“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

 


Bu məsələyə hansı don geyindirilsə belə...

Milli Məclis orta məktəblər üçün Azərbaycan tarixi dərsliyinin necə və hansı prinspilərlə hazırlanması məsələsini araşdıracaq.
Məsələ ilə bağlı çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, bir qrup tarix müəllimi ona müraciət edib: "Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır. Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var?”
Deputat Yaqub Mahmudov bildirib ki, vahid Azərbaycan tarixi vahid adla tədris olunmalıdır: "Bunu başqa adlara bölmək ciddi təxribatdır”.

Oqtay Əsədov məsələdən narahatlığını bildirərək İsa Həbibbəyliyə bunu araşdırmağı tapşırıb. Bir qrup ıctimaiyyət nümayəndələrinin "Qarabağın tarixi"nin orta məktəblərdə tədris olunmasına qarşı səslənən etirazlara münasibəti də özünü çox gözlətmədi.  

Hələ iki il bundan qabaq, 2014-cü ilin oktyabrında yeni tədris ilindən "Qarabağ tarixi” adlı fənnin orta məktəblərdə tədris olunmasının proqrama salınması barədə xəbəri eşidəndə, hamımızın ümumi dərdi olan Qarabağ dərdindən əlavə özümüzə yeni problem yaradacağımıza, Azərbaycanlı olmağımızla həmişə fəxr etməyimizin tövsiyyə olunduğu, azərbaycançılıq ideyasına sadiq qalmağın hər birimizin vətəndaşlıq borcuna çevrildiyi bir dövrdə tələm-tələsik və belə absurd qərar qəbul edilə biləcəyi ehtimalına qarşı   "Bu gün Qarabağ, sabah Şərur- Dərələyəz, o biri gün Borçalı…” adlı geniş yazımda sərt təpki göstərmişdim. 

O zaman məni qınayanlar və sorğuya çəkənlər də oldu. Kimlərsə bunun ayrıca fən kimi kimlərsə ayrıca fənn deyil, fakultativ kurs kimi tədris olunmasını təklif etdi, kimlərsə buna çoxdan başlamaq lazım olduğunu əsaslandırmağa çalışdı. Yənı, görək ki, istər fakultativ məşğələ formasında aparılsa, istər 8-11-ci sinflərdə keçilsə, istərsə də bu məqsədlə 1saat deyil , 3 saat ayrılsa belə "Qarabağ tarixi”nin ayrıca fənn fənn kimi tədrisi bizə nə verəcək?

Bu sualın cavabı üzərində düşünməyə belə ehtiyac yoxdur .Bu tariximizin ikiyə parçalanması, cəmiyyətdə Qarabağın ayrı bir vilayət kimi tanınması fikrini yarada bilər. Məncə şərhə və hər hansı bir əlavəyə ehtiyac qalmır.

Narahat edici hal o idi  ki, Təhsil Nazirliyinin o zamankı bu qərarını "ən humanist”, "çox yüksək”, "təqdirəlayiq” addım kimi qiymətləndirənlər də tapılıb. Yazımda xüsusi olaraq vurğulamışdım ki, belə "növbətçı havadarların” fikirlərinə bir az da rəvac verilsə, kim təminat verə bilər ki, sabah "Sərur Dərələyəz”, altdakı gün, "Borçalı” tarixinin ayrıca fənn kimi tədris olunması barədə yeni ideyalar ortalığa atılmayacaq?

Bəlkə, tələm-tələsik qərarlar çıxarmaqda bir az interval yaradaq. Bəlkə bu qərarımızı da ölçüb-biçib təxirə salaq. Ən yaxşı halda isə, bu fikirdən tamam vaz keçək ?

O zaman fikirlərimi nəzərə alan olmadı, məsələyə əsl münasibətin nədən ibarət olduğunu  ayırd etmək mümkünsüz oldu. Yəqin, bu ideyanı irəli sürənlərin və onları  dəstəkləyənlərin də öz həqiqətləri var imiş. İndi də "Azərbaycan tarixi ilə yanaşı, Qarabağ tarixinin keçirilməsində böyük fayda var" kimi tezis irəli sürənlər fərqində deyillər ki, ərazi bütövlüyümüz bütöv dövlət, bütöv tarix prinsipinə əsaslanır.Bir də ki, hamımızın da bir həqiqəti var - Qarabağ həqiqəti. Qarabağ tarixini Azərbaycan tarixindən ayırmaqla bu həqiqəti cılızlaşdırıb, ucuzlaşdırmaq fikrindən hər vəchlə daşınmaq lazımdır.

Azərbaycana məxsus ərazilərin tarixinin ayrıca tədris olunması yolverilməzdir. Hətta bu məsələyə hansı don geyindirilsə belə... Bir dövlətin iki tarixi olmur.  "Bir tarix var, o da Azərbaycan tarixidir...” O ki, qaldı Qarabağ həqiqətlərinin daha dərindən və əhatəli öyrənilməsinə, bunu Azərbaycan tarixi dərsliklərindəki ikinci, üçüncü dərəcəli, mən deyərdim lazımsız və əhəmiyyətsiz materialların sıxışdırılması hesabına da etmək olar.

Nadir Israfilov Təhsil üzrə ekspert
 





xtehsil






Həmçinin oxuyun:

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Kurikulum, MÜƏLLİM
Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Xəbərlər, Pedoqojitəcrübə
Ağstafa rayon A.Abdullayev adına 2 saylı tam orta  məktəbində Tarix-Diyarşünaslıq  muzeyi fəaliyyət göstərir

Ağstafa rayon A.Abdullayev adına 2 saylı tam orta məktəbində Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir

Xəbərlər
Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Xəbərlər, MÜƏLLİM
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Xəbərlər
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

Xəbərlər
5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

Xəbərlər
Mətbuat Şurasının 03.08.2016-cı il tarixli iclası ilə bağlı açıqlama

Mətbuat Şurasının 03.08.2016-cı il tarixli iclası ilə bağlı açıqlama

Xəbərlər
Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

MÜƏLLİM
Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Xəbərlər
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

H/N sənədlər
2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

H/N sənədlər
ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Xəbərlər
Azərbaycan məktəblərində belə Son Zəng olmamışdı - VİDEO

Azərbaycan məktəblərində belə Son Zəng olmamışdı - VİDEO

Xəbərlər
Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Xəbərlər
Pedaqogika elminin yaranması və ilk yazı  haqqında

Pedaqogika elminin yaranması və ilk yazı haqqında

MÜƏLLİM
Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

MÜƏLLİM
Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Xəbərlər
qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

H/N sənədlər
4-cü sinif şagirdlərinə

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Qabaqcıl təcrübə
Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

H/N sənədlər
Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Direktor
230 № -li tam orta məktəbdə

230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO

Xəbərlər
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Xəbərlər