Xəbərlər
09 iyun 2019
377

Məktəblərlə bağlı daha bir anormallıq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Məktəblərlə bağlı daha bir anormallıq

 

 
Tədris ilinin müddəti ilə bağlı ciddi problem yaranıb, məsələyə yenidən baxılmalıdır 
 
2014-cü ilin noyabr ayında keçmiş Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatdırılmasına qərar verildi. Və artıq 5 ildir ki, tədris ili bu formada davam etdirilir. Amma...
 
 
 Məsələ ondadır ki, məktəblərdə tədris faktiki olaraq dayanıb, dərs proqramları isə başa çatıb. Artıq bəzi məktəblərdə şagirdlərdən kitablar belə, yığılıb. Buna baxmayaraq uşaqlara iyunun 14-ə qədər məktəbə gəlmələri tapşırılıb. Proqram bitdiyi üçün demək olar ki, bəzi məktəblərdə dərs də keçilmir. Valideynlər isə bu durumla narazıdır.
 
Dərs proqramı bitib, dərs keçilmir və hətta kitablar belə yığılıbsa, uşaqlar niyə məktəbə getməlidir?

 
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil. Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin keyfiyyətinin aşağı olması qədər xeyli həlli vacib problemlər var: "Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz". Amma eyni zamanda ekspert onu da vurğulayıb ki, bütün bunlarla yanaşı dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Çünki ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 14-nə kimi uzatmağa şəraiti yoxdur. Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb.
 
 
K. Əsədov qeyd edir ki, ABŞ-da birincilərin bərabər məktəbə getdiyi müəyyən bir gün yoxdur. İş ondadır ki, bir çox Amerika məktəbləri tədris ilinin başlandığı günü seçməkdə sərbəstdirlər, sadəcə qaydalara görə müəyyən müddət ərzində məktəb qapılarını uşaqların üzünə açmalıdılar.
 
 
Hökumət məktəb direktorları barədə qərarını dəyişdi "Bu, avqust ayının ortasından sentyabr ayının ortasına qədərdir, eləcə də 180 günlük tədris ili planını yerinə yetirməlidirlər (tədris ilinin sonu may-iyun ayına düşür)" – deyə o əlavə edib. Ekspert vurğulayıb ki, ABŞ-da bütün birincilər məktəbə gəlmir. Çünki orada "home schooling"- evdə təhsil anlayışı mövcuddur: "Bununla yanaşı, evdə yalnız xəstə deyil, eləcə də tam sağlam uşaqlar da qalır. Pedaqoq rolunda uşaqların valideynləri çıxış edir. Onlar proqram təqdim etməli və uşaqlarının müvəffəqiyyətlərinin hesabatını verməlidirlər. Orta hesabla dərslər 8-9 arası başlayır, sonra isə uşaqların 5-6 dərsi olur. Dərslərin müddəti 55 dəqiqə olur, bu dərslərin arasında bir saatlıq lanç olur. Bu, uşaqlara dərs gününün sonuna qədər dözmək üçün lazımdır. İbtidai sinifdə qiymətlər verilmir, bu, pedaqoji hesab edilmir".
Ekspert hesab edir ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsi uşaqlar üçün faydalıdır. Çünki şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var.
"Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir" – ekspert bildirib.

Millət vəkili Asim Mollazadə isə mövzu ilə bağlı bildirib ki, təhsil ili real proqramla təmin olunmalıdır: "Hər bir saatın arxasında real dərs durmalıdır. Təqvim bu prosesə uyğun deyil. Söhbət bu təqvimi nə ilə doldurmaqdan gedir. Burada da çox ciddi işlər görülməlidir. Kurikulum üzərində işlənilməlidir. Azərbaycanda vahid orta təhsillə bağlı olan proqramı olmalı, uşaqların hansı biliklərə yiyələnməsi ilə bağlı sistem olmalıdır. Mənə elə gəlir ki, bunun üzərində çox iş görülməlidir. Hər şey hesablanmalıdır. Və məhz kurikulum əsasında təqvim hazırlanmalıdır".
A.Mollazadənin sözlərinə görə, hazırkı vəziyyətdə dərsliklərin üzərində işlənilməli, tədris proqramının mahiyyətində çox ciddi dəyişikliklər edilməldiir. Burada beynəlxalq təcrübədən istifadə edilməli, bununla yanaşı Azərbaycanda elmi araşdırmalarla məşğul olan mərkəzlər bu istiqamətdə Təhsil Nazirliyi ilə əməkdaşlıq etməlidir.
 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva bildirib ki, o da tədris ilinin əvvəlki kimi olmasının tərəfdarıdır. Çünki iyun ayı isti keçir: "Düşünürəm ki, tədris ilinin sentyabrın 1-i başlayıb, may ayının sonunda bitməsi daha effektiv olardı". Millət vəkilinin sözlərinə görə, əvvəl tədris ili sentyabrın 1-i başlayıb, mayın 30-31-i başa çatırdı."Dünya təcrübəsinə nəzər salsaq, elə ölkələr var ki, orada heç yay tətili yoxdur. Çünki onlarda təhsil ilində 1 aylıq, iki həftəlik fasilələr olur. Mənim fikrimcə, Azərbaycanda yay tətili çox vacibdir. Çünki ölkənin aran rayonlarında və Bakıda havalar çox isti keçir. Əvvəl yaxşı idi, yoxsa indi? Bunu deyə bilmərəm. Amma biz də məktəb oxumuşuq. Əvvəllər də kitablar mayın ortalarında yığılırdı. Ancaq uşaqlar tədris ilinin sonuna qədər məktəbə gəlir, yaya tapşırıqları alır, ümumiləşdirici dərslər keçirdi. Bu proses məktəb daxilində elə tənzimlənməlidir ki, uşaqlar boş qalmasın" – deyə millət vəkili qeyd edib.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri

“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

2018-2019-cu tədris ili üçün tətil günləri açıqlanıb

2018-2019-cu tədris ili üçün tətil günləri açıqlanıb

Davamiyyət aşağı düşüb?

Davamiyyət aşağı düşüb?

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan məktəblərdə qış tətili başlayır -DİQQƏT

Sabahdan məktəblərdə qış tətili başlayır -DİQQƏT

Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?

Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?

Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan məktəblilərin payız tətili başlayır

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?