MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA, TƏLİMİN KEYFİYYƏTİ DƏ YÜKSƏK OLAR
 MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO
"Məktəb tikmək olar, indi Azərbaycan dövlətinin imkanı genişdir. Ancaq əsas odur ki, gözəl şəraitlə bərabər, tədris prosesi də müasir səviyyədə olsun, ən mütərəqqi texnologiyalar tətbiq edilsin, uşaqlar bilikli, savadlı olsunlar, gələcəkdə həyatda öz yerlərini tapa bilsinlər”. İlham Əliyev

Kamal CAMALOV, Azərbaycan Respublikasının əməkdar müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, dosent
 
Müasir dövrümüzdə təlim-tərbiyəsi ilə məşğul olduğumuz şagirdlərin həyata düzgün, məqsədyönlü formalaşdırılmasında müəllim əməyinin rolu, dəyəri xeyli böyükdür. Şagirdlərin xalqımıza, vətənimizə gərəkli insana çevrilməsində onun uşaqlarla səmimi insani münasibətdə, təmasda olması onların yetkin şəxsiyyət kimi formalaşmasına öz müsbət təsirini göstərmiş olur. Məktəbə xoş və kövrək qədəmlərini qoyan hər bir şagirdin həyat yolunu müəllimin yaratdığı məşəl işıqlandırır. İllər keçir, məşəl sönmür, şagird sadə, təvazökar, ağıllı, vicdanlı bir şəxs kimi boya-başa çatır. O, həyatda müstəqil, xoşbəxt yaşadıqca, onu insan kimi tərbiyə edən, bu yolda min bir əziyyət çəkən, gözlərinin nurunu, ürəyinin hərarətini onun səadəti üçün əsirgəməyən müəllimini heç vaxt unutmur, uzaqda yaşasa da imkan tapıb ona baş çəkir, minnətdarlıq məktubları göndərir. Müəllim isə elm, mədəniyyət, texnika, təsərrüfatın müxtəlif sahələrində ad-san qazanan keçmiş şagirdləri ilə fəxr edir, qəlbində hədsiz sevinc hisləri keçirir. Saçlarının ağarmasına, gözlərinin işıqdan düşməsinə təəssüflənmir, bu gün parta arxasında oturan şagirdlərinin təlim-tərbiyəsi üçün var qüvvəsini sərf edir, öz işinə həvəslə girişir. Belə müəllimlərin şagirdləri həyatda onlara oxşamaq istəyir, onların etimadını, ehtibarını doğrultmaq üçün hər cür zəhmətə qatlaşır, yaxşı oxuyur, müəllimlərinin tapşırıqlarını layiqincə yerinə yetirir, məktəbdə, ailədə və ictimai yerlərdə özlərini intizamlı aparır, böyüklərin hörmətini saxlayır, kiçiklərə isə qayğı göstərirlər. Bütün bunlar qabaqcıl müəllim əməyinin bəhrəsidir.
Bu müvəffəqiyyət də müəllim-şagird arasında olan münasibətlə bağlıdır. Əgər müəllimlə şagird arasında mehriban, səmimi, xeyirxah münasibət yoxdursa, onda onların müvəffəqiyyət qazanması da çətindir. Şagirdə etinasız, qeyri-səmimi münasibət bəsləyən müəllimin şagirdi çətin ki, onun özünə, tədris etdiyi fənnə hüsn-rəğbət bəsləsin. Müəllim-şagird münasibətlərinin düzgün tənzimlənməsində müəllimin peşəkarlıq, axtarıcılıq sahəsində görünən, müşahidə olunan, duyulan ideal şəxsi nümunələrinin də təsir dəyəri xeyli böyükdür.
Müstəqillik yollarında inamla addımlarını atan Azərbaycan Respublikasının təhsil ocaqlarında müəllim-şagird münasibətləri sağlam prinsiplər əsasında qurulmuşdur. Bu münasibətlərin qarşılıqlı anlaşma şəraitində inkişaf etdirilməsi müəllimin bilik, bacarıq və əxlaqi keyfiyyətlərinin saflığı və özünün səriştəliliyi ilə bağlıdır. Əgər müəllim savadlıdırsa, o çalışır ki, şagirdləri də dərin bilik əldə etsinlər, əgər onun pedaqoji mədəniyyəti yüksəkdirsə, şagirdləri də o cür tərbiyə edir. Şagird isə müəlliminin, təhsil aldığı məktəbin adını özünün zəhmətsevərliyi və yüksək insani keyfiyyətləri ilə doğruldur, adamlara münasibətində həssas olur. Başqasının işinə özünün xeyirxah əməlləri ilə yarayır. Respublikamızın çiçəklənməsi naminə canından keçməyə hazır olur.

Məhz şagirdlərini yetkin şəxsiyyət kimi görən müəllim üçün bundan böyük hədiyyə təsəvvür etmək olmaz. L.N.Tolstoy yazır: "Əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir”.

Xalq pedaqogikasında xatırladıldığı kimi, dünya gör-götür dünyasıdır. Uşaqlar yaxşı münasibətləri müəllimlərinin və yaşlı nəslin görünən, müşahidə olunan, duyulan nümunələrindən əxz edib öz "mallarına” çevirirlər.

Respublikamızın orta ümumtəhsil məktəblərində çalışan qabaqcıl müəllimlər şagirdləri yüksək ideallar ruhunda tərbiyə edir, onlara daim xoş münasibət bəsləyirlər. Belə müəllimlər aydın dərk edirlər ki, müəllim-şagird münasibətləri təkcə ayrı-ayrı şagirdlərin hərtərəfli şəxsiyyət kimi yetişməsində deyil, müəllimlərin, bütöv pedaqoji kollektivlərin həyatında da böyük əhəmiyyət kəsb edir. Müəllim-şagird münasibətlərinin günün tələbləri səviyyəsində qurulduğu məktəblərin pedaqoji kollektivləri təlim-tərbiyə işlərində yeni-yeni müvəffəqiyyətlər qazanır, əsil vətənpərvərlik tərbiyəsinə məharətlə nail olurlar.
Bütün bunlarla yanaşı, ümumtəhsil məktəblərində çox təəssüflər olsun ki, müəllim-şagird münasibətlərində çatışmamazlıqlar da seyr edilməkdədir. Belə ki, şagirdə bir obyekt kimi yanaşmaq, şəxsiyyət kimi hörmət qoymamaq, təhqir etmək, etik davranış qaydalarına məhəl qoymamaq, fiziki güc tətbiq etmək və s. hallara da təsadüf edilir.

Azad Müəllimlər Birliyinin sədri, təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü bir çox məktəblərdə baş verən neqativ hallardan bəhs edərək qeyd edir ki, "şagirdə münasibət dəyişməlidir. Bəla burasındadır ki, bizim bəzi müəllimlər şagirdə hələ də bir obyekt kimi baxır, onun söz demək, müzakirə aparmaq haqqını tapdayır. Bu da şagirdi aqressivləşdirir. Müəllimin şagirdlə qeyri-etik davranmasına, ona fiziki güc tətbiq etməsinə son qoyulmalıdır.
Qeyri-etik davranan, şagirdə zor tətbiq edən müəllimin ya əmək haqqından kəsilməli, ya da o, kollektiv qarşısında qınanmalıdır. Bir çox halda müəllim evində nə qədər qızıl-zinət əşyası varsa, taxıb dərsə gəlir. Müəllimlər dərs zamanı heç bir halda mobil telefondan istifadə etməməlidir. Bu, qadağan olunmalıdır. Müəllimin dərs zamanı telefonla danışması şagirdlər üçün yaxşı nümunə deyil”. Bayram günlərində müəllimlərə verilən hədiyyələrə gəlincə, Məlahət Mürşüdlü vurğulayır ki, şagird çox sevdiyi müəlliminə Müəllimlər Günündə bir kitab, ya da bir çiçək hədiyyə edərsə, bunu qəbul etmək olar.

Ancaq məcburi qaydada şagirdə, ya da valideynə hansısa bəxşiş aldırmaq müəllimin şərəfli peşəsinə yaraşmayan bir hərəkətdir.

Naxçıvan ümumtəhsil məktəblərinin birində müəlliməylə şagird arasında baş verən bir situasiyaya, vəziyyətə nəzər yetirək:

Əla qiymətlərlə oxuyan VIIA sinif şagirdi qəti olaraq sinfini dəyişdirməyi qərara alır. O, evdə valideynlərinə deyir, məni müəllimə sinif yoldaşlarımın qarşısında təhqir edib. Bir də o sinifdə oturmaq istəmirəm! Valideyn uşağı xeyli məzəmmət edir, dilə tutmağa çalışır, lakin bir şey çıxmır. Tez, tələsik uşağın sözü ilə məktəbə də getmək istəmir. Düşünür ki, bəlkə fikrindən daşındı, səhvini başa düşdü. Lakin bu bir nəticə vermədikdə valideyn nəhayət, məktəbə yollanır, direktora müraciət edir:

– Xahiş edirəm, mənim uşağımın sinfini dəyişdirin, uşaq o sinifdə oturmaq istəmir.
– Niyə?
– Ona görə ki, müəllim şagirdlərin qarşısında onu təhqir etmişdir. Dəyişdirin onun sinfini, istəmir.

Müəllim sözə qarışır:

– Uşağınız məndən üzr istəmək əvəzinə, hələ sinfini dəyişdirməyi tələb edir? Bir fikir verin, o sinifdə mənə cavab qaytarır, üstəlik icazəsiz sinifdən də çıxıb gedir.
– Çünki siz məni yoldaşlarımın yanında təhqir etdiniz.
– Qələt eləmə. Nə demişəm?…

Göründüyü kimi, müəllim danışığına fikir vermir, tez-tez şagirdin heysiyyətinə toxunduğunu hiss etmir, öz davranışında xoşagəlməz cəhətləri dərk etmir. Nəticə isə göz qabağındadır: müəllimlə şagird arasında münasibət pozulmuş, kəskin konflikt yaranmışdır. Belə halların baş verməsinə səbəb də müəllimin öz vəzifə borcunu başa düşməməsidir. Müəllim bilməlidir ki, şagirdi hər xırda qüsurdan ötrü gözümçıxdıya salmaq olmaz. Müəllimin vəzifəsi şagirdin davranışında baş verən nöqsanı pedaqoji ustalıqla aradan qaldırmaqdır. Əgər şagird başa düşmədiyi sualla müraciət edirsə, müəllim ona səbirlə, təmkinlə cavab verməlidir. Başqa cür ola da bilməz. Şagirdin müraciətinə əhəmiyyət verilməzsə, onda müəllim-şagird münasibətləri sözsüz pozular, bu isə müəllimlə şagird arasında konflikt yaranmasına gətirib çıxara bilər.
Müəllim hər bir davranışında elə etməlidir ki, şagird hər işdə özünü ona oxşatsın. Mütəfəkkirlərdən biri yazır: "İnsan anadan olanda onun əlində nə güzgü olmur, nə də "mən mənəm” kimi doğulmur. Buna görə də, əvvəllər öz əksini görmək üçün güzgü əvəzinə başqa adamlara baxır. Bir adam, məsələn Pyotr ancaq o zaman özünü insan saymağa başlayır ki, başqa bir adamı, məsələn, Paveli özünün bənzəri hesab edir”. Müəllim də özünü o zaman əsil pedaqoq hesab edir ki, şagirdini özünün əvəzedicisi kimi qiymətləndirir. Belə olduqda, heç şübhəsiz, şagird müəlliminə oxşamaq istəyir, ondan nümunə götürür. Çalışır ki, həyata, adamlara məhz müəllimi kimi münasibət bəsləsin. Bu cəhət heç vaxt şagirdə başqalarına, xüsusilə öz müəlliminə mənfi münasibət bəsləməyə yol vermir. O, həmişə öz davranışına tənqidi yanaşır, pis hərəkətlərin yaranmasına imkan vermir, özünə başqasının gözü ilə baxmağı bacarır.

Şagird müəllimlərlə qarşılıqlı münasibət zamanı insana vacib olan xarakterik əlamətləri müəyyən etmək və qiymətləndirmək, psixoloji anları nəzərə almaq qabiliyyətini əldə edir. Müəllim belə məsələlərə diqqətlə yanaşmalıdır. Çünki şagirdin fərdi xüsusiyyətlərini nəzərə almadan, onun başqası ilə lazımi səviyyədə münasibət yaratması mümkün deyildir. Başlıcası isə müəllim-şagird münasibətlərini istiqamətləndirmək böyük zəhmət bahasına başa gəlir. Bu işdə məktəblinin hansı keyfiyyətlərə yiyələnməsi, onun gələcək həyatda tutacağı mövqe ön sıraya çəkilir. Ona görə də, müəllim aşağıda göstərilənlərə riayət etsə, daha məqsədəmüvafiq olar:
Şagirdlərin fərdi xüsusiyyətlərini öyrənməli;
müsbət xüsusiyyətlərinə əsaslanmalı;
şagirdlərdə möhkəm inam yaratmalı;
şagirdlərin xarakterində yaranan dəyişiklikləri duymalı;
şagird şəxsiyyətinə hörmət bəsləməli və s.
Bütün bu məsələlərə müəllim nəinki ayrı-ayrı şagirdlərlə, bütün kollektivlə iş apararkən fikir verməlidir.

Qeyd etmək lazımdır ki, şagirdlər kollektivdə baş verən hadisələri görür və ondan nəticə çıxarmağı bacarırlar. Ona görə də kollektivin bütün üzvləri ilə səmimi, təbii, sadə, qayğıkeş, ədəbli və nəzakətli olmaq kollektiv münasibətlərin yaranmasında hava, su kimi vacibdir. Müəllimin sözü ilə hərəkəti uyğun gəlməlidir. Kollektivdə ayrıseçkilik, kobudluq, ikiüzlülük, yalançılıq və s. məktəbli uşaqlara daha pis təsir edir, onlarda başqalarına qarşı mənfi münasibətlərin yaranmasına şərait yaradır, həmçinin bir şəxsiyyət kimi formalaşmasına maneçilik törədir. Yuxarıda qeyd etdiyimiz kimi, məktəblərdə belə hallara az da olsa təsadüf edilir. Müəllimlər var ki, bir dəfə tapşırıq dəftərini unudan və ya təsadüf nəticəsində dərsə hazırlaşmayan, yaxud dərs buraxan şagirdi kobudcasına danlayır, valideynini çağırır, heç bir üzürlü səbəbi nəzərə almır, guya şagirdə "tələbkarlıq” göstərirlər. Halbuki, həmin müəllimlər tez-tez dərs buraxan, sinif yoldaşları ilə kobud rəftar edən, tapşırığı yerinə yetirməyən, məktəbə, müəllimlərə pis münasibət bəsləyən bəzi şagirdlərin xatirinə dəymirlər. Bütün bunları isə təsadüf nəticəsində dərsə hazırlaşmayan şagird yaxşı görür və özünə olan pis münasibətə görə müəllimdən inciyir. Bu da təbii haldır. Şagirdlərin qəlbi kövrək olur. O, ədalətsizliyə, xüsusilə müəlliminin ədalətsiz münasibətinə dözə bilmir. Belə vəziyyətin yaranmaması üçün müəllim şagirdin ən kiçik qüsuruna, xoşagəlməz davranışına obyektiv, ədalətli münasibət bəsləməlidir. 
Yekun olaraq qeyd edək ki, müəllim kollektivlə və onun ayrı-ayrı üzvləri ilə ünsiyyətdə olarkən taktiki nöqsana yol vermədən öz obyektiv münasibəti ilə şagirdlərdə inam yaratmalıdır. Müəllim yadda saxlamalıdır ki, etibar olmayan yerdə inam yaranmaz və tərbiyə işində heç bir müvəffəqiyyət qazanmaq olmaz.
Müəllim məktəbdə əsas simadır.







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Tərbiyənin metodları

Tərbiyənin metodları

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...