Xəbərlər / Valideyn / Müəllim
06 iyul 2019
3 370


Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

 

 
Ağac yaşkən əyilər

Hər şey körpəlikdən başlamalıdır. Psixologiya və Konsultasiya Mərkəzinin uşaq psixoloqu Anarə Baxşəliyeva deyir ki, uşaqları ilk dəfə kitabla tanış etməmişdən öncə mütləq onu dinləmə vərdişi ilə tanış etmək lazımdır: 

"Bu vərdişə isə körpəni ana bətnində olarkən alışdırmaq lazımdır. Nəzərə alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən formalaşmağa başlayır, deməli, bu ayından sonra uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq gərəkdir. Mütləq ana hamiləlik vaxtı körpəsinə maraqlı nağıllar danışmalıdır, xüsusən, bunu axşam, yatmamışdan öncə etməlidir. Bir növ körpəni hazırlamalıdır". Mütəxəssisin fikrincə, ana hamiləlik vaxtı hansı saatda körpəsinə nağıl danışıb, daha sonra onu əzizləyirsə, həmin uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və idarə olunabilən olur.

Layla dedim, yatasan, boya-başa çatasan...

Körpəlikdən valideyn uşağı gələcək həyata sağlam və düzgün şəkildə hazırlamalıdır. Uşağın gözü açılmamış onu nəyə öyrətsən, hansı vərdişə alışdırsan, elə o cür də davam edəcək. Sadəcə sonadək kənardan nəzarət etmək lazımdır. Psixoloq uşaqlarda dinləmə qabiliyyətini artırmaq üçün analara həmişə layla oxuyaraq uşağı yatızdırmağı məsləhət görür: "Uşaqlarda bu cür dinləmə qabiliyyətini formalaşdırdıqdan sonra onu kitabla birbaşa tanış etmək olar".

Ay nənə, bir nağıl de

Layla dövrü bitdikdən sonra uşaqlarda dinləmə mədəniyyətini inkişaf etdirmək üçün nağıl danışmaq lazımdır. Bu prosesə uşaq 2 yaşında olarkən başlamaq lazımdır. Nağıl danışmaq üçün ən yaxşı məqam isə yatmazdan qabaqdır. Psixoloq deyir ki, düzgün dinləmə qabiliyyəti formalaşan uşaqlar 2 yaşından nağıl dinləmək istəyəcəklər. Bu qabiliyyət düzgün formalaşmayıbsa, uşaqlar nağıl eşitmək istəməyəcəklər. Bu da onların gələcək psixi inkişafı üçün mənfi təsir göstərəcək. Çünki uşaqların idrak fəaliyyətinin inkişafı üçün, yəni duyğusunun, qavrayışının, yaddaşının, diqqət-hafizəsinin, həmçinin təfəkkür və təxəyyülünün inkişafı üçün nağıl dinləmə və oxuma çox önəmli rol oynayır.

Körpənin ilk kitabı necə olmalıdır?

Körpənin əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır.  Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cıra bilməsin. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Körpə əllərini səhifə üzərində gəzdirəndə şəkilləri hiss etməyi bacarsın. Elə balaca yaşlardan başlayaraq uşağa hədiyyə kimi rəngli, şəkilli jurnallar, kitabçalar almaq lazımdır. Uşağın gözü, beləcə, kitablara və oxumağa alışacaq.

Uşağı nağıla qulaq asmağa cəlb etmək üçün nələri bilməliyik?

Uşaq bağçasında tərbiyəçi işləyən Təranə Allahquliyeva uşaqlarda kitaba maraq yaratmaq üçün valideynlərə müəyyən ipucları verdi:

- Uşağı valideyn və ya tərbiyəçi nəsə danışanda diqqətini cəlb eləmək, diqqətini bir nöqtəyə yönləndirmək, danışılan şeirə, nağıla, mahnıya maraq oyatmaq vərdişini öyrətmək lazımdır.

- Uşağın nağıla qulaq asması üçün nağılı obrazlı şəkildə, personajların dili və xüsusi emosiya ilə oxumaq lazımdır.

- Heyvanların səsi ilə təqlid etmək, mimika, əl-qol hərəkətlərini göstərməklə onun diqqətini bir yerə yönləndirmək olar.

- Valideynlər uşaqları ətraf mühitlə, canlı təbiətlə tanış etməlidirlər. Uşağı tez-tez heyvanxanaya aparmaq lazımdır ki, onlar ətraf mühiti hiss edə bilsinlər və nağıllara qulaq asmağa vərdiş etsinlər. Məsələn, ana nağıl danışanda hər heyvanın adını çəkəndə,  mütləq onu heyvanxanada gördüyünə yönləndirməlidir:  "Ayı var idi e orada, gördün, necə nərildəyirdi, hirslənmişdi, pəncələrini yerə vururdu" və s.

- Bütün uşaqlar kağızla işləməyi xoşlayırlar. Elə oxumaq mədəniyyətini formalaşdırmaq, uşaqda kitaba, dəftərə maraq oyatmaq buradan başlayır.

- Vəsaitlə işləmək lazımdır. Nağıl danışdıqca heyvanların şəklini kağıza çəkmək və ya kartonlarda göstərmək lazımdır.

Kitabı uşağa necə sevdirməli?

Valideynlərin çoxunu narahat edən məsələlərdən biri uşaqlara nağılları və ya hekayələri kitabdan oxumağın və ya danışmağın hansının daha doğru olması barədədir. Psixoloq hər iki metoddan da istifadə etməyi tövsiyyə edir: "Uşağa nağıl danışmaq uşaqda emosional sferanın inkişafına kömək edəcək, amma mütləq nağılı danışanda, çalışın, oradakı personajları əlinizdən gəldiyi qədər təqlid edə biləsiniz. Beləliklə, nağılı uşaqlara sevdirirsiniz. Daha sonra nağılı kitabdan oxuyun, bu, uşaqlarda sevdiyi nağılın fonunda kitabı sevməyi öyrədəcək. Uşağa birbaşa kitabı sevdirməyə çalışmayın".

Mütəxəssisin dediyinə görə, 2 yaşında olan uşağın kitabxanası olmalıdır. Uşaq psixoloqu valideynlər üçün bir neçə ipucları verdi:

- Uşağın kitabxanasında onun sevdiyi kitablar olmalıdır.

- Bu kitabxananı uşağın oxuduğu kitablarla artırmalıyıq.

- Hər kitab artdıqca uşağı təbrik edib mükafatlandırmağı da unutmamaq lazımdır. Bu diqqət uşağı daha çox kitab oxumağa təhrik edəcək.

- Təbii ki, uşaq kitabları nə qədər rəngli olsa, bir o qədər yaxşıdır. Günümüzdə inkişafla bağlı çox gözəl rəngli, eyni zamanda da səsli kitablar var.

Kitabı uşağın yaşına görə seçin!

Uşaqlara kitab seçərkən uşaqların yaşı nəzərə alınmalıdır, çünki seçilən kitab uşağın yaş dövrünə uyğun olmadıqda uşaq o kitabdan zövq ala bilməz və kitaba marağı azalar. 2-3 yaşlı uşaqların nağıl qəhrəmanları onların hər hansı bir əşyası olmalıdır. Məsələn: sevdiyi oyuncaq, xoşladığı cizgi qəhrəmanı və s. Bu yaşda uşaqlar hər hansı təkrarlayıcı hərəkətləri olan nağılları sevirlər.

4-6 yaşlı uşaqlar daha çox sehrli nağılları dinləməyi sevirlər.

7 yaşdan sonra uşaqlar sehrli nağıllarla bərabər, döyüş, müharibə, faciə, eyni zamanda tərbiyəvi süjetli (xeyir və şər, pislik və yaxşılıq və s.) müxtəlif nağılları dinləyə bilərlər. Valideynlər bu nüansları nəzərə alıb uşaqlarına kitablar seçsələr, uşaqlarında kitablara maraq yaradarlar.

Uşaq kitab oxumursa, günahı valideyndə axtarmaq lazımdır

Uşaq psixoloqu A.Baxşəliyeva müasir dövrümüzdə uşaqların kitaba maraq göstərməmələrinin günahını uşaqlarda deyil, valideynlərdə görür: "Əgər ailə uşağa ilk olaraq dinləmə vərdişini öyrətməyibsə, kiçik yaşlarında nağıl dinləmə və danışma vərdişi formalaşdırmayıbsa, yaşına uyğun kitablar əldə etməyibsə, bir uşaqdan necə kitaba maraq tələb edə bilər?"

Uşaqlarda dərsə və kitaba marağın olmaması ilə bağlı valideynlər psixoloqlara tez-tez müraciət etməli olurlar. Bu problem xüsusən məktəb yaşında olan uşaqlarda müşahidə edilir. Diaqnostikadan sonra müəyyən edilir ki, ana öz uşağına heç vaxt nağıl danışmayıb.

Uşağın televizor marağına nəzarət etmək lazımdır

Uşaqlar indi daha çox televiziya və kompüterə yönəliblər. Bu, danılmaz bir faktdır. Psixoloq  bildirir ki, valideynlərdən uşağın televiziya ilə əlaqəsinin kəsilməsini tələb etmək olmaz. İstəsək də, edə bilmərik. Amma bunu idarə edə bilərik.

Valideynlər öncə hər yaş dövrü üçün televizora baxma müddətini bilməlidirlər. Məsələn: 2-3 yaş arası uşaq gündə 20 dəqiqə televizora baxmalıdır. Psixoloq deyir ki, valideynlər buna şərait yaratmalıdırlar, bir şərtlə ki, baxdığı verilişlərə, cizgi filimlərə əvvəlcədən nəzarət edə bilsinlər və daha sonra oturub baxdığı cizgi filmini müzakirə etsinlər. Uşaq baxdıqlarından yadda qalanları valideyninə danışsın. Günun digər vaxtını da kitabdan nağıllar oxumağa sərf etmək lazımdır. Uşağı həm günün tələblərindən uzaq salmayın ki, zamanla ayaqlaşa bilsin, eləcə də kitab marağının ölməsinə imkan verməyin. İmkan olduqca uşağınızı kitab mağazasına aparın, sevdiyi jurnal, rəngləmək üçün rəsm dəftəri belə olsa, alın və imkan yaradın, pulunu o versin ki, kitabın onun olduğunu mənimsəsin.

Nağıl bilməyən analara internet kömək edə bilər

Lap keçmişdən nənələr nəvələrini yığıb nağıllar söyləyərdilər. Getdikcə hər şey dəyişdi. İndi nağılı mahnı faylı şəklində telefona, diskə köçürüb uşağa dəfələrlə dinlətmək də mümkündür. Azərbaycan nağılları səsli şəkildə, eləcə də görüntülərlə internetdə, müxtəlif fayl yükləmə sistemlərində vardır. Nağıl bilməyən analar bu üsulla da uşaqlara nağılı sevdirə bilərlər.milli.az

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlarda kitaba maraq necə yaradaq?

Uşaqlarda kitaba maraq necə yaradaq?

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Nağılların uşaq inkişafına təsiri

Nağılların uşaq inkişafına təsiri

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşağa oxumağı öyrətmək barədə əməli tövsiyələr

Uşağa oxumağı öyrətmək barədə əməli tövsiyələr

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI