Xəbərlər
13 avqust 2019
1 767


İnformatika Olimpiadasının qalibləri belə mükafatlandırıldı

İnformatika Olimpiadasının qalibləri belə mükafatlandırıldı

 

 
Azərbaycanın lider mobil operatoru Azercell-in İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdiyi 4-11 avqust tarixlərində Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası iştirakçıların qızğın mübarizələrindən sonra başa çatıb.

 Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı Olimpiadanın qalibləri 10 avqust tarixində Heydər Əliyev Mərkəzində keçirilən rəsmi qapanış mərasimində açıqlanıb.

Birinci yerin sahibi ABŞ-nı təmsil edən Benjamin Qi, 2-ci yerin sahibi Rusiyanı təmsil edən İldar Gainullin, 3-cu yerin sahibi isə Kanadanı təmsil edən Zixiang Zhou adlı iştirakçı olub. 

Qeyd edək ki, Benjamin Qi ötən il Yaponiyanın Tsukuba şəhərində keçirilən olimpiadanın da qalibi olub. Azərbaycanı təmsil edən iştirakçılara gəlincə, Murad Eynizadə və Abutalıb Namazov ən yaxşı göstəricilər nümayiş etdirərək 232 reytinq xalı ilə Olimpiada cədvəlində öz yerlərini tutublar. Rəsmi mərasimdə Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, digər təşkilati qurum və sponsorların rəhbərləri iştirak edib, qalibləri təntənəli şəkildə medalla təltif ediblər.

 
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirildi. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru qismində PAŞA Bank çıxış edib. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin edib.






Загрузка...
Həmçinin oxuyun:
31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

“BİO-da şansımız çoxdur, bu təmsilçilərimiz medal qazana biləcəklər” –Etibar  Əliyev

“BİO-da şansımız çoxdur, bu təmsilçilərimiz medal qazana biləcəklər” –Etibar Əliyev

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə  təmsil edəcək

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Növbəti uğurumuz

Növbəti uğurumuz

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur