Xəbərlər, Valideyn
02 iyul 2019
326

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Təhsil naziri Ceyhun Bayramov "Ümumi təhsil haqqında” Qanuna müvafiq olaraq, bir neçə çeşiddə məktəbli formasının hazırlanacağını bildirib. Nazir deyib ki, həmin formaların çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirəcək.

Maraqlıdır, yeni məktəbli formalarının hazırlanması nə vaxta nəzərdə tutulub? Bununla bağlı hansı işlər görülür?

 Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında bildirib ki, əgər hansısa yenilik tətbiq olunacaqsa belə, bu, 2019-2020-ci tədris ili üçün reallaşmayacaq:

"Əslində 4-5 yeni forma hazırlanması ilə bağlı məsələ bir az müəmmalıdır. Çünki onsuz da vahid məktəbli forması var. Ola bilsin məktəbli formalarının özəl məktəblərdə də tətbiqi nəzərdə tutulub, amma mən bunu deyə bilmərəm, bu barədə məlumatsızam. Məsələ burasındadır ki, yeni tədris ili üçün heç bir yeni təklif yoxdur. Bilirsiniz ki, yeni tədris ilinin başlamasına iki ay yarım qalıb. Bu müddətdə yeni məktəbli formalarının dizaynını hazırlamaq, onları baxışa vermək, daha sonra tikişinə başlamaq mümkün deyil. Çünki bunun üçün kifayət qədər böyük vaxt lazımdır. Ona görə də yeniliyin bu mövsümdən tətbiq olunacağına inanmıram. Çünki çatdırmaq mümkün deyil. Təhsil naziri rəsmiləri açıqlama verərkən də bildirdi ki, təkliflər 3 ay müddətinə hazırlanacaq və bundan sonra baxılıb təsdilənəcək. Yəqin ki, həmin yenilik 2020-2021-ci tədris ili üçün nəzərdə tutulacaq. Amma məndə bu barədə dəqiq məlumat yoxdur. Hətta dəyişiklik olsa belə, tədricən olacaq. Çünki valideynlər bir il əvvəl aldığı və övladının əyninə olan geyimi atası deyil ki...Yəni yenilik olsa belə, tədricən tətbiq olunacaq”.

Şöbə müdiri deyib ki, hazırda Bakı Tikiş Evi məktəbli formalarının istehsalını davam etdirir:

"Biz məktəbli formalarının sayı ilə bağlı planlaşdırma aparmırıq, tələbata uyğun olaraq tikirik. Bu il üçün də nə qədər tələb olunacaqsa, o qədər də tikəcəyik. Məhsulu özümüz istehsal etdiyimiz üçün heç bir problemimiz yoxdur. Kifayət qədər parçamız var, sexlərimiz işləyir. Hansı ölçüyə, hansı modelə tələbat artırsa, dərhal hazır edirik. Məsələn, ötən il üçün 30 minə yaxın məktəbli forması istehsal etmişdik.

Bakı Tikiş Evi 2010-cu ildən etibarən məktəbli forması istehsal edir. İndiyədək də məktəblilər bu formaları geyinir. Məhsullarımız keyfiyyətlidir, eyni zamanda, "Bakı Tikiş Evi”inin müəlliflik hüququ var. Başqa bizim kimi müəssisə də yoxdur ki, məktəbli forması istehsal etsin. Son iki il ərzində Təhsil Nazirliyi Bakı Tikiş Evinin istehsal etdiyi 15 min məktəbli forması alaraq, internatlara, imkansız ailələrə pulsuz paylayıb.”. 

E.Əzimov məktəbli formalarının qiymətində hər hansı dəyişiklik olmayacağını, ötənilki qiymətlərin qüvvədə olacağını vurğulayıb.

Qeyd edək ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manatadır.

Bakı Tikiş Evində məktəbli köynəkləri və jiletlərin hər birinin qiyməti 8 manatdır. Köynək və jilet də daxil olmaqla məktəbli formalarının qiyməti müvafiq olaraq 56 manat, 62 manat təşkil edir.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Qəhramanlıq edən məktəbli mükafatlandırıldı

Qəhramanlıq edən məktəbli mükafatlandırıldı

Abşeronda məktəbli qız intihara cəhd edib

Abşeronda məktəbli qız intihara cəhd edib

Məktəbli özünü təhlükəyə atdı

Məktəbli özünü təhlükəyə atdı

Eskpert:

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Təhsil nazirindən küçədə 5 min manat tapan məktəbli ilə bağlı - QƏRAR - FOTOLAR

Təhsil nazirindən küçədə 5 min manat tapan məktəbli ilə bağlı - QƏRAR - FOTOLAR

Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb

Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb

Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO

Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Azərbaycanda məktəbli dəftərinin üzərində biabırçı SƏHV -  FOTO

Azərbaycanda məktəbli dəftərinin üzərində biabırçı SƏHV - FOTO

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Məktəbli formasını

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

Zorlanan məktəbli ilə bağlı prokurorluqdan - Rəsmi açıqlama

Zorlanan məktəbli ilə bağlı prokurorluqdan - Rəsmi açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

BƏD XƏBƏR  ! - Məktəbli formaları mütləq bahalaşacaq

BƏD XƏBƏR ! - Məktəbli formaları mütləq bahalaşacaq