Xəbərlər, MÜƏLLİM
16 iyun 2019
456

Orta məktəblərdəki dərnəklərin fəaliyyəti necə nizamlanır? - Maliyyə mənbələri, dərs proqramı, şagird sayı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Orta məktəblərdəki dərnəklərin fəaliyyəti necə nizamlanır? - Maliyyə mənbələri, dərs proqramı, şagird sayı

 

 
Orta təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin şagirdlərin sosial aktivliyində rolu böyükdür. Belə dərnəklərin fəaliyyətində əsas məqsəd şagirdlərin hərtərəfli inkişafı və asudə vaxtlarının düzgün dəyərləndirilməsidir.

Belə dərnəklər adətən məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərirlər. Müəssisələr isə öz fəaliyyətlərini Təhsil Qanunu, digər qanunvericilik və normativ aktlara, Məktəbdənkənar müəssisələr haqqında Əsasnaməyə müvafiq həyata keçirirlər.

Bəs, belə müəssisələrdə tədris ili nə vaxt başa çatır və olar necə maliyyələşirlər?

Dərnəklərin komplektləşdirilməsi aşağıdakı kimi aparılır:

Avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən mürəkkəb idman növləri, habelə rəsm, dekorativ-tətbiqi sənət dərnəklərində qruplar 8-10 şagirddən, digər birliklərdə isə  birinci tədris ilində ən azı 15, sonrakı tədris illərində isə ən azı 12 şagirddən təşkil edilir.

Məşğələlərin müddəti tədris yükü normasından, eləcə də müəssisənin büdcəsinin imkanlarından irəli gələrək müəyyənləşdirilir. İdman, texniki-idman, turizm, xoreoqrafiya, birliklərinə qəbul zamanı şagirdlərin sağlamlığı haqqında həkim rəyi vacibdir. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər.

Dərnəklərin məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq, növbəti ilin may ayının 31-də başa çatır.

Yaşayış yerlərində əlil uşaqlarla fərdi iş aparılır və bunun üçün dərnək rəhbərinə əmək haqqı verilir. Müstəsna hallarda əlil və yaxud xüsusi istedada malik uşaqlarla məşğul olan qruplara daha az şagird cəlb olunmasına icazə verilir.

Birliklərin məşğələləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş tədris planları və proqramları üzərində qurulur.

Məktəbdənkənar müəssisə digər təlim-tərbiyə müəssisələrinin binalarında, müəssisələrində, uşaqların və gənclərin yaşayış yerlərində birliklər təşkil edə bilərlər.

Müəssisənin ali idarəetmə orqanı kollektivin iclasıdır. O, ildə 2-4 dəfə keçirilir.

Bu birliklərin maddi təminatı müəssisə və təşkilat tərəfindən həyata keçirilir. Məktəbdənkənar müəssisənin maliyyələşdirilməsinin əsas mənbəyi normativlər üzrə müəyyən edilmiş dövlət büdcəsi vəsaitidir. Bundan başqa, bir sıra əlavə vəsait mənbələri də nəzərdə tutulub.

Məktəbdənkənar müəssisənin maddi-texniki bazası özünün balansında olan binalar, torpaq sahəsi idman və hamar səthli tikililər, düşərgələr, turist bazaları, nəqliyyat və üzgüçülük vasitələri, qoşqu nəqliyyatı, maşınlar və avadanlıqlar və digər əmlakdan ibarətdir.azedu.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Məktəb  direktoru   BİLMƏLİDİR

Məktəb direktoru BİLMƏLİDİR

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Məktəbdənkənar təhsil müəssisələri üçün yenilik

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumi təhsil müəssisələrinin  maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

Ümumi təhsil müəssisələrinin maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə