşlər keçirir.
Məktəb direktorlarının sinif rəhbərləri üzərində aşağıdakı kimi məktəbdaxili nəzarət formalarından istifadə etməsi çox zəruri və məqsədə uyğundur:
1. Sinif rəhbərlərinin tərbiyəvi iş planlarını hər ilin əvvəlində yoxlayıb, təsdiq etməyə çalışmaq lazımdır ki, hər bir plan müasir tələblərə cavab versin.
2. Ayrı-ayrı siniflərdə aparılan tərbiyə işlərinin konkret sahələri üzrə vəziyyətini mütamadi olaraq yoxlayıb, direktoryanı müşavirə və ya pedaqoji şuralarda müzakirə etmək.
3. Sinif rəhbərlərinin metodbirləşmə yığıncağına, onların keçirdikləri seminarlara yaxından nəzarət etmək.
4. Direktor ayrı-ayrı siniflərdə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etməlidir.
5. Ayrı-ayrı siniflərin valideyn iclasında vaxtaşırı iştirak edib, valideynlərin pedaqoji marifləndirilməsi işinin təkmil-ləşməsini təmin etmək.
6. Sinif rəhbərlərinin valideynlərlə əlaqələrini daim diqqət mərkəzində saxlamaq.
7. Sinif rəhbərlərinin fənn müəllimləri ilə əlaqə saxlamasına nəzarət etmək və bu əlaqəni istiqamətləndirmək.
8. Sinif rəhbərlərinin sinif jurnalını,şagirdlərin şəxsi işini, onların gündəliklərini və digər sənədləri vaxtında işləməsinə nəzarət etmək.
9. Tez-tez sinif rəhbərləri ilə əlaqə saxlamaq, onlarla fərdi və ya qrup halında söhbətlər, diskusiyalar aparmaq.
10. Sinif rəhbərlərinin zəif oxuyan şagirdlər və istedadlı uşaqlarla aparılan işinə nəzarət etmək.
11. Şagirdlərin mütamadi olaraq uşaq mətbuatı, uşaq ədəbiyyatı ilə maraqlanması üçün sinif rəhbərlərinin işini istiqamətləndirmək.
12. Şagirdlərin psixoloji xüsusiyyətlərini öyrənmək üçün sinif rəhbərlərinin”Yaddaş” dəftərləri təşkil etmələrinə diqqət yetirmək.
13. Şagirdlərin dərsə davamiyyətinin daim diqqət mərkəzində olmasınin hər bir sinif rəhbərinin ən ümdə vəzifəsinə çevrilməsinə nail olmaq.
14. Şagirdlərin bir şəxsiyyət kimi yetişməsi üçün sinif rəhbərlərinə daim istiqamət vermək.
15. Hər bir sinifdə divar qəzetlərinin çıxmasına nail olmaq.
16. Siniflərarası və məktəblərarası yarışlarin təşkili üçün sinif rəhbərlərinin işini canlandırmaq.
17. Hər sinifdə sinif və valideyn iclaslarının mütamadi keçiriməsinə nail olmaq.
18. Hər bir sinif rəhbərinin keçirdiyi tədbirlərin sənədləşməsinə nail olmaq.
19. Sinif rəhbərlərinin qabaqcıl iş təcrübəsinin yayılmasına çalışmaq və s.
Məktəb direktoru sinif rəhbərləri ilə işi daim diqqət mərkəzində saxlamalıdır. Unutmaq olaz ki, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi üçün sinif rəhbərləri ilə aparılan işlər çox vacibdir. 
Malik Aranlı, Məktəb direktoru, Əməkdar müəllim




>>Forumda müzakirələrə qatıl







Həmçinin oxuyun:

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Pedoqojitəcrübə, MÜƏLLİM
Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

H/N sənədlər, Sual
Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbəri
Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbəri
Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Direktor
.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

Sinif rəhbəri
Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Qabaqcıl təcrübə
Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif rəhbəri
Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Sinif rəhbəri, Direktor
Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Sinif rəhbəri
Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbəri, Valideyn
Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbəri
Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Sinif rəhbəri
Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri
Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Sinif rəhbəri
Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Valideyn
Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbəri, Direktor
Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

Təşkilat işləri üzrə dr/müavini
Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri
Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Direktor
Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbəri
Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbəri
Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbəri
SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Sinif rəhbəri