Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

 


«İnsanın ömrünün yarısını mübahisələrdə keçirəcək qədər zamanı yoxdur… » 
Avraam Linkoln

Bu yaşa çatmışam, təyinatla ucqar bir kənddə müəllimlik etməkdən təhsilin müxtəlif yuxarı idarəetmə orqanlarında məsul vəzifələrdə calışmaqla uzun bir həyat məktəbi keçmişəm, ancaq son 20-25 illik təcrübəmdə təhsil sahəsində hansısa edilən bir yeniliyin, bu sahədə atılan hansısa bir addımın birmənalı şəkildə qarşılanmasının hələ ki, şahidi olmamışam. Yəni, təhsilimiz də zaman-zaman mübahisəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç də xali olmayıb. Uğurlarımız uğursuzluqlarımızla paralel inkişaf edib. Nailiyyətlərimizi qismən də olsa qəbul etmişık, uğursusluqlarımıza  gələndə isə dərhal və çəkinmədən səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırmışıq. Bir qismimiz uğurları, digər qismimiz qüsurları qabartmışıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən  təhsil verənləri, əksər halda isə təhsilə rəhbərlik edənləri hədəf seçmişik. Təhsilə tətbiq olunan və müasir hesab edilən yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlib. Kimlərsə, artıq zamanın sınaqlarından çıxmış təhsil ənənələrimizi qoruyub saxlamağı və tədricən inkişaf etdirməyi, kimlərsə tərəddüd etmədən uzun illərdən bəri toplanmış potensialı birdəfəlik "arxivə” göndərib, "qərbsayağı” yeniləşməyi inkişafın əsas amili hesab ediblər və etməkdədirlər.
Elə götürək Təhsil naziri Mikayıl Cabbarovun "Təhsil TV”-nin "Media ilə üz-üzə” verlişinə müsahibəsindən son açıqlamalarını: "Hazırda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun ən uğurlu yol olduğuna inanmıram. Çünki, müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir”.
Nazir nə deyir, deyir ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır.  Akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək niyyətindəyik. Heç kim məktəbin ab-havası, imkanları, mühiti və digər vacib detallara direktor qədər peşəkar şəkildə bələd ola bilməz. Bu pilot layihə çərçivəsində, biz 50 məktəbə o hüququ verəcəyik. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə, o, müasir məzmunlu pedaqogikanı, psixologiyanı bilirsə, artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Bu yanaşmanın reallaşması üçün real addımlar atacağıq və bir sıra məktəblərdə  belə bir hüququn qısa müddətdə təqdim edilməsi məsələsini nəzərdən keçiririk.

Məsələ hələ heç nəzərdən keçirmə prosesini "bismillah” etməmiş, dərhal sərt və aqressiv reaksiyalar gəldi:"Direktorlara muxtariyyət verməklə onlara hegemonluq vermiş oluruq”,"Azərbaycan məktəblərində məktəb direktorunun müəllim seçməsi qeyri-mümkün məsələdir”, "Direktora təsir ve təzyiq edən "n” qədər vəzifəli səxs var”, "Qohumbazlıq, dostbazlıq, vəzifəli şəxslərin sfarişləri, rüşvətxorluq burada çox önəmli olacaq”, "Bu yenidən direktotların cibinə xidmət edəcək”, "Məktəb rəhbərliyi o qədər də peşəkar deyil”, ”Hazırda əksər direktorlar vəzifələrini icra edə bilmirlər", "Bizim məktəbləri idarə edən direktorların böyük əksəriyyəti buna hazır deyil”, "Sivil ölkələrdə... " və s. və i.a.

Başlayaq elə "Biz hələ buna hazır deyilik”, statusundan. Niyə hazır deyilik və hazır olmamalıyıq? Məgər Sovet adlanan 70 illik bir dönəmda müəllimlər Nazirliyin mərkəzləşdirilmiş imtahanından keçib müstəqil peşə fəaliyyətinə qədəm qoyurdular, yoxsa ali məktəbin astanasından birbaşa ixtisasları üzrə məktəblərə təyinat alırdılar? Bəlkə, ali və orta ixtisas məktəblərini bitirən müəllimlərin rayon təhsil şöbələri tərəfindən yerlərə göndərilməsi və direktorların rayon və şəhər təhsil şöbələri və idarələrinin təqdimatı əsasında rəhbər vəzifəyə seçilməsi yadımızdan çıxıb? Hətta bir ara müəllimlərin işə qəbulunu məktəb rəhbərlərinə, direktorlların seçimini isə kollektivlərə də həvalə etmişik. Hazırrda əksəriyyətimiz həmin məktəb direktorlarının rəhbərlik etdiyi kollektivdə çalışan müəllimlərin yetirmələri deyilik?

Müəllimlərin işə qəbulu rayon təhsil şöbələri və direktorların səlahiyyətindən çıxarıldıqdan  bir müddət sonra  Təhsil Nazirliyinin 21 aprel 2014-cü il tarixli, 445 saylı əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları”nın həddən artıq yüklü olması ilə yanaşı, onun anti-demokratik, anti-humanist xarakterinə, müəllimlərin işlə təmin olunmasında ciddi problemlər yaşanmasına,  xeyli vakant yerlərin boş qalmasına, məzunların sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə müəllimlərdən ibarət "işsizlər ordusu" yaranmasına dəfələrlə diqqət çəkildikdən sonra "Qaydalar”dakı 70 maddə ixtisar edilərək 41, daha sonra isə 35 maddəyə endirildi. Hazırda bu qaydalar dəfələrlə dəyişdirilib və  yenilənməsini bir daha qaçılmaz edir. Göründüyü kimi bütün mümkün və mümkünsüz variantlar dəfələrlə bilavasitə tətbiqetmə yolu ilə yoxlanılıb və sınaqdan keçirilib. 

Digər tərəfdən Nazirin bu açıqlaması hər şeydən əvvəl "təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi”, "səlahiyyətlərin bölüşdürülməsi”, "funksiyaların yuxarıdan aşağıya paylanması”, "təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplər hələ 1999 – cu ildə Dövlət islahat komissiyası tərəfindən hazırlanmış və  Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasinin təhsil sahəsində islahat Proqramı”nın mühüm müddəaları ilə tam uzlaşmaqla bərabər həm də  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsildə nəticələrə görə cavabdeh,  şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması vəzifəsinin həyata keçirilməsi istiqamətində atılacaq növbəti bir addımdır. Yəni, təhsilə dair bütün normativ hüquqi aktlarda, təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilir. 

O da məlumdur ki, təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və  cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması,  Strategiya”da nəzərdə tutulmuş beş strateji istiqamətdə həyata keçiriləcək genişmiqyaslı tədbirlərdən biridir.

Daha nəyi gözləməliyik? Gözləməliyik ki, "direktorlar hegemonluq vərdişlərindən nə vaxt əl cəkəcələr”,
"onlara təsir və təzyiq edənlərin kökü nə vaxt kəsiləcək”, "qohumbazlığa, dostbazlığa, vəzifəli şəxslərin sfarişlərinə nə vaxt son qoyulacaq”, "Kimlərsə nə vaxt ciblərini güdməyəcək” , "məktəb rəhbərləri nə vaxt peşəkarlaşacaq”, ” direktorlar vəzifələrini icra edə bilməyi nə vaxt öyrənəcək", "nə vaxt  buna  hazır  olacağıq”, "nə vaxt sivil ölkələrin sırasına daxil olacağıq ...???  " Bu kimi yanaşmalar təhsilimizin ətrafında inamsızlıq mühiti yaradır. Bir də ki, tez-tez istinad etdiyimiz sivil dövlətlərdən nəyimiz və haramız əksikdir. Özümüz təyin etdiyimiz rəhbərlərə etibar etməmək və etimad göstərməmək nə vaxta qədər davam edə bilər axı?

Bir məsələni də unutmayaq ki, təhsildə dövlət siyasətini ali icra hakimiyyəti orqanı olaraq Təhsil nazirliyi həjata keçirir və bu siyasətin gerçəkləşməsinə məsuliyyət daşıyır. Digər tərəfdən təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işi və ümummilli məsələdir. Əgər təhsilimizin gələcək inkişafına və tərəqqisinə yardımçı olmaq, bu məsuliyyətli  missiyaya hansısa töhfə vermək istəyiriksə, hətta dövlət səviyyəsində dəstəklənən fikir plyurializminin imkanlarından istifadə edərək nə dərəcədə tənqidi olsa belə irəli sürülən istənilən yeniliyə, onun daha da təkmilləşdirilməsinə yönəldilən rəy və təkliflərlərimizi verək. Qaldırlan məsələyə syasi don geyindirmək, məsələnin predmetinə ambisioz motivasiya vermək, loru dildə desək "mız” qoymaq, "qulp” qoymaq isə məni bağışlayın, nə dəstəkdir, nə tənqiddir... tamam başqa şeydir.

İstistisna etmirəm ki, fikirlərimlə razılaşmayanlar olacaq. Bu da təbiidir. Hər halda dediklərim mənim subyektiv fikirlərimdir.  Son olaraq Əbülqasim Firdovsinin bir kəlamına diqqət çəkmək istərdim. Dəqiq tərcümədən ehtiyatlanaraq  mənası rus dilində təxminən belə səslənir. «Если путь твой к познанию мира ведет, Как бы ни был он долог и труден - вперед!» 

Fürsətdən yararlanaraq, əziz və hörmətli oxucularıma əməkdar elm xadimi, professor Şahlar Əsgərovun "Kamilləşən düşüncə” kitabını (rus və ya azərbaycan variantında) oxumağı tövsiyə edərdim. Daha irəli addımlamaq, yeni uğurlara imza atmaq üçün istəsək də, istəməsək də düşüncəmiz kamilləşməlidir.

Tənqid etmək başqa şeydir, "mız” qoymaq, "qulp” qoymaq tamam başqa şey...

Nadir İsrafilov



Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

"Məqsədimiz məktəb direktorlarına müstəqil olaraq müəllim seçmək imkanı yaratmaqdır" - Nazirdən açıqlama..

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar