Xəbərlər / Abituriyent
04 iyul 2019
2 415


Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

 

 
23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Lakin abituriyentlərin bəziləri sosial şəbəkələrdə situasiya tipli sualların düzgün qiymətləndirilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.
Hər bir yazı işi əvvəlcə "scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir).

Markerlər müvafiq fənn müəllimləri arasından seçilir, onlar üçün hazırlıq kursu keçirilir və hazırlıq kursunu müvəffəqiyyətlə başa vuran müəllimlər marker kimi bu prosesə cəlb olunur.

Bundan əlavə, imtahanda abituriyentə təqdim olunan hər bir yazılı tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

Bütün bunlarla yanaşı, imtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 6 və 8 iyul tarixlərində saat 10:00-dan 17:00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4, 5 iyulda Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olmalıdırlar.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları 7 iyulda keçiriləcək.

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İmtahanın cavabları nə vaxt açıqlanacaq?

İmtahanın cavabları nə vaxt açıqlanacaq?

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

DİM 9-cuların imtahanları ilə bağlı məlumat yaydı

DİM 9-cuların imtahanları ilə bağlı məlumat yaydı

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib – YENİLƏNİB

9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib – YENİLƏNİB

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

Çox çətinləşdirilən detallar

Çox çətinləşdirilən detallar

Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

DİM bu abituriyentlərə müraciət edib

DİM bu abituriyentlərə müraciət edib

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

DİM: Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib

DİM: Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib