Xəbərlər, Psixoloq, Valideyn
30 iyun 2019
184

Ünsiyyət çətinliklərinin aradan qaldırmağın yolları


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ünsiyyət çətinliklərinin aradan qaldırmağın yolları

 

 
Ünsiyyət övladınızın ən vacib tələbatlarından biridir. Lap körpəlikdən tutmuş hər bir yaş dövrünün özünəməxsus ünsiyyət tələbatı olur. Ünsiyyət sosial tələbatdır və  uşaqların şəxsiyyətinin inkişafında mühüm rol oynayır. 

Ünsiyyətin nitq (sual, cavab, müzkirə, mülahizə və s.), ekspressiv mimik (təbəssüm, əl və bədən hərəkətləri və s.) , əşyavi - hərəki  kimi vasitələri vardır. 

Ünsiyyət önəmlidir!  Sosial adaptasiya, insanlarla münasibət qurma, onları anlama və fikrini anlatma, ətraf aləmə fəal təsir etmə kimi vacib amillərdə övladınızın ünsiyyət yaratmaq qabiliyyəti olduqca əhəmiyyətlidir. 
 
Qeyd etmək vacibdir ki, uşaqlarda ünsiyyət tələbatı ilk öncə ailədə qarşılanmalıdır. Onlar valideyləri ilə ünsiyyət zamanı onlardan bir çox məsələlərlə bağlı yeni məlumatlar əldə edir, hər hansı problemlərinin həllində yardım ala bilirlər. Bu ünsiyyət uşaqlara inam hissi qazandırır və yeniliklər öyrənməsinə yol açır. Valideynlərin övladları ilə ünsiyyəti, bu ünsiyyətin düzgün qurulması  uşağın sonrakı inkişafı üçün önəmlidir. 

Yaşıdları ilə ünsiyyət isə övladınıza sosial baxımdan inkişaf, özünü təsdiq, özünü ifadə etmə bacarığı qazandıracaq. O, yaşıdaları ilə oyun zamanı bir sıra şərtlər, qayda-qanunlar, paylaşmaq və  s. kimi mühüm keyfiyyətlərə yiyələnəcək. 
 
Uşaqlarda bir sıra səbəblərdən ünsiyyət probleminə rast gəlmək mümkündür. Övladınızda ünsiyyət problemi varsa qeyd olunanlara diqqət  edin:

Ailədə övladınız üçün xoş mühüt yaradın ki, onu sevən, düşünən və dəstək olan  ailəsi olduğunu hiss etsin;
 

Övladınızdan ünsiyyət qurma zamanı nə üçün çətinlik çəkdiyinin səbəblərini öyrənməyə çalışın;
 

Onunla müzakirələrə çox yer ayırın;
 

Övladınız üçün ona xoş olan mövzularda danışmağa şərait yaradın;
 

Baxdıqları, tanış olduqları situasiyaları sərbəst şəkildə sizə danışmasına imkan yaradın;
 

Dostları ilə ünsiyyət qura bilmirsə, onlara mövzu verməklə ünsiyyətlərinə kömək edin;
 

Bu cəhdləriniz hər dəfə uğursuzluqla nəticələnirsə mütəxəssisə müraciət etməyiniz gərəkdir.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşağın bir şəxsiyyət kimi inkişafının özülü

Uşağın bir şəxsiyyət kimi inkişafının özülü

Məktəb öncəsi və məktəb dövründə olan uşaqlarda bu problem daha çox müşahidə olunur

Məktəb öncəsi və məktəb dövründə olan uşaqlarda bu problem daha çox müşahidə olunur

Uşaqlarda ünsiyyət çətinliklərini aradan qaldırmağın yolları

Uşaqlarda ünsiyyət çətinliklərini aradan qaldırmağın yolları

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Həkimlər uşaqlar üçün “Facebook” messencerini bağlamağı tələb edirlər

Həkimlər uşaqlar üçün “Facebook” messencerini bağlamağı tələb edirlər

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Kəkələmə tam müalicə olunurmu?

Kəkələmə tam müalicə olunurmu?

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

"Facebook"dan valideynlərə yeni imkan -Uşaqlarınızı...

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Əllərimiz nələrdən xəbər verir?

Əllərimiz nələrdən xəbər verir?

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin ünsiyyət vasitələri....

Müəllimin ünsiyyət vasitələri....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?