ATV pedaqoji ictimaiyyətdən üzr istəməlidir "sadə həqiqəti bilməyən bir şəxs məktəbdə necə yoxlama apara bilər?"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ATV pedaqoji ictimaiyyətdən üzr istəməlidir "sadə həqiqəti bilməyən bir şəxs məktəbdə necə yoxlama apara bilər?"

 


- Əməkdaşının davranışına görə...
"Azər və komandasına milli-mənəvi dəyərlər yad olmasaydı..."


Dünən medianın gündəmini zəbt edən, bu gün isə ATV-nin bəyanatı ilə malalanmağa çalışılan olay bir təhsil işçisi kimi məndə dərin hiddətə səbəb oldu. Bəyəm, ATV məktəblərdə yoxlama aparmaq lisenziyasına və hüququna sahibdir ki, biz bilmirik? Bu telekanal nə vaxtdan Səhiyyə və Təhsil nazirliklərinin, yaxud, GEM-in əvəzinə işləmək hüququna malik olubdur ki, kimsə bilməyib?

Lap belə bir hüquqları olsaydı belə, özündənrazı reket jurnalistlərin hərəkətləri ilə onların hərəkəti arasında nə fərq qaldı ki?...

171 nömrəli məktəbin direktoru Telman Qardaşovu bir həmkar kimi çoxdan tanıyıram. Ziyalı, mədəni, sözünün və hərəkətlərinin yerini və çəkisini bilən bir pedaqoqdur. Məncə, verilişin aparıcısı Azər ona yaxınlaşıb gəlişinin  məqsədini və məramını söyləsəydi və lazımi prosedurlara əməl etsəydi, Telman müəllim çəkilişdən imtina etməzdi, lap özü də müsahibə verərdi. Amma...

Məsələ də elə o ammadadır. Çünki məqsəd və məram saf olmayıb. Saf olsyadı, təhsil işçiləri o səviyyədə aşağılanmaz, təhqir olunmazdılar.
Mən özüm məktəb direktoru olmağıma baxmayaraq bir dəfə də olsun qızlar üçün nəzərdə tutulan tualetə birbaşa baxış keçirməmişəm. Necə ola bilər, kənar şəxsə icazə verim ki, o əlində kamera, nümayişkaranə bir şəkildə çəkiliş aparsın? Təsadüfən kadrlara düşən uşağın valideyni adamın yaxasından tutub soruşmazmı ki, bu nə hoqqadır?

Bu suala nə Azər, nə də Azərin dostları cavab verə bilməzlər. Çünki atalar demişkən, "kotan nə bilir ki, qayış nə çəkir”
Axı biz Azərbaycanlıyıq! Milli dəyərlərimiz var!

Təəssüf ki, Azər və komandasına milli-mənəvi dəyərlər yaddır. Yad olmasaydı, əvvəlcə öz telekanallarında yoxlama aparar, mənəviyyatımıza zidd verilişlərə əl gəzdirərdilər.

"Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” kimi absurd bəyanatlarla baş aldatmaq mümkün deyil. Hanı o müraciətlər? Kim imzalayıb o müraciətləri?
Tutalım, 171 nömrəli məktəbin valideynləri belə bir müraciət ediblər. Bəs onda şəhərin digər tərəfində yerləşən 276 nömrəli tam orta məktəbdə Azər və komandasının çıxardığı pəstaha nə idi? Məktəbin ağsaqqal direktor müavini Saleh müəllimin yaxasından tutub: "aç bufeti” - deyə haray salmaq da bu müraciətə daxil idimi? 

Azər bilmir və bilməlidir ki, məktəb bufeti məktəb direktorunun, yaxud direktor müavininin şəxsi dükanı deyil. Bufetin işçisi var və onsuz kimsə bufeti aça bilməz!

Hər bir halda mən bir təhsil işçisi kimi belə jurnalistikanı qəbul etmirəm. Əgər doğrudan da ciddi bir problemin həlli lazım idisə, BŞTİ-yə müraciət edib istənilən qədər çəkiliş aparmaq olardı və kimsə də onlara bir söz deməzdi...

Azər hardan bilsin ki, zəruri hallar istisna olmaqla, hətta məktəb direktorunun dərs prosesi zamanı sinfə daxil olması belə yolverilməzdir! Bu sadə həqiqəti bilməyən bir şəxs məktəbdə necə yoxlama apara bilər?

Məktəb nalayiq hərəkətlərin baş alıb getdiyi kafe-bardımı hər yetən əlinə bir kamera alıb çəkiliş aparsın?
Müəllimi, təhsil işçisini və məktəbi bu qədər aşağılayıb yüksək keyfiyyətli təhsil istəmək nə qədər məntiqə uyğundur? Mənən əzilmiş, sarsıdılmış, aşağılanmış müəllimdən övladlarımıza qarşı sayğı və qayğı gözləmək məntiqə uyğundurmu?

Bəlkə biz müəllimlər abırımıza qısılıb dinmədikcə, kimlərinsə qarşısında gözükölgəliyik? Əsla! Sadəcə abırsıza qoşulub abırsız olmaq bizə yarşmır deyə susmuşuq indiyə kimi.

Və nəhayət, ATV-nin bugünkü bəyanatına gəlincə, bu bəyanat "qara məni basınca” anlamına gəlir. Bu telekanal öz əməkdaşının milli-mənəvi dəyərlərimizlə daban-dabana ziddiyyət təşkil edən davranışına görə pedaqoji ictimaiyyətdən üzr istəməlidir.
 
Şəmsi Qoca, Şair-publisist,
126 nömrəli tam orta məktəbin direktoru,
AYB-nin və AJB-nin üzvü



Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ  VERİLƏN TƏLƏBLƏR

MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ VERİLƏN TƏLƏBLƏR

Kompüter  sinifin  laborantının  vəzifələri

Kompüter sinifin laborantının vəzifələri

”2 “qiymət  alan şagirdlərin əsas günahkarı kimdir?”

”2 “qiymət alan şagirdlərin əsas günahkarı kimdir?”

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin  və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Bir az da özümüzdən - DAVRANIŞ MƏDƏNİYYƏTİ

Bir az da özümüzdən - DAVRANIŞ MƏDƏNİYYƏTİ

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Məktəb direktoru son zəngdə belə oynadı...-VİDEO

Məktəb direktoru son zəngdə belə oynadı...-VİDEO

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri