Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

 

Bu gün ölkəmizin orta məktəblərində dərs deyən müəllimlərin  80 faizdən çoxu qadınlardır. Ayrıca Bakı üzrə götürdükdə isə müəllimlərin təxminən 90 faizini zərif cinsin nümayəndələri təşkil edir. Uşaqlar evdə də daha çox anaların, ana işlədikdə isə qadın dayələrin, bağçada isə yenə qadın tərbiyəçilərin ixtiyarına verilir, onunla ünsiyyətdə olur, onlardan tərbiyə alırlar.

Müəllimlərində çoxunun qadın olması, daha doğrusu kişi müəllimlərin azlığının nə kimi sosial problemlərə yol açdığına gəldikdə, təbii ki, burda ilk öncə oğlan şagirdlərin bir şəxsiyyət olaraq formalaşmasındakı qüsurların üzərində dayanmaq lazım gəlir.

Bütün dərslərin qadın müəllimlər tərəfindən deyilməsi həssas oğlan uşaqlarında əks-cinsə məxsus duyğusal keyfiyyətlər formalaşdırır: "Oğlanlar qadın müəllimlərdəki keyfiyyətləri götürürlər, emosional olurlar, hissləri tərəfindən idarə edilirlər. Buna görə daha çox qadın müəllimələrin dərs deməsi yetişməkdə olan oğlan uşaqlarına, xüsusilə onların emosional təfəkkürlərinə mənfi təsir göstərir. Özləri də bilmədən, hiss etmədən qadın müəllimlərin hərəkətlərini yamsılayırlar. Bu cür oğlan uşaqlarında kişilərə xas qətiyyət, konkretlik azalır, xaraktersizlik meydana gəlir. Belə uşaqlarda mənlik duyğusu aşağı səviyyədə olur. Gələcəyin kişisini yetişdirməkdə ancaq qadın psixologiyasının rol oynaması arzuolunan hal deyil”.

Kişi və qadın müəllimləri müqayisə etsək, kişi müəllimləri qışqırır, yaxud oğlan uşaqlarını otağa çağırıb başa salır və beləcə onlarda kişinin necə olduğu barədə təsəvvür yaranır: "Amma qadınlar  isterik  səslə qışqırırlar, bu da uşaqlarda əks-reaksiya doğurur. Hətta oğlan uşaqları bayıra çıxanda müəlliməni yamsılamağabaşlayır”.

"Dədə Qorqud” dastanından misal gətirək ki: "Bamsı Beyrək oğlu Turalın əlində qılınc tutmaq əvəzinə gül tutmasından narahatçılığını bildirir. Biz də bu gün oğlan uşaqlarında  qadın  xarakterinin  müşahidə olunmasından  narahat olmalıyıq”.

      Belə ki, təhsil müəssisələrində kişilərin azlığının əsas səbəbi məktəblərdə  əmək haqqının aşağı olmasıdır. 180-200 manatla ailə saxlamaq mümkün olmadığından kişilər məktəbə üz tutmurlar. Bəlkə də qeyd olunan səbəb üzündən uzun müddət kişi müəllimləri görməyən oğlanlar artıq müəllim kimi işləmək istəmirlər 

Çox qəribədir ki, işsiz qalanlar da bu addımı atmaq istəmir. Nəticədə yüksək savadlılığın tələb olunduğu peşələrdən birincisi olan müəllimlik işləmək xatirinə işləyənlərin əlində cəmlənir.

Hazırda  cəmiyyətdə  bütün  yükü  öz  ciyinləri  üzərində  daşıyan "dəmir” qadınların  sayı  çoxalıb. Bu da  disbalans  yaratmaqdadır. Ailədə, işdə  məsuliyyəti  üzərinə  götürən  qadınlar  bəzəndə  oğlanlara  yalnış  örnək olur. Belə ki, evdə  analarının, məktəbdə  müəllimlərinin  durmadan  çalışdığını  gördükləri  zaman onların  düşüncəsində  qəribə  duyğu  formalaşır. Onlar  qadının pul  qazanma  bacarığını  gördükdə  arxayınlaşır  və  tənbəlləşirlər. Çünki  həqiqətləri  olduğu  kimi  dərk  etmək  üçün hələ  yetəri qədər böyüməyiblər. Bunun üçündə  tərbiyənin  əsası  evdən  qurulmalıdır. Ana  hər  zaman  ataya  hörmətlə  yanaşmalı və  uşaqların  gözündə  atanın  yaxud  qohumlarından  birinin  timsalında  kişi  orazını  yaratmalıdır.

           İstər  kişi  istərsədə  qadın  müəllimi  fərq  etməz  hər bir  insanın  stimula  ehtiyacı  var. Müəllimlər  titullarına,dərs  keçmə səviyyəsinə  qabiliyyətlərinə  görə  fərqləndirilməlidir. Hər  kəs  eyni məvacibi  almamalıdır. Əgər bu  sistem  reallaşsa  kişi  müəllimləri də  məktəbə  daha  maraqlı olar.

            Çətin  tərbiyə  olunan  uşaqarın  90 %-i  atasız  yaxud  ailə  problemləri  yaşayan  uşaqlardır. Göründüyü kimi  uşağın  tərbiyəsində  kişi  faktoru mühüm  rol  oynayır. Bu  cür  uşaqlarla  məktəbdə  tək  başına  işləmək  çox  çətindir. Çünki, qadın  müəllimləri  bəzən həya  edərək, yaxud  bu cür uşaqların  onların  üzünə  qayıdacağından  ehtiyatlanaraq  onlarla  ünsiyyətdən  yayınırlar. Bu da  vəziyyəti  daha  da  ağırlaşdırır. Qadın  zəif  məxluqdur. Onun  hərdən o cür  münasibətləri  təbiidir.Bu  zaman  köməyə  kişi  müəllim gəlməlidir.Onlar  kişi zəhmi  görməlidirlər,kimdənsə  çəkinməlidiirlər.
 
Təəssüfki,məktəbdəki  kişi  müəllimlərinin  yoxa  bərabərliyini  bu  cür uşaqların  sayını günü – gündən  artmasına  zəmin yaradır.Nəzərə alsaqki, tərbiyəedici   qüvvə qadındır. Anadır bəs onda  kişiləri  bu  qədər  mühüm  edən  nədir ? Qadın bəzən  qarşısındakına  rəhmi  gələrək nəyəsə  güzəştə  gedə bilər. Amma  kişi  isə  bu  cür hallarda  daha  sərt mövqedən  çıxış  dir. Hisslərinə  təslim olmur. Bax  bu da  uşağın  tərbiyəsinin  üzərində  əvəzolunmaz  təsirdir.

       Elə fənn yoxdur ki, qadınlar onu tədris edə bilməsin, lakin indi ailələrdə "tək valideyn" modeli getdikcə artmaqdadır. Ona görə də uşaqlar heç olmasa məktəbdə kişi cinsindən olan şəxslə ünsiyyətdə olmalı, onun xarakterini mənimsəməlidir".

Məktəbin  problemi  cəmiyyətin  problemidir. Təhsil  ocaqlarında  kişi  müəllimlərinin  azlığı  nəinki  oğlanların  hətta  qızlarında tərbiyəsində  özünü  hiss  etdirir. Şagirdlər  günü  çox  hissəsini məktəbdə  keçirirlər. Evə  gəldikdə  isə  atalarını əksər  hallarda  axşam  görmək  imkanı  yaranır. Hər  bir  uşaq  etiket  qaydalarının  əksəriyyətini  məktəbdə öyrənir. Beləliklə, qız şagirdləri əks cinslə, oğlanlar isə qadınla necə münasibət  qurmağı  bilmir.

Hər  bir  müəllimdən  kurikulumun  şərtlərinə  uyğun  dərs keçilməsi  tələb  olunur. Bəs  görək  hər  bir  müəllimin  bu  təlbləri ödəməsinə  imkan  çatırmı ? Bu  tipli dərsləri qurmaq  üçün  ilk  növbədə  müəllimin evində  kompyuter  olmalıdır. Bu zaman  aldığımız  məvacibi  ailəmizə  həsr  edək  yoxsa  avadanlığa? Bir  sözlə maaşın azlığı  müəllim  həyatının  hər bir  sahəsini  iflic  edir.

Beləliklə, kişi  müəllimi  məktəbdə mühüm  faktordur. Müəllimlər  arasındakı  say  nisbətini eyniləşdirmək  bir  o qədər  vacib deyil.
Əsas  məsələ  kişi  müəllimlərinin  sayını  artırmaqdır. Bunun  üçün  isə şərtlər  var:
1)Əmək haqqı  yüksəldilməli;
2)Vaxtaşırı  attestasiyalar  keçirilməli;
3)Müəllimlər  arsında  istedadlarına  görə fərq qoyulmalıdır.

Yəni kəmiyyət  deyil, keyfiyyət  qiymətləndirilməlidir.

Məncə isə, məktəblərimizdəki  bu  vəziyyət  müəyyən  problemlərə  yol  aça bilər. Amma   məsələni  bu qədər də  şişirtməyək. Elə peşələr  var ki, məsələn polis orada  qadınların sayı  çox azdır. Onda  belə  nəticəyə gələk ki, hər  yerdə  qadın - kişi  nisbətini  tənzimləməliyik. Müəllimlik də  o  cümlədən daha çox qadın  sənətidir. Bayaq da  qeyd etdiyim kimi qadın tərbiyəçi  qüvvədir. O,tərbiyəni düzgün  qursa, uşağa kişi  obrazını,mərdliyi, cəsarəti  düzgün  aşılasa  bu  qədər  problem  yaranmaz. Məncə hər  şeyi  maddiyata  bağlamayaq. Vicdan borcumuzu  yerinə  yetirək. İnsan öz sənətinə  qəlblə  bağlı  olsa,onu  heç nə bu yoldan  ayıra  bilməz.
                     
Pedaqoqların şagirdlərlə qarşılıqlı münasibətləri bir-birinə olan elə bir yönəlməlidir ki, onların qarşılıqlı anlaşmasını şərtləndirir. Bu isə öz növbəsində davranışın qarşılıqlı korreksiyasına gətirir. Ümumilikdə təlim subyekt-subyekt münasibətlərinin formalaşması prosesidir. Təlim şəxsiyyətlərarası münasibətlər vasitəsilə başlayır və bitir. Müəllim-şagird qarşılıqlı münasibətləri təlim və tərbiyə məsələlərinin həllində əsas rol oynayır.

Təlim prosesində elə qarşılıqlı münasibətlərin yaradılması nəzərdə tutulur ki, burada hər iki tərəf qarşıya qoyulmuş məqsədlərə çata bilsin. Əməkdaşlığın əsasında bu prosesin iştirakçıları arasında pozitiv münasibətlərin saxlanması durur və əlbəttə, əməkdaşlıq qurulması üçün tələbat və əməkdaşların fəaliyyəti bir-birini məlumatlandıraraq həyata keçirməsi vacibdir. Beləliklə, təlim prosesində xüsusi psixoloji atmosfer yaranır ki, burada təlim subyektləri bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu, fəaliyyət priyomlarının hesabına deyil, subyektlərin bir-birinə istiqamətlənmiş olmalarının nəticəsidir.

Təlim o vaxt effektli alınır ki, pedaqoq şagirdin fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş şagirdin şəxsiyyət keyfiyyətləri, əməliyyatlardakı  müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir.

Müəllimlə belə qarşılıqlı münasibətlərdə olan şagirdin daha aktiv və sərbəst olmaq imkanı yaranır. Bundan başqa, bu aktivliyi düzgün idarə etməklə şagird şəxsiyyətində müsbət yönümlü dəyişikliklərin baş verdiyini görmək olar.

Şagirdin bütün şəxsiyyət keyfiyyətlərinin nəzərə alınması çox əsasdır. Bu, təlimin tempini və keyfiyyətini dəyişməyə imkan verən şərt kimi çıxış edir. Müəllimlə şagirdin əməkdaşlığı təkcə tədris metod və vasitələrinin tətbiqindən ibarət deyil. Burada mənəvi əlaqə olmalıdır. Müəllim ötürdüyünün şagird tərəfindən qəbul edilməsinə, özününkiləşdirməsinə şərait yaratmalıdır. Bu mənəvi əlaqə emosional, qiymətləndirici və iradi xarakter daşıyır.

Pedaqoji psixologiyada elə hallar məlumdur ki, şagirdlər heç də həmişə müəllimi qəbul etmirlər. Tədqiqatlar göstərir ki, şagirdin müəllimlə olan münasibəti şagird üçün çox önəm daşıyır. Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır. Öz fənnini yaxşı bildikdə və dərsə qarşı böyük həvəsi olduqda müəllim üçün müvafiq vasitələrdən istifadəyə bir o qədər ehtiyac olmur.

Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bidirir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq"!!!






loading...

xtehsil


loading...



Həmçinin oxuyun:

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Psixoloq, MÜƏLLİM
PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik  haqqında-

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik haqqında-

MÜƏLLİM
PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

MÜƏLLİM
Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

H/N sənədlər
600 manatlıq dilənçi...Hekayə

600 manatlıq dilənçi...Hekayə

Hekayələr
Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Valideyn, MÜƏLLİM
Müəllim kimdir ?

Müəllim kimdir ?

MÜƏLLİM
MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Qabaqcıl təcrübə
“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Psixoloq
Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Direktor
Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

MÜƏLLİM
Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Psixoloq
Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Psixoloq, MÜƏLLİM
Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

MÜƏLLİM
Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Qabaqcıl təcrübə
Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

MÜƏLLİM
“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

MÜƏLLİM, Hekayələr
Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Xəbərlər
Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

MÜƏLLİM
Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

MÜƏLLİM
Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Psixoloq, MÜƏLLİM
Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Psixoloq, MÜƏLLİM
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Kurikulum
Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

MÜƏLLİM


ILK-10 Aztehsil play market