Xəbərlər
30 may 2019
1 706


Maarifləndirici təlimin ilk günü başa çatıb

 Maarifləndirici təlimin ilk günü başa çatıb

 

 
Mayın 30-da Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin ilk günü öz işini yekunlaşdırıb. 

Təlimdə Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin mətbuatın inkişafına hər zaman yüksək diqqət göstərdiyini deyən Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Daha sonra təlimin əhəmiyyətindən söz açan nazir müavini Təhsil Nazirliyinin də media ilə sıx əməkdaşlıq şəraitində iş apardığını diqqətə çatdırıb. Təlimin təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunduğunu deyən Firudin Qurbanov  həmçinin, yayımlanan informasiyaların dolğun və obyektiv olmasının vacibliyini önə çəkib. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında son illərdə təhsil sahəsində bir çox uğurların əldə olunduğunu deyib.

Şura sədri medianın cəmiyyətin həyatındakı roluna toxunub, jurnalistləri dəqiq olmayan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb, eyni zamanda  bu sahə üzrə mövcud qanunvericiliyə əməl edilməsinin vacibliyini vurğulayıb.

Günün birinci yarısında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan  gözləntilər, Akkreditasiya və Nostrifikasiya idarəsinin şöbə müdiri Turan Topalova  "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev "İstedadlı uşaqlarla iş” mövzularında təqdimatlarla çıxış ediblər. 

Günün ikinci yarısında Təhsil nazirinin müavini İdris İsayev yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxış edib.

Daha sonra Aparat rəhbərinin müavini Fərzəli Qədirov "Təhsil haqqında” Qanuna dəyişikliklər, Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov "Məktəb tikintisi”, "Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev "Məktəblinin dostu”- təhlükəsiz məktəb, arxayın valideyn”, Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva "Dərsliklərlə təminat – mövcud vəziyyət və əsas hədəflər” və "Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev  isə "Ehtiyat dərsliklər” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar. 

Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Təlim mayın 31-də işini davam etdirəcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsildən yazan jurnalistlər üçün təlim

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək