Psixoloq / Valideyn
26 may 2016
9 862


Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

İstər qadın olsun, istər kişi, hər kəsin ən böyük arzusu xeyirli övlad sahibi olmaqdır. Tez-tez də belə cümlələrlə qarşılaşırıq: "Təki xeyirli övlad olsun, əməlisalehlərdən olsun, Vətənə, millətə xeyirli insan olsun” və s. Bəs heç düşünürükmü bu xeyirli, əməlisaleh insanlar necə yetişir, onları kim yetişdirir?
 Xeyirli övladlar, başqa planetlərdən, kosmosdan gəlmir, dünyada mövcud olan ata-anaların əllərində yetişir. Buna görə də xeyirli övlad arzulayırıqsa, bir az düşünməliyik "Biz xeyirli valideyinikmi? Övladını xeyirli və əməlisaleh insanlar kimi yetişdirmək üçün nə edirik?” Böyüklərdən də bilirik "Ən gözəl tərbiyə yaşadaraq öyrətməkdir”. Bir valideyn öz əməllərində xeyirli və əməlisalehdirsə, övladına da bunu aşılayırsa, əlbəttə, "ot kökü üstə bitər” qaydası ilə övladı da onun kimi olacaqdır. Yox, əgər valideyn haram yeyər, haram yedirər, hər addımında yalan və çirkinlik varsa, çox təəssüf ki, övladından da eynisini görəcəkdir.
     Psixoloqlar yaxşı vurğulayırlar. "Hər uşaq öz evinin aynasıdır”. Evdə olan bütün ab-hava uşaqda əks olunar. Valideyn cəmiyyət içində özünü hər nə qədər mükəmməl göstərməyə çalışsa da, uşaqların təlim-tərbiyəsindən, danışığından, rəftarından bu insanların əsli aydın sezilər.
     Bu xüsusiyyətə diqqət yetirərək valideynlərin, kiçik də olsa şəxsi qüsurlarını uşaqlarından gizləməli, onlara pis nümunə olmamalıdırlar. Qonaq qəbul etmək istəmədiyi zaman uşağına, "Get, atam evdə yoxdur, de!" deyən ata, övladını yalançılığa və saxtakarlığa alışdırdığının fərqindədirmi?..
     Valideynlər əsasən uşaqlarının nadincliyindən şikayət edirlər. Artıq sübut olunmuşdur ki, uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir. Bu dövrü səbirlə, övladınızın enerjisini doğru yolda sərf etməsinə təmin edə bilərsiniz. Və bununla da gələcəkdə mükəmməl bir şəxsiyyətə sahib bir insan yetişdirmiş olarsınız. Uşağı döymək, onu tərbiyə etməz, əksinə, onu ya axmaqlaşdırar, ya da qorxunc bir adama çevirər, üsyan etməsinə səbəb olar.
      Müasir günümüzdə valideynlərin çoxu əsasən uşaqların əxlaq və davranışlarından çox təhsilli olmasına, oxumasına diqqət edirlər. Belə bir atalar sözü var: "Əvvəl adam ol, sonra alim!” Əvvəl adam olmalarını istəmək bizim mədəniyyətimizdə sadə, amma məzmunu çox zəngin bir idealdır, məqsəddir. Bunu yenidən gündəmimizə gətirməli, uşaqlar, ailədə, məktəbdə, hər yerdə bu cümləni daim eşitməlidirlər: "Sənin yaxşı oxumağın, yüksək qiymətlər alaraq uğur qazanmağın məni sevindirir, amma sənin dürüst, doğru, fəzilətli, kiçiyini sevən, böyüyünə hörmət edən, əxlaq və davranışının gözəl və yerində olması məni daha çox sevindirər", deyərək, uşaqlar onlardan əsas nəyin gözlənildiyini bilməli, bunu şüur altına yeritməlidirlər...
     Uşaqlar doğulub böyüdükləri mühitdə ən çox eşidərək və görərək öyrənərlər. Bu da bir reallıqdır ki, insan gördüyünü daha yaxşı dərk edir və qavrayır. Zehni tərtəmiz olan uşaqlar, valideynlərindən, xüsusilə anasından, öyrəndiklərini həyatları boyu heç vaxt unutmurlar.
Bəzən biz valideynlər "Nə istəsələr onlar üçün edirəm, nə yeməklərindən, nə də geyimlərindən heç bir şey əsirgəmirəm. Ciblərini də heç boş qoymuram. Amma heyif ki, istədiyim kimi xeyirli bir övlad olmurlar", deyə, şikayət edirik. Əslində, problemin mənbəyi bizdədir. Yoldaşımızla birlikdə bütün hərəkət və davranışlarımızı mühasibədən keçirməliyik və yalnız səbəb tapıldıqdan sonra özümüzü və övladımızı düşdüyümüz bu xeyirsizlik çuxurundan çıxarmağın yollarını tapa bilərik. Biz düzəlsək, övladlarımız da mütləq düzələr.
Bəs görəsən, yediyimizə, içdiyimizə, qazandığımıza diqqət yetiririkmi? Qazancımızda haram loğma varmı? Uşaqlar haram yeməyi atalarından öyrənər, atalar uşaqlarından deyil. Malımızı satarkən az da olsa yalan söyləmişikmi? İşin əsasına haram qarışdırmışıqmı?
Çünki bu gün demək olar ki, hər yerdə yaşadığımız bütün çətinliklərin təməlində xeyirsiz övladlar deyil, xeyirli olmayan ya da ola bilməyən ana və atalar durur.
            Bir kişi, Həzrət Ömərə, oğlundan şikayət edir. Həzrət Ömər də, onun oğluna deyir:
"- İmandan sonra birinci vəzifəmiz ata-ananın ürəyini qırmamaqdır. Onlar nə qədər səhv etsələr də, yenə hər şeydən üstün haqları vardır. Onların ürəyini qıranın ibadəti qəbul olmaz. Müsəlman doğularaq, Müsəlman kimi yetişməyimizə səbəb olan ata-anamızın ürəyini qırsaq Cənnətə necə girərik? Onlar bizə təhqir etsə də, yalvararaq könüllərini almalıyıq. Müsəlman ata-anamız, bizdən razı olmadıqca, Allahu-Təalanın sevdiyi qulu olmaq çox çətindir”.
        Gənc isə Həzrət Ömərə deyir:
     "- Ya Əmir-əl-möminin, söylədiklərini eynilə qəbul edirəm. Lakin uşağın ata-anası üzərində heç haqqı yoxdurmu?” Həzrət Ömər:
"- Bəli, uşağın da haqqı vardır. Evlənərkən uşaqlarına ana olacaq qızı və ya qadını yaxşı ailədən seçməli, uşağa gözəl bir ad qoymalı və dinini öyrətməlidir”, - buyurur. Gənc, Həzrət Ömərə belə cavab verdi:
"- Atam, məni tərbiyə etməyib. Anam isə, zənci bir atəşpərəstin qızıdır. Adımı "Qaraböcək" qoyub və Allahın kitabınudan mənə bir hərf belə öyrətməyib. Təəssüf ki, dinim haqqında heç bir şey bilmirəm. Həzrət Ömər, uşağın atasına:
"- Gəlib bir də mənə oğulundan şikayət edirsən? Halbuki sən onun haqqını tapdalamış və o sənə pislik etmədən, sən ona pislik etmisən”.
       Hər Müsəlman, övladlarına və əmri altında olanlara dinini öyrətməklə məsuldur. Bir hədisi şərifdə belə buyurulur: "Hamınız, bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi, siz də evinizdə və əmriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara Müsəlmanlığı öyrətməsəniz, məsul olarsınız” (Müslim). Bir ayədə isə belə deyilir: "Ey iman edənlər, yanacağı insan və daş olan Cəhənnəm atəşindən özünüzü və övladlarınızı qoruyun” (Təhrim, 6).
        "Ağac yaş ikən əyilər” kimi atalar sözü məşhurdur. Hər iş zamanında edilməlidir. Bu baxımdan uşaqlarımıza hər şeydən əvvəl, dinimizin əmr və qadağalarını və Qurani-Kərimi öyrətməliyik, sonraya saxlamamalıyıq. "Helekel-müsevvifun” hədisi-şərifində, "Xeyirli işlərinizi dərhal edin. Sabaha saxlamayın, yoxsa həlak olarsınız”- buyurulmuşdur.
Xeyirli nəsil yetişdirmək üçün tərbiyəyə özümüzdən başlayaq. 

Gülnarə Seyidova
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

İbrətamiz hekayə - Daş

İbrətamiz hekayə - Daş

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir