İslam dini sığortanı qadağan edirmi?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İslam dini sığortanı qadağan edirmi?

 

Əminəm ki, sığortada işləyən, eləcə də, bu sahəyə marağı olan bir çox insan heç olmazsa bir dəfə də olsun bu sualı özlərinə veriblər. Dinimiz İslam dini olduğundan nəyin halal, nəyin haram olduğunu az da olsa başa düşürük. Bəs islam dininin sığortaya münasibəti necədir? Şəriət qaydaları sığorta münasibətlərini qəbul edirmi? Bu məqalədə qeyd olunan məsələlərə qısa şəkildə aydınlıq gətirməyə çalışacağıq.


"Roshd” sözü ərəb dilindən tərcümədə tədbirlilik, ağıllılıq, şüurluluq və ya məntiqlilik mənasını verir və Quranda bir neçə dəfə istifadə olunmuşdur. Bəqərə surəsinin 256-cı ayəsində Roshd sözü "düzgün yolu seçmə bacarığı” kimi, Nisa surəsinin 6-cı ayəsində isə "tədbirli, ağıllı qərar vermə” mənalarında işlədilmişdir. Qurana əsasən sağlam düşüncəyə malik olmayan şəxslərin öz resurslarından düzgün və səmərəli şəkildə istifadə etmək bacarığı yoxdur. Buna görə də "Roshd” sözünü "şüurlu şəkildə düzgün yola aparan sağlam düşüncə” kimi başa düşmək olar. Bütün bu deyilənləri ümumiləşdirsək, "Roshd” islam qaydaları çərçivəsində hər bir müsəlmanın tədbirli davranışlarıdır. Başqa sözlə, hər bir müsəlman intellektindən, həyat təcrübəsindən və şüurundan asılı olaraq öz qərarlarında tədbirli olmalı və eyni zamanda islam qaydaları ilə müəyyən edilmiş "düzgün yoldan” kənara çıxmamalıdır. Bu ideyanı davam etdirmiş olsaq, həmçinin qeyd etmək olar ki, "Roshd”-a əsasən hər bir müsəlman özünü və ailəsini baş verə biləcək risklərdən və zərərlərdən qorumalı və yaxınlarının qayğısına qalmaq üçün tədbirli olmalıdır. Müsəlman şəxsin gələcək, gözlənilməz hadisələrə maliyyə cəhətdən hazırlıqlı olması peyğəmbərimizin sünnəsində də öz əksini tapmışdır.


"... Bir gün peyğəmbərimizin ağır xəstəlikdən əziyyət çəkən varlı bir dostu ondan bütün var dövlətinin üçdə ikisinin xeyriyyə məqsədi ilə xərcləmək istədiyi barədə soruşur. Peyğəmbərimiz onunla razılaşmır. Bundan sonra varlı dost ondan bütün var dövlətinin yarısını xeyriyyə məqsədi ilə xərcləyə biləcəyi barədə soruşur. Lakin, bu dəfə də peyğəmbərimiz onunla razılaşmır və ona bütün var dövlətinin maksimum üçdə bir hissəsini xeyriyyə məqsədi ilə xərcləyə biləcəyini və hətta bu məbləğin də artıq olduğunu deyir. Daha sonra peyğəmbərimiz əlavə edir ki, ailəni və varislərini var-dövlətlə təmin edib vəfat etmək, onları kimlərdənsə xeyriyyə gözləyəcək dərəcədə kasıb qoyub getməkdən daha yaxşıdır ... ”


Bu hədis hər bir müsəlmanın öz ailəsinin qayğısına qalmalı olduğunu və vəfatından sonra ailəsinin və varislərinin maliyyə cəhətdən əziyyət çəkməməsi üçün şüurlu şəkildə düzgün addımlar atmalı olduğunu bir daha sübut edir.


"Əməkdaşlıq” – Sığortanın bir növ daxıl funksiyası yerinə yetirdiyini nəzərə alaraq, onun əsasını insanlar arasında əməkdaşlıq və yardımlaşma təşkil edir. Gözlənilməz hadisələr nəticəsində zərərə uğrayan və ciddi maliyyə çətinlikləri ilə üzləşən hər bir fərd başa düşür ki, əgər bu zərər məbləği bir çox insanlar arasında bölüşdürülsə, zərər o qədər də ağır olmayacaq. Cəmiyyətimizdə də rastlaşdığımız, çətinliyə düşdüyümüz anda qohum-qonşuların, dost-tanışların köməyə gəlməsi və əlimizdən tutması əməkdaşlığın və yardımlaşmanın ən bariz nümunəsidir.


İnsanlar arasında əməkdaşlığın və yardımlaşmanın vacibliyi Quranda da öz əksini tapmışdır. Maidə surəsinin 2-ci ayəsində deyilir:


"... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.”


"Zəkat” İslamın 5 əsas şərtindən biridir. Zəkat varlı müsəlmanların verdiyi və toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş və xeyriyyə məqsədi ilə istifadə olunan məcburi ödənişdir. Hər bir varlı müsəlman ildə bir dəfə, fərz olan zəkatını verməklə ehtiyacı olanlara yardım etmiş olur və ödənilən məbləğ yoxsul müsəlmanlar arasında bölüşdürülür.


Zəkatın insanlar arasında yardımlaşma ideyasını davam etdirərək müsəlmanlar könüllü ödənişlər şəklində də əməkdaşlıq edib gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələr zamanı yaranmış zərərləri müştərək qaydada qarşılaya bilər və bununla da özlərini və ailələrini maliyyə itkilərindən qoruya bilərlər. Bu isə sığorta münasibətləri ilə eynilik təşkil edir.


Yuxarıda sadalananları nəzərə alaraq, müsəlmanlar arasında əməkdaşlıq, yardımlaşma və baş verə biləcək risklərdən və zərərlərdən qorunmaq  kimi prinsiplərini özündə birləşdirdiyi üçün söyləmək olar ki, sığorta münasibətləri İslam dini tərəfindən qadağan edilmir və əksinə, Şəriət qaydaları çərçivəsində idarə edildiyi halda, İslam sığorta münasibətlərini dəstəkləyir.


Lakin, mütləq şəkildə qeyd edilməlidir ki, günümüzdə istifadə olunan ənənəvi sığorta məhsullarında İslam dininə zidd olan ünsürlər (Qarar, Meysir və Riba) mövcuddur və məhz bu səbəbdən bir sıra müsəlman ölkələrində ənənəvi sığorta əməliyyatlarına alternativ olaraq tətbiq olunan və İslam Şəriətinə uyğun qaydada həyata keçirilən "Təkaful” sığortasından istifadə edilir. "Təkaful”, eləcə də "Qarar”, "Meysir” və "Riba” elementləri haqqında daha sonrakı məqalələrdə...


Müəllif: Uğur İbrahimli

 http://banco.az/az




Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Qan verməyin faydaları

Qan verməyin faydaları

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Tarixdə ilk müsəlman qadın hökmdar kimdir? -  Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultan

Tarixdə ilk müsəlman qadın hökmdar kimdir? - Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultan

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili