Qabaqcıl təcrübə
26 may 2016
1653

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bugün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Heydər Əliyevin idarəçilik məharəti çox zəngin təcrübə məktəbi tükənməz bir xəzinədir. İllər keçdikcə gələcəkdə hələ çox-çox nəsillər bu təcrübədən bəhrələnəcəklər. Ulu öndər Heydər Əliyev özünün çox böyük təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir. Bütün bunlar dünya təcrübəsi üçün də faydalı olduğundan beynəlxalq əhəmiyyətə malik çox zəngin bir sərvətdir. Biz bununla fəxr etməklə yanaşı qoruyub saxlamalı və daim bu sərvətdən bəhrələnməliyik.
 Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb formalaşdırılmışdır. Fərəhli haldır ki, dövlət idarəçilik sistemimiz üçün xeyli qabiliyyətli və həm də milli ruhlu kadrlarımız hazırlanmışdır. Odur ki, cəmiyyət həyatının demək olar ki, bütün sahələrində yüksək səviyyəli kadr potensialımız mövcuddur. Buna biz ulu öndər Heydər Əliyevin parlaq və aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxcəhətli fəaliyyəti və zəhməti hesabına nail olmuşuq. Ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu bu zəngin təcrübəyə əsaslanaraq, eləcə də beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyətimizi daim artırmalı, onu zənginləşdirərək yüksəltməli, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr potensialımızı çoxaltmalıyıq. Unutmamalıyıq ki, ölkəmizin bugünü və gələcəyi bu kadrların peşəkarlıq səviyyəsindən çox asılıdır. Heydər Əliyevin dövlət idarəçilik ideyaları, onun zəngin idarəçilik məktəbi bizə bunu tövsiyə edir, bunları öyrədir.
Təbiidir ki, hər bir ölkənin, eləcə də Azərbaycanın təhsil sistemi üçün idarəetmə kadrların hazırlığı məsələsi xüsusi aktuallıq kəsb edir. Belə ki, Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu prosesləri sürətləndikcə, dövlət müstəqilliyimiz möhkəmləndikcə, iqtisadiyyatımızın inkişaf sürəti artdıqca ölkədə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, onun səmərəliliyin artırılması məsələləri ön plana çıxır. Dövlət idarəçiliyinin səmərəliliyi isə ixtisaslı kadrların hazırlanması və qulluğa cəlb olunması ilə təmin olunur. Belə ki, dövlət orqanlarının keyfiyyətli və səmərəli fəaliyyəti əhəmiyyətli dərəcədə dövlət qulluqçularının səriştəsindən, bacarığından, ixtisas səviyyəsindən asılıdır.
Qabaqcıl idarəetmə sistemlərinin, texnologiyalarının yaradıldığı müasir şəraitdə idarəetmə sistemində çalışan rəhbər kadrların bir qismi artıq ətrafda baş verən dəyişikliklərə bəzən tam uyğunlaşa bilmir, mürəkkəb idarəetmə məsələlərinin həllində peşəkarlıqla bağlı müəyyən çətinliklərlə üzləşir, idarəetmənin səmərəliliyini təmin edə bilmirlər. Dövlətin mənafeyi isə yalnız ali rəhbərlərin deyil, həm də bütün dövlət idarəetmə sistemindəki vəzifəli şəxslərin yüksək təhsil və peşəkarlıq səviyyəsinə malik olmasını tələb edir. Odur ki, dövlət qulluğu üçün mütəxəssislərin hazırlanması dövlətin yüksək peşəkarlığa malik idarəetmə kadrları korpusunun formalaşmasına yönəlmiş kadr siyasətinin mühüm tərkib hissəsinə çevrilir və dövlət qulluğu üçün kadr hazırlığı sisteminin, bütövlükdə ölkənin təhsil sisteminin qarşısında idarəetmə sahəsində yüksək ixtisaslı və peşəkar kadrların yetişdirilməsini aktual problem kimi qoyur. Onların hazırlanması isə təbii ki, xüsusi dövlət qayğısı göstərilməsini tələb edir.
Bu kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bu gün ölkəmizdə aparılan iş qarşımızda təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durur. Bu baxımdan təbiidir ki, indi idarəetmə kadrlarının nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır. İndi hazırlanan kadrlar gərək dəyişilən vəziyyətdən baş çıxarmağı, konkret şəraitə uyğun vəzifələri müəyyən etməyi, müstəqil qərarlar qəbul edərək onları həyata keçirməyi bacarsınlar. Odur ki, bu vəzifələrə uyğun kadrlar hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması işi də daim təkmilləşməli, kadrların elmi nəzəri səviyyəsi yüksəldilməli və praktiki iş təcrübələri artırılmalıdır. Bunun üçün tədris prosesinin təşkili, onun forma və metodları da təkmilləşdirilməli, inkişaf etdirilməli, informasiya təminatı lazımi səviyyədə olmalıdır. Bu mənada yerləşdiyi regionda lider dövlətə çevrilmiş Azərbaycanın mövqelərini qoruyub saxlayan, daha da inkişaf etdirə biləcək peşəkar kadrların yetişdirilməsi üçün təhsil sistemi idarəetmə kadrlarının hazırılığı sahəsində dünyadakı qlobal meyilləri diqqətlə izləməli və tədrisin optimal modellərinin axtarışını daim davam etdirməli, bu sahədə dünyadakı ən yaxşı nümunələrə uyğunlaşmalı və öz işini ona uyğun qurmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu var. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsiln səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Xalqın və dövlətin gələcəyinin məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər insanlarda görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq bu işi dünya miqyasına çıxarmış, yüzlərlə gənci təhsil almaq üçün xarici ölkələrə göndərmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi (o cümlədən idarəetmə ixtisasları üzrə) yetişirlər. Azərbaycanın özündə idarəetmə sahəsində milli kadrların hazırlanması üçün müstəqillik illərində bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanması işi təşkil edilmişdir.Burada ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını xüsusi qeyd etmək lazımdır. Fərmanda Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi "Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi" kimi müəyyən edilmişdir. Akademiyanın yaradılması dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət qulluğu üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan Dövlət İdarəçilik Akademiyasının üzərinə Azərbaycanın böyük siyasi və iqtisadi potensialını reallaşdıra biləcək dövlət qulluqçularının yeni nəslinin yetişdirilməsi kimi çox məsul vəzifə qoyulmuşdur.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəblilər üçün yeni dərs vəsaiti  -

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...