Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Keçmiş illəriniz istədiyiniz kimi reallaşmamış ola bilər. O illərdən peşmanlıq duymaqdansa indi hərəkətə keçmək ediləcək ən məntiqli hərəkətdir. Keçmiş illəri unutmağın ipucları bunlardır...
Bağışlayın və unudun
Keçmişi arxanızda buraxmanın ən doğru yolu keçmişdə olanları və keçmişinizdəki kəsləri bağışlamaq və bədbəxt anları unutmaqdır. Özünüzə bir az zaman verin və hazır olduğunuzda keçmişi arxanızda buraxın. Bu, bir yoldaşınızı ya da işinizi itirmənizə səbəb olan səhvləriniz üçün özünüzü bağışlamaq, ailənizi sizi anlamadıqları üçün bağışlamaq, köhnə dostlarınızı sizə keçmişdə etdikləri pisliklər üçün bağışlamaq və ya ürəyinizi qıran köhnə sevgilinizi bağışlamaq deməkdir. Mövzu nə olursa olsun özünüzü yaxşılaşdırmanın və gələcəyə xoşbəxt addım atmanın ən yaxşı yollarından biri keçmişi unutmaq və bağışlamaqdır.
 
Özünüzə qarşı nəzakətli olun
Bəzən özümüzün ən pis düşməni yenə də özümüz oluruq. Keçmişdə etdiyiniz birsəhvi geridə buraxmaq çətin ola bilər amma, bunu unutmayın, kimsə bilərək ya da istəyərək səhv etməz. Keçmişdə nə etmiş olsanız olun özünüzü bağışlayın.
 
İndiki zamana fokuslanın
Bu gün bizə verilən ən qiymətli hədiyyədir, bunu əsla unutmayın. Bunun fərqində olsanız gününüzə layiq olduğu dəyəri verər və daha xoşbəxt bir insan olarsınız. Dəyişimlərin birdən – birə gerçəkləşmədiklərini unutmayın, gününüzdə və gələcəkdə daha xoşbəxt olmaq üçün özünüzə zaman verin.
 
Həyatınızdakı gözəllikləri təqdir edin
Təbii ki, çətin dövrlər keçirə bilərsiniz, uzun, davamlı bir probleminiz ola bilər və nə olursa olsun keçmişi unutmaq və anın dadını çıxartmaq həyatınızdakı yaxşılıqları də təqdir etmək üçün imkan verir. Həyatınızda yolunda gedən tək şey evdəki pişiyinizin sizə göstərdiyi sevgi belə olsa bundan xoşbəxt olun. Bu, sizin gələcəyə ümidlə baxa bilməyinizə kömək etsin.
  

Yalanlara aldanmayın
Keçmişinizdə sizi incidən, sizə özünüzü dəyərsiz hiss etdirən biri oldusa və siz hələ bunun verdiyi güvənsizlik hissini yaşayırsınızsa buna bir an əvvəl son verin. Siz, dəyərli, gözəl, ağıllı və sevilməyə layiq birisiniz. Bunu bilin və buna inanın. O zaman gələcəyə ümidlə baxmaq daha asan olacaq.
 
Başdan başlaya biləcəyinizi bilin
Uşaqkən, velosipedə minməyi öyrənərkən, dəfələrlə yıxılıb təkrar ayağa qalxmadınızmı? Təbii ki, qalxdım! Keçmişdəki mənfilikləri gününüzə daşımayın, eynilə uşaqkən olduğu kimi gələcəyə baxın və irəliləməyə davam edin. Həyatda əhvalınızı poza biləcək bir çox şey var və istədiyiniz hər an yeni bir səhifə aça bilərsiniz. Hər zaman mənfiyə fokuslanaraq özünüzə əziyyət etməyin.
 
Hər şeyin bir səbəbi olduğunu qəbul edin
Keçmişi fiziki olaraq dəyişdirə bilməsək də zehni olaraq dəyişdirə bilərik. Keçmişinizə indiki zamanınızı yaşamanıza mane olmasına icazə verməyin. Başınıza gələn hər şeyin bir səbəbi olduğunu bilin və qəbul edin. Bu, keçmişin yaralarının sağalmasını asanlaşdırır.
Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!
motivasiya.com






Reklam yeri:

loading...

xtehsil