MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

 


Şərq İnkişaf İnstitutu 15 dekabr 2016-cı il tarixində peşəkar defektoloq-loqoped Nuriyyə Novruzova nitqində qüsur olan uşaqlarla bağlı müəllimlər üçün təşkil olunan seminarla bağlı suallarımızı cavablandırdı. 

 -Nuriyyə xanım, özünüz haqqınızda məlumat verərdiniz zəhmət olmasa.
-Azərbaycan Dövlət Pedoqoji Universitetinin Defektologiya fakülətsini bitirmişəm. Moskva şəhərində yüksək kvalifikasiya alıb kliniki loqoped adına yiyələnmişəm. Özəl klinikalarımızda loqoped kimi fəaliyyət göstərmişəm. Hazırda Nur Korreksiyaedici Mərkəzin rəhbəri kimi, eyni zamanda 11 nömrəli xüsusi təhsil məktəbində defektoloq kimi fəaliyyət göstərirəm. Mərkəzimizdə xüsusi qayğıya ehtiyacı olan, fiziki və əqli məhdudiyyətli uşaqlarla yüksək səviyyədə reabilitasiya işləri görülür. Serebral iflicdən əziyyət çəkən uşaqlar(USİ), autizm sindromu, daun sindromu, əqli inkişafın ləngiməsi, ümumi nitq inkişafının ləngiməsi, zəif eşitmə, davranış pozğunluğu və başqa problemləri olan uşaqlarla mərkəzimizdə loqopedlər, psixoloqlar, xüsusi pedaqoqlar və müalicəvi idman müəllimləri məşğul olur. 

   -Ölkədə məşğul olduğunuz sahə üzrə mütəxəssis çox azdır. Məktəblərimizdə nitq qüsuru olan şagirdlərlə iş sizi qane edirmi? Sizcəc həmin şagirdlərlə müəllimləri və valideynləri necə davranmalıdır?

  -Məktəbə gedərkən uşaqda artıq heç bir nitq problemi olmamalıdır. Çünki uşaqların birinci sinfə qəbulu zamanı sağlamlıq haqqında arayış tələb olunur. Bu sağlamlıq müayinəsində əgər hansısa nitq probleminə rastlanırsa məktəbəqədər dövrdə bu problem həll olunmalıdır. 

  -Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı dövlət səviyyəsində hansısa işlər, layihələr həyata keçirilirmi?

  -Bəli hazırda inkluziv təhsil proqramı layihəsi artıq bir neçə pilot məktəblərə həyata keçirilir. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması və sağlam uşaqlarla bərabərhüquqlu təhsil almalarını təmin etməkdir.  Bununla yanaşı cəmiyyətdə sosial bərabərliyin qorunması və başqa xüsusi ehtiyacların ödənilməsinə şərait yaratmaqdır. Azərbaycanda inkluziv təhsil layihəsinə 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan(sağlamlıq imkanları məhdud) uşaqların təhsili”  üzrə inkişaf proqramı təsdiq edilmişdir. İnkluziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün faydaları çoxdur. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya edir. Onlarda özünə inam hissi formalaşır, gələcəkdə onların məşğulluq kimi problemi də aradan qaldırılmış olur. 

  -Şərq İnkişaf  İnstitutunun təşkilatçılığı ilə keçiriləcək bu təlim?

  -Bu təlim şərq İnkişaf İnstitutunun və Nur Korreksiyaedici Mərkəzinin birgə hazırladığı layihədir. 

 -Bu təlimdə müəllimlər nə öyrənəcəklər? Təlimin onlar üçün nə kimi əhəməyyəti olacaq?

-Biz bilirik ki, uşağın inkişafına valideynlər ciddi nəzarət etməli və uşaqda yaranan problemləri ilk onlar görə bilər. Əgər valideynlər diqqətsizlikdən, laqeydlikdən və ya mariflənmənin zəif olduğundan bu problemi görə bilmirlərsə , bu zaman pedaqoqlar fəaliyyətə keçməlidirlər. Uşaq bağçalarında, məktəbəqədər hazırlıq kurslarında və ibtiadi siniflərdə çalışan pedaqoqlar valideyndən sonra  uşaqla daha çox təmasda olan əsas insanlardırlar. Həmin pedaqoqlar ən azından uşağın inkişaf mərhələlərini bilmədilirlər ki, onların ləngiməsini daha tez aşkar edə bilsinlər. Nur Korreksiyaedici Mərkəzin məqsədi pedaqoqlarımızı bu sahədə yüksək səviyyədə maarifləndirməkdir. Ən əsası da uşağın davranışında, nitqində problem gördükləri halda onlar həmin uşaqlarla necə rəftar etməklərini və hansı yanaşma metodlarından istifadə edəcəklərini biləcəklər və valideynə lazımi məsləhətlərini verəcəklər. 


  -Təlimin ödənişşsiz olması, sosial xarakter daşıması ilə bağlı fikirlərinizi bilmək istərdik. Belə sosial xarakterli layihələrdə  intensiv iştirak edirsiniz? Bu təlim regionlarda da planlaşdırılmı?

   -Bəli, eyni ilə bu layihəni müxtəlif regionlarımızda tətbiq etmək fikrimiz var. İlk olaraq doğulub boya-başa çatdığım Füzuli rayonunda başlayacağıq. Məqsədimiz müəllimlərə beynəlxalq səviyyədə təlim vermək, valideynləri isə maarifləndirməkdir. Həmçinin də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb, onları müayinə edəcəyik, təbii ki, təmmənasız. 

   -Müəllimlərə sözünüz...

   -Əgər sinifdə xüsusi qayğıya ehtiyacı olan uşaq varsa, digər uşaqların onlara qarşı münasibətlərini həmişə diqqətdə saxlasınlar və çalışsınlar ki, o uşaqlar heç vaxt kompleks yaşamasınlar və fərqli olduqlarını düşünməsinlər. Biz hamımız eyniyik!!!

P.S. Qeyd edək ki təlim 15 dekabr 2016-cı il tarixində saat 16-00-da  Nərimanov metrosunun yaxınlığında Əhməd Rəcəbli küçəsində Röyal otelin konfrans zalında başlayacaq. Təlim ödənişsizdir. İştirakçılara SERTİFİKAT təqdim olunacaq.İştirak etmək istəyən müəllimlər 050 208 99 17 və (012)493 76 25 telefon nömrələrinə eləcə də sherqiin@gmail.com E-ünvanına yazmaqla qeydiyyata düşə biləcəklər.
 

 MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

 

 MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

 

 





Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Limunət Əmrahlı Gəncə təlimi ilə bağlı

Limunət Əmrahlı Gəncə təlimi ilə bağlı "Çalışacağam ki, operativ diaqnostikaya vaxt ayırım, bəzi məsləhətlər verim"

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........