Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Şagirdlərimiz nə fikirləşir?! Sinifdə dərsə hazırlıqsız gələn "Niyə oxumursan, nə fikirləşirsən?” deyə soruşduğum və cavabında isə "Oxuyuram...” kəlməsini eşitdiyim bir sual. Məgər "Bir 3 (və ya 4,5) alım bəsimdir” fikri ilə dərs əzbərləmək oxumaqdırmı?!” Bəs kimdir günahkar-müəllimmi, valideynmi, zəmanəmi, yoxsa şagird özü!”Bu sualın cavabını həm müəllim, həm də şagird  gözü ilə baxmaq istəyirəm. Axı qiymətlər uşaqların dərs həyatında önəmli yer tutur. Dərslərini yaxşı oxuyan şagirdlər əla qiymətlərlə dolu gündəliklərini valideynlərinə göstərməyi səbirsizliklə gözləyirlər. Əksər hallarda onlar valideynlərindən bunun qarşılığı olaraq hədiyyə də tələb edirlər. Zəif oxuyan, qiymətləri aşağı olan şagirdlər isə min bir bəhanə ilə gündəliyi valideyndən gizlətməyə çalışırlar. Axı o aldığı zəif qiymətin qarşılığında cəza, töhmət, danlaq eşidəcəyinə əmindir. Fikrimcə daim bu hisslərlə yaşayan uşaqların dərs qavrama səviyyəsi kifayət qədər aşağı enir, nəticə isə çox vaxt cəza və tətil boyu uşağı kitablarla baş-başa qoymaq olur. Belə olan halda dərsin daha da yaxşı qavranılacağını düşünən valideynlər əslində səhv etmiş olurlar. Çünki dərs səviyyəsi aşağı olan şagirdlərin əksəriyyətinin zəifliyi  oxumamağa görə deyil, düzgün qidalanmamaq , dincəlməmək, eləcə də ailədə anlaşılmazlıqlardan irəli gəlir. Psixoloqlar da bu fikirdədirlər ki, danlaq insanın iş qabiliyyətini zəiflədir, onu daha da tənbəlləşdirir, işə yaramaz olduğu hissinə qapılmasına sürükləyir. Nəticədə oxusa da, bacara bilməyəcəyi hissinə qapılan şagird ipin ucunu buraxır.Aşağı siniflərdən yaranan biganəliyin qarşısını isə yuxarı siniflərə qalxdıqca almaq  olduqca çətin olur. Belə bir halın yaşanmaması üçün psixoloqlar valideynlərə daha diqqətli olmağı, uşaqla, eyni zamanda onun dərsləri ilə daha çox maraqlanmağı məsləhət görürlər. Zəiflik zamanı danlamaqla deyil, danışmaqla ünsiyyət qurmağın əhəmiyyətini vurğulayan psixoloqlar onu da əlavə edirlər ki, dərs performansının yüksəldilməsi naminə hansısa şagirdi tərifləmək uşağın daha da aqressivləşməsinə və heç vaxt mükəmməl ola bilməyəcəyi hissinə qapılmasına səbəb ola bilər.İstənilən daha uşaqlara qarşı mehriban olmaq və hər davranışa uyğun qiymətləndirmək onların düzgün istiqamətlənməsinə səbəb olacaq. Düşünürəm ki, bəzən valideynlərin səhvi onda olur ki, o, "hələ aşağı sinifdir” deyib uşağı diqqətsiz qoyur. Qiymət alma əsnasında valideyn uşağın ümumi nəticəsinə baxıb onu ya tərifdən göyün üzünə qaldırır, ya da tənqiddən ağlamağa qədər gətirib çıxarır. Dərs nəzarəti o demək deyil ki, uşağı otağa salıb kitabları qabağına tökməlisən. Dərsi soruşmaq var, zəif olduğu yerləri yenidən öyrənməsini tələb etmək var.Valideyn uşağının zəifliyindən müəllimi günahkar çıxarır, amma bilməlidir ki, müəllim 20 uşaqla, valideyn isə 1 uşaqla məşğul olur. Belə olan halda tamamilə müəllimi günahkar çıxarmaq nə qədər düzgündür? Müəllim o halda güahkardır ki, o, dərsi izah etmir, başa salmır, dərs keçmir. Yoxsa problem ailə və şagirddədirsə, müəllimin günahı yoxdur.” Mənim fikrimcə, uşaqların dərsə həvəslənməsi üçün tədbir görmək lazımdır. Valideyn yaxşı oxuyan şagirdinə "5 al, sənə oyuncaq alacağam” deyə  şirnikləndirici vədlər verməməlidir. Belə vədlər uşaq üçün birmüddətlik həvəsləndirici rol oynayacaq. Çox tez-tez rastlaşdığımız bir haldır ki, valideyn övladını hansısa vəd verərək həvəsləndirir və daha yaxşı qiymət almasına çalışır. Səhv məhz burdadır. Önəmli olan dərsdən əla qiymət almaq deyil, həmin dərsi qavramaq, bir müddət sonra təkrarlamaq və yadda saxlamaqdır. Vəd qarşılığında oxunan dərs yadda əla qiyməti alıb vədə sahib olana kimi qalır. Beləliklə, valideyn yaxşılıq etdiyini zənn edərək yamanlıq edir. Velideyn həm özü başa düşməli, həm də uşağa başa salmalıdır ki, vacib olan qiymət deyil, dərsin qavranılmasıdır. Gündəlikdə olan qiymət hədiyyə üçün deyil, o dərsin bundan sonra da bu cür yadda qalması üçündür. Uşaq əla qiymətə tez öyrəşir, zəif qiyməti isə həzm edə bilmir. Əgər valideyn bir dəfə "eybi yox, zəif qiymət almısan, canın sağ olsun” deyərsə, o zəif qiymətlərin ardı da mütləq gələcək. Bu zaman danlamaq qətiyyən çıxış yolu olmamalıdır. Danışaraq zəif qiymətin pis olduğunu, istəsə yenidən qiymətini qaldıra biləcəyini izah etmək, bu istiqamətdə kömək etmək lazımdır. Heç bir halda uşaq hədiyyələrlə dəstəklənməməli, danlaq ilə cəzalandırılmamalıdır.  Əksər valideynlər övladlarının qətiyyən dərsə yaxın gəlmək istəmədiyindən şikayətlənirlər. Onlar heç cür başa düşmürlər ki, bu nədən irəli gəlir. Dərs oxumaqdan başqa heç bir işi olmayan balacalar nə üçün kitabdan uzaqlaşır, uzunmüddətli dərs oxuya bilmirlər?Bu davranışın çox sadə səbəbi var. Belə ki, uşaqlar sadəcə olaraq onlarda rahat alınan şeyləri xoşlayırlar və özlərini zəhmətə salmaq istəmirlər. Tez bir zamanda sürətli mütaliəyə alışmaq hər uşaqda alınmadığından, əziyyətlə hərfləri sözlərə bir-bir əlavə etməkdənsə, onlar rahatca televizor və kompüter qarşısında əyləşməyə üstünlük verirlər. Axı burada hər şey rahat anlaşılır və aydındır. Kitab isə televizor və kompüter qədər maraqlı deyil, üstəlik, yadda saxlamaq , əzbərləmək, unutmamaq lazımdır. Öz uşaqlarında dərs oxuma sevgisini yaradacaqlarına ümidlərini itirməmiş valideynlər mütəxəssislərin məsləhətlərinə qulaq asmalıdırlar. Mütəxəssislər isə bildirirlər ki, əsas olan kitabın oxunma müddətinin uzunluğu deyil, mütəmadiliyidir. Yəni dərsi oxumaq uzun müddətli yox, qısa fasilələrlə və tez-tez olmalıdır. Çünki insan yaddaşı uzun müddət gözün qarşısında duran məlumatı yox, gözün önündən, çəkilən və yenidən görünən məlumatı daha yaxşı saxlayır. Övladınıza maraqla dərs oxumanı öyrətmək üçün onunla kiçik fasilələrlə, bir məşğələni 5 dəqiqəlik hissələrə bölərək, məşğul olun. Onu iki saat ardıcıl olaraq kitab arxasında oturmağa vadar etməyin, bu, uşaqda kitab oxumağa qarşı nifrət yaradacaq. Öyrəndiyi məlumatları müxtəlif vaxtlarda sanki siz unudubmuşsunuz kimi uşaqdan soruşmaq onu daha da öyrənməyə vadar edəcək. Hər dəfəsində sanki bir daha danışsa, daha əla  olacaqmış  kimi davranmaq uşaqda öyrəndiyini kiməsə danışmaq həvəsi də yaradacaq ki, bu da şagir üçün vacib bir vərdişdir. Dərslərin mütəmadi öyrənilməsi təqdirdə uşaqda geriləmə varsa, digər amillərə də diqqət yetirmək lazımdır. Ailədə diqqət zəifliyi, uşağın dostları ilə dil tapa bilməməsi, utanması, sinif qarşısında danışa bilməməsi,kompleksə girməsi də müvəffəqiyyəti əngəlləyən səbəblərdəndir. Dərs qiymətləri neçə olur- olsun, valideyn reaksiyasını kəskin formada göstərməməlidir. Bu halda uşaq gələcək  addımlarında da valideyndən reaksiya gözləyəcək. Bu da onun asılı hala düşməsinə səbəb olacaq. Şagird müəllimindən asılı olmalı, valideyndən isə dəstək almalıdır. İstənilən halda valideyn, müəllim, məktəb psixoloqu birlikdə çalışmalıdır. Tam sağlam olan uşağın dəsrlərində müvəffəqiyyətli olmamamsı üçün heç bir səbəbi yoxdur. Düzgün qiymətləndirmə sistemi və davranışla uğur əldə etmək mümkündür.             
Dövlətova Nuranə Bakı şəhəri Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin ibtidai sinif müəllimi






xtehsil


loading...



Həmçinin oxuyun:

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Xəbərlər
4-cü sinif şagirdlərinə

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Qabaqcıl təcrübə
Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Valideyn
Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

MÜƏLLİM
Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Valideyn
Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

MÜƏLLİM
Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbəri, Valideyn
Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbəri
Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Psixoloq, MÜƏLLİM
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Kurikulum
Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

MÜƏLLİM
Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Sinif rəhbəri
İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

MÜƏLLİM
Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbəri, Direktor
Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Valideyn
Tərbiyənin metodları

Tərbiyənin metodları

MÜƏLLİM
Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

MÜƏLLİM
Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

MÜƏLLİM
Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Valideyn
Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Valideyn
İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

MÜƏLLİM
Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

MÜƏLLİM
Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Valideyn
Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideyn