“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..


 

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

 

Şərq İnkişaf İnistutunun təşkilatçılığı ilə təhsil işçiləri üçün Gəncə şəhərində təşkil olunacaq təlimi təhsil üzrə ekspert Nadir İsrafilovun aparacağını biləndə həmin tədbirlə bağlı Nadir müəllimin özü ilə əlaqə saxlamağa çalışdıq. Tanınmış ekspertlə müsahibəni sizə təqdim edirik.

-Nadir müəllim salam. Hər vaxtınız xeyir.

-Salam hər vaxtınız xeyir.

- Mümkünsə, ilk olaraq özünüz haqqında bir necə cümlə ilə başlayaq söhbətimizə..

40 illik sırf pedaqoji iş təcrübəsinə malik olan bir şəxsin bir neçə cümlə ilə özü haqqında kimdəsə, nəsə bir təsəvvür yarada biləcəyinə o qədər də əmin deyiləm. Hər halda bir neçə çümlə ilə onu deyə bilərəm ki, ali məktəbi bitirdikdən sonra ilk pedaqoji fəaliyyətimə təyinat əsasında kənd müəllimliyindən başlamışam.Direktor müavini, məktəb direktoru, daha sonra isə aspiranura təhsili və Bakı mühiti. Təhsil Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) elmi-pedaqoji fəaliyyət, Nəsimi rayon təhsil şöbəsinin müdiri, Bakı şəhəri Baş Təhsil idarəsində inspektor, məsləhətçi, Bakı şəhəri üzrə Təhsil idarəsində sektor müdiri, ali məktəb, İxtisasartırma və Yenidən hazırlanma kurslarında mühazirələr vəs.və i.a. Təvazökarlıqdan kənar olsa da bir sıra təltiflərim və mükafatlarım, habelə tədris vəsaitləri və proqramlarda müəllifliyim də var. Məncə kifayət edər.

-Nadir müəllim , təhsil işçiləri üçün son illər xarici təhsil ekspertlərinin iştirakı ilə müxtəlif təlim və seminarlar təşkil olunur. İlk dəfə yerli təhsil ekspertlərinin iştirakı ilə bu tip təlimin təşkil olunması diqqətimizi cəlb etdi. Sizin bu yanaşmaya münasibətiniz ?

Beynəlxalq təhsil sisteminə inteqrasiya və bir sıra imzalanmış müqavilələr və qoşulduğumuz layihələr baxımından xarici ekspertlərlə müəyyən məşləhətləşmələr aparılması təbii hal kimi qiymətləndirilməlidir. Lakin xarakterik mentalitet və milli konsepsiyamız daha çox milli ekspertlərimizin fikirlərinə əsaslanmağı labüd və zəruri edir. Respublikamızda Şahlar Əsgərov, Əjdər Ağayev, Firudin Cəlilov, Asif Cahangirov, Etibar Əliyev, Vurğun Əyyub, Nabatəli Qulamoğlu, Məlahət Mürşüdlü, Vüqar Bayramov, Rövşən Ağayev və adlarını sadalamadığım nəzəri və praktik təcrübəyə malik, təhsilimizin reallıqlarına daha yaxından bələd olan mütəxəssislərimiz var. Hesab edirəm ki, onları bir araya gətirib, öz milli təhsil modelimizi yaratmaq barədə düşünməyin vaxtı gəlib çatıb. Belə bir əməkdaşlıq bizi həm də xarici ekspertlərə sərf olunan əlavə vəsaitlərdən azad edər. 

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

 

-Niyə məhz Gəncə ? Bu tip tədbirlər adətən Bakı şəhərində keçirilir.Bu təlimlərin digər regionlarda da təşkil edilməsi gözlənilirmi? 

Bəlkə də yox, çox ehtimal ki, əvvəlki illərlə müqayisədə region təhsilinin geri qalmasının ən başlıca səbəblərindən biri də məhz bütün diiqqət və qayğının əsasən paytaxta yönəlməsi ilə əlaqədar olub. Mən dəfələrlə bu məsələyə diqqət çəkmişəm ki, təhsil sahəsində ögey-doğmalıq münasibətləri labüd fəsadlar törədir. Məsələn Bakıda elə məktəblər var ki , ildə olmasa da iki-üç ildən bir təmir olunur, madi-texniki təchizatı, infrastrukturu yenilənir. Regionlarda isə elə məktəblərimiz var ki, yarandığı gündən ora bir mıx belə çalınmayıb, adı kseroks aparatı ilə belə təmin olunmayıb. O cümlədən də bu tip tədbirlərin keçirilməsi. Halbuki, o qədər də uzaq olmayan keçmişdə ölkə və dünya miqyaslı ziyalılarımızın müəyyən əksəriyyəti məhz ucqar məktəblərin yetirmələri olardı. Regionlardakı təhsil müəssisələrimizin maddi və mənəvi dəstəyimizə böyük ehtiyacı var. Bir də ki, regionların inkişaf etdirilməsi təkcə abadlaşdırma işlərindən ibarət deyil axı...

- Təlim "Təhsil müəssələrinin idarə olunması, məktəbdaxili sənədlərin hazırlanması” adlanır. Təlimdə iştirak edəcək təhsil işçiləri nələri öyrənə biləcəklər ? 

Mövcud təhsil qanunvericiliyinə əsasən təhsili idarə etmək üçün dövlət və ictimai özünüidarə orqanları sistemi yaradılır. Təhsilin idarə olunması Təhsil Qanunu, müvafiq qanunvericilik aktları, əsasnamələr və təhsil müəssisələrinin nizamnamələri ilə tənzim edilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda birmənalı şəkildə qeyd edilir ki, təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi zəruridir. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli  yeni idarəetmə sisteminin formalaşdırılmasının imkan və yollarının aranması əsas müzakirə obyektimiz olacaq.

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

 


- Bu təlimin digər təlimlərdən fərqli cəhətləri nədir ? Bir özəlliyi varmı ?

Hesab edirəm ki, təlimin fərqli cəhətlərindən biri və ən başlıcası mövzunun aktuallığıdır. Digər cəhətlərdən biri isə qarşımıza qoyduğumuz vəzifənin auditoriyaya "mühazirə oxumaq” məqsədindən uzaq olmasıdır. Canlı dialoq formasında reallığı, auditoriyanın əhval-ruhiyəsini öyrənmək,  mülahizə, rəy və təkliflərini ümumiləşdirmək, əlaqədar qurumlar qarşısında konkret təkliflərlə çıxış etmək-başlıca məqsəd budur.

- Br neçə gündür elan olunmasına baxmayaraq sizin təliminizə Gəncə və ətraf rayonlarda işləyən müəllim və təhsil idarəedicilərinin böyük marağının olduğunu öyrəndik. Sizcə bunun səbəbi nədir ?

Məncə səbəbi təlim iştirakçılarından soruşmaq reallığı daha dəqiq əks etdirər. Yəqin çoxları məni mətbuatdan tanıyır. Bir çoxları ilə canlı görüşlərimiz və işgüzar əlaqələrimiz də istisna deyil. Bir də ki, artıq qeyd etdiyim kimi nə az, nə çox 40 ildir ki, mən bu sahədəyəm.

- Müəllimlərə və təhsil işçilərinə sözünüz .....

Təhsil təkcə ümumdövlət  işi olmayıb, həm də ümumxalq işi,  ümummilli məsələdir. Müəllimlərimizə və bütövlükdə təhsil işçilərimizə cansağlığı ilə yanaşı, hər şeydən əvvəl yüksək əhval-ruhiyyə, gələcəyimiz olan təhsilimizin inkişafı və tərəqqisi naminə yeni-yeni uğurlar arzulayıram.

Aysel .AzTehsil.com




>>Forumda müzakirələrə qatıl







Həmçinin oxuyun:

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

Xəbərlər, Psixoloq, MÜƏLLİM
Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Xəbərlər, MÜƏLLİM
Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Xəbərlər
Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Xəbərlər, MÜƏLLİM
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Xəbərlər
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

Xəbərlər
Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Xəbərlər
DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

Xəbərlər, Direktor
MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Direktor
ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Xəbərlər
Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Direktor
“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Xəbərlər
DİQQƏT !!! Region məktəbləri üçün

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

Xəbərlər
Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

H/N sənədlər
Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual
Təhsilin məzmunu

Təhsilin məzmunu

İnnovasiyalar
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Qabaqcıl təcrübə
Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

H/N sənədlər
Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Xəbərlər
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

H/N sənədlər
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Xəbərlər
Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Direktor
Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedoqojitəcrübə