Xəbərlər / Müəllim
16 iyul 2019
1 724


“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

 

 
İyulun 16-da Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə "Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib.

BDU-nun rektoru Elçin Babayev son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu il 100 yaşı tamam olan universitetin fəaliyyəti barədə məlumat verib. Təlim-konfransın media ilə təhsil dialoqu baxımından mühüm əhəmiyyətini qeyd edən Elçin Babayev bildirib ki, təlimin əsas məqsədi ali təhsil müəssisələri ilə media qurumlarının əlaqələrinin daha da yaxşılaşdırılması, mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılmasıdır.

Çıxışının sonunda rektor media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Təhsil nazirinin müşaviri Elnur Məmmədov ali təhsil müəssisələrində PR işinin təşkilinin əsas məqsədlərini sadalayıb, təhsilin mediada düzgün və geniş şəkildə işıqlandırılmasının əhəmiyyətindən bəhs edib. Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan Təhsil nazirinin müşaviri media ilə təhsil müəssisələri arasındakı əlaqələrlə bağlı fikirlərini bildirib, nazirliyin hər zaman belə tədbirlərin keçirilməsinə önəm verdiyini əlavə edib.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda  BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova "PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?”, "Alibayov” kommunikasiya və konsaltinq şirkətinin baş direktoru Vəli Əlibəyov isə "Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiya və taktikası” mövzusunda təqdimatla çıxış ediblər. Bildirilib ki, müəssisənin daxili PR-nın təşkili, KİV və sosial mediada monitorinqin aparılması, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq təcrübənin tətbiqi vacib məsələlərdəndir.

Təlim-konfrans mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsildən yazan jurnalistlər üçün təlim

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt

Maarifləndirici təlimin ilk günü başa çatıb

Maarifləndirici təlimin ilk günü başa çatıb

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

“Təhsil Nazirliyini izləyənlərin sayı rekord həddə çatıb”

“Təhsil Nazirliyini izləyənlərin sayı rekord həddə çatıb”