Xəbərlər / Müəllim
30 iyul 2019
1 886


IV kurs tələbələri köməkçi müəllim vakansiyası ilə işə cəlb edilə bilər -TƏKLİF

IV  kurs tələbələri köməkçi müəllim vakansiyası ilə işə cəlb edilə bilər -TƏKLİF

 

 
Məktəblərimizə Pedaqoji kadr seçimində Təhsil Nazirliyi son illər çox ciddi nailiyyətlər əldə edib. 2019-cu il Müəllimlərin İşə Qəbulu  müsabiqəsinin şəffaf şəkildə aparılması bunun bir daha sübutudur.
 
Buna baxmayaraq, etiraf etməliyik ki, hardasa, hansısa xırda bir texniki xəta olubsa belə, bu heç bir halda görülən işə kölgə salmamalıdır. Bu gün Azərbaycanda ciddi bir inam yaranıb ki, digər sahələr kimi müəllimliyə namizəd olan hər bir şəxs öz qabiliyyəti ilə müəllim vəzifəsini qazana bilər. Bu inam müəllim üçün çox vacib idi. Çünki müəllim qorxaq olarsa, gözükölgəli olarsa, ondan azad düşüncəli, sərbəst fikirli gənc hazırlamağı gözləyə bilmərik. Bu imtahanlar onu göstərir ki, öz haqqı ilə bu vəzifəni qazanan insanlar, zəhmətlə, fədəkarlıqla peşəsinə xidmət edəcək, heç kimdən, heç nədən qorxmadan, qürurulu bir vətəndaş böyüdəcək, hansısa direktorun, direktor müavinin hədəsindən, təzyiqindən qorxmayacaq, alnıaçıq şəkildə işini görəcəkdir. Direktor və direktor müavinlərinin də seçim prosesi ilə işə cəlb edilməsi ürəkaçan sabahlardan xəbər verir.  

 Təhsil naziri Ceyhun Bayramovun  "2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır” fikrinə  f.ü.f.d, dos, pedaqoq Şəmil Sadiq münasibət bildirib.

 Şəmil Sadiq AzEdu.az-a açıqlamasında  Təhsil nazirinin yuxarıdakı fikri ilə bağlı əlavə təkliflə də çıxış edib: Bizim dövlət məktəblərində köməkçi müəllim, təcrübəçi müəllim vakansiyası yoxdur. Universitetin pedaqoji fakültələrini bitirən müəllimlər isə birbaşa sinfə girə bilmirlər, çünki müəllimlik ilk növbədə təcrübə istəyir.

 Təcrübəsiz müəllim savadına görə işə götürülsə belə, ya valideynlər tərəfindən qəbul edilmir, ya da sinifdə yaşanan kiçik bir problem onun ruhunu sındırır. Özünə gəlməsi isə böyük bir zaman alır. İndiyə qədər universitetlərdən məktəblərə təcrübəyə göndərilən tələbələr isə istənilən pedaqoji təcrübəni əldə edə bilmirdilər. Bunda təhkim olunmuş məktəb də, müəllim də, universitet müəllimi də təqsirkardır. Etiraf edək ki, bu cür 2-3 aylıq təcrübə müddətləri, adətən, formal olaraq həyata keçirilir.  Cənab nazirin də qeyd etdiyi kimi təcrübəçilər son ilini tam olaraq məktəblərə təyin edilsə, fənn müəlliminin köməkçisi kimi çalışsa, bir ilin sonunda biz təhsildə gənc, dinamik, həvəsli və təcrübəli müəllim qazanarıq, digər tərəfdən də, təhkim olunduğu müəlliminə asissent kimi kömək etməklə onun da müəyyən işlərinə dəstək olar. Lakin bu o demək deyil ki, təcrübəçinin təhkim olunduğu müəllim "urra, təcrübəçi gəldi, bir il kefdir” deyib bütün işi təcrübəçinin üstünə atıb qaçsın. Çünki bizim oxuduğumuz 90-cı illərdə adətən müəllimlər belə edirdi.

 Mən bu mövzuda əlavə olaraq təklif edərdim ki, hər bir təcrübəçiyə görə dövlət büdcəsindən təhkim olunduğu müəllimə ayrılan müəyyən məvacib məhz həmin tələbələrə yönləndirilsin. Bu, onların gördükləri iş qarşısında yol xərcini qarşılayar, motivasiyalarını da artırar. Çünki təcrübəçi sayı çox olmadığından ölkənin bütün müəllimlərinə təcrübəçi düşmür və bu  həm də o deməkdir ki, bütün müəllimlər bu məvacibi ala bilmirlər. Amma toplam olaraq 4-cü kurs tələblələri arasında bölünərsə, daha ədalətli olar.  Digər bir tərəfdən də Nazirliyin "Məktəblinin dostu”  layihəsi də bunun köməyi ilə daha təkmil, daha profesional şəkildə həyata keçirə bilər. Hətta MİQ imtahanında məktəbdən gələn rəy də onun portfolyosuna yazılarsa və prosses obyektiv şəkildə qiymətləndirilərsə, beş ildən sonra məktəblərimizdə ciddi kadr formalaşması olar ki, bu da ölkə təhsilinin inkişafına çox faydalı ola bilər. Nazirlikdə və məktəblərdə köməkçi müəllimlərlə iş şöbəsi açılarsa, gələcəkdə təyinat məsələsi də aktuallaşar və istedadlı kadrlar iş tapmaqda çətinlik çəkməzlər. Etiraf edək ki, universitet təhsili müəllim hazırlamağa tam cavab verə bilmir, çünki müəllim sinifdə müəllim olur. Nəzərə alaq ki, günümüzün dünyası təcrübələr üzərində qurulur və inkişaf edir, o zaman Təhsil Naziri Ceyhun Bayramovun bu addımı həm də dünya təhsilində gedən proseslərə qoşulması, kadr islahatlarını lap dərindən başlaması deməkdir. Təhsildə isə uzaqgörən addımların atılması çox vacib məsələdir ki, Təhsil nazirinin hazırda bu işlərə xüsusi diqqət yetirdiyi açıq-aydın görünür. Müəllim hazırlığına tələbəlikdən başlasaq, düzdür, universitetlərimiz bu işlə nəzəri məşğul olurlar, amma praktiki şəkildə də məşğul olsaq, qısa müddətdə orta məktəb təhsilindəki çatışmazlıqları aradan qaldıra bilərik.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji kadrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə keçirəcək - Ceyhun Bayramov

Pedaqoji kadrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə keçirəcək - Ceyhun Bayramov

“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”-Nazirin qərarı alqışlandı

“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”-Nazirin qərarı alqışlandı

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

“Cürətlə deyirəm, məktəblərdəki Pedaqoji Şura  sovet mirasıdır, dəyişməlidir” – Əməkdar müəllim

“Cürətlə deyirəm, məktəblərdəki Pedaqoji Şura sovet mirasıdır, dəyişməlidir” – Əməkdar müəllim

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

Direktor müavinlərini ən çox düşündürən suala cavab – Vəzifədən çıxarıldıqdan sonrakı aqibətləri...

Direktor müavinlərini ən çox düşündürən suala cavab – Vəzifədən çıxarıldıqdan sonrakı aqibətləri...

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? –  Təhsilsizliyin ilk müəllifləri

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? – Təhsilsizliyin ilk müəllifləri

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Direktor ola bilməyənlər hansı hallarda ehtiyat  kadr siyahısına salınırlar? – Axtarılan  qaydalar

Direktor ola bilməyənlər hansı hallarda ehtiyat kadr siyahısına salınırlar? – Axtarılan qaydalar

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”