ŞÜUR NƏDİR? - Şəhriyyə Qəzənfərqızı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 

ŞÜUR NƏDİR?  - Şəhriyyə Qəzənfərqızı

 

İnsan doğulduğu bir gündən həyat mücadiləsindədir. Nəyinki insan-bütün canlılar. Heyvanlar, quşlar insanlar qədər yaşamaq eşqindədirlər. Həyətdə yem axtaran sərçə, balasına yem gətirən pişik hər zaman diqqətimi cəlb edir. İnsanlarla digər canlıları ayıran birinci amilin şüur olduğu deyilir. Ancaq heyvanların atdığı addımlar mənim aləmimdə bu fikirləri təkzib edir. Gözümün qarşısına balasını dırmandığı ağacdan salmamaq üçün çırpınan pişik, əlində olan cevizi sındırıb yeməyə çalışan qarğa gəlir. Bu hərəkətləri şüursuzluq adlandırmaq olarmı? Övladlarını atan, satan anaları, körpələrdən üz çevirən ataları " şüurlu məxluq” adlandırmaq olarmı? " Ana olmaq istəyirəm” fikri gözəldi, arzuolunandı. "Ana ola biləcəyəmmi ?” daha çox düşünülməlidir. 
Demək olar, hər gün səhər qarşıma bir dilənçi qadın çıxır. Uşağı başı açıq, ayağı yalın, üst-başı çirk içində olur. İydən, ­qoxdan insan yaxınından keçə bilmir. Kirdən körpənin bədəni qərtmək bağlayıb. Amma o qadının üzündə heç bir yazıqlıq, ehtiyac sezmirəm mən. Sanki övladının bu cür dilənməsindən, yalvarıb alçalmasından zövq alır o " ana ". İnsanın daxilindəki mərhəmət hissini öldürən bir siması var o qadının . O körpə belə bunu öz vəzifəsi sayır. Hərdən o uşağın gələcəyini düşünürəm. Düşünürəm, bəlkə də, ondan yaxşı insan olardı . Amma artıq sən onu insanlıqdan çıxarmısan. Həyat və sən onu bu cür böyüdürsüz. Səhv, əyri qoyulmuş təməl daşıyla. Laxlayır onun təməl daşı. 
Məncə, " şüurlu insan” lardansa, "şüursuz heyvan” lara qayğı göstərmək daha yaxşıdır.
Şəhriyyə Qəzənfərqızı



Aztest.info







Reklam yeri:

loading...

xtehsil