Xəbərlər
09 iyul 2019
2 613


Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək - RƏSMİ

 

 
"Aqrar sahə üzrə mütəxəssis hazırlığı prosesinin stimullaşdırılması bu il də davam etdiriləcək”. 

Bu barədə AzEdu.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. 

V.Hüseynov ki, 2019/2020 tədris ilində də Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatıyönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüdlər veriləcək:

"Qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. Eyni zamanda ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiayaları zamanı 6 fənndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur”. 

Şöbə müdirinin sözlərinə görə, aqrar sahənin bilikli, bacarıqlı kadrlarla təmin edilməsi Azərbaycan Dövlət Aqrar Universitetin qarşısında duran əsas vəzifədir:

"Stimullaşdırma tədbirləri, ölkədə kənd təsərrüfatının sürətli inkişafı abituriyentlərin aqraryönümlü fakultələrə marağını daha da artırır. Ölkədə aqrar sahənin mütəxəssislərinə ehtiyac çoxdur. Əmək bazarında mövcud tələbləri dəyərləndirən abituriyentlər aqronomluq, baytarlıq və digər kənd təsərrüfatıyönümlü ixtisasları seçərək gələcək karyera həyatını indidən təmin etmiş olurlar. Qəbul imtahanlarında 500 və daha yüksək bal toplamış abituriyent ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçərsə, ayda təxminən 350 manata yaxın təqaüd almış olur. Universitetin 4 ulduz təsnifatına uyğun, hər cür şəraitə malik yataqxanasında qalacaq, ayda 350 manata yaxın təqaüd alacaq tələbə həm yüksək ali təhsil almış olur, həm ailə büdcəsinə qənaət edir, həm də əmək bazarında böyük tələbat olan, yüksək maaşlı işlə təmin olunmağa qarantiya verən ixtisasa yiyələnir”. 

Nazirlik rəsmisi bildirib ki, ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələr təhsil dövründə digər stimullaşdırıcı imkanlardan, mübadilə proqramlarından yararlanmaq imkanına sahibdirlər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

"Aqrar İxtisaslaşmış Jurnalistlər" layihəsinə start verilib.

"Aqrar İxtisaslaşmış Jurnalistlər" layihəsinə start verilib.

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Müsabiqədə yalnız 30 yaşadək namizədlər iştirak edə bilərlər.

Müsabiqədə yalnız 30 yaşadək namizədlər iştirak edə bilərlər.

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Rumıniyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Təqaüdlər bu gündən etibarən artırılıb

Təqaüdlər bu gündən etibarən artırılıb

ADAU-nun rektoru daha bir sorğunun qalibi olub

ADAU-nun rektoru daha bir sorğunun qalibi olub

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

Yeni tələbə olanların nəzərinə - Bacarsanız, bu qədər təqaüd ala bilərsiniz!

Yeni tələbə olanların nəzərinə - Bacarsanız, bu qədər təqaüd ala bilərsiniz!

Azərbaycanlı gənclər bu ölkədə ali təhsil ala bilərlər - ELAN

Azərbaycanlı gənclər bu ölkədə ali təhsil ala bilərlər - ELAN

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Universitet rektoru: “Tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə…”

Universitet rektoru: “Tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə…”

"Prestijli və prestijsiz kateqoriyalarına bölərək stimullaşdırma anlayışını çoxdan unutmuşuq”

"Prestijli və prestijsiz kateqoriyalarına bölərək stimullaşdırma anlayışını çoxdan unutmuşuq”

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

IV qrupda 150 bal toplayanlar 5 universitetdə təhsil ala biləcəklər

IV qrupda 150 bal toplayanlar 5 universitetdə təhsil ala biləcəklər

I ixtisas qrupu üzrə 150 ballıq  yerlər

I ixtisas qrupu üzrə 150 ballıq yerlər

Azərbaycanda ləğv olunan texnikumlar – Siyahı

Azərbaycanda ləğv olunan texnikumlar – Siyahı

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar