Xəbərlər / Saglam həyat
28 aprel 2019
10 900


Gicitkanın faydaları

Gicitkanın faydaları

 

 
Gicitkən A, E, C, K vitaminləri, dəmir, maqnezium, mis, kalsium mineralları, flavonoidlər, orqanik turşular, fitonsidlər, xlorofill, qlikozid və s. faydalı maddələrlə zəngindir. 

Gicitkan orqanizmi möhkəmləndirir, onu lazım olan vitaminlərlə təmin edir, vitamin çatışmazlığı zamanı faydalıdır.

Gicitkan orqanizmdə gedən mübadilə prosesləri və immun sistemini stimullaşdırır, xroniki xəstəliklər zamanı orqanizmin müdafiəsini gücləndirir.

Tərkibində olan xlorofill orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, yara və xoraların sağalmasını tezləşdirir.

Bu bitki qadın sağlamlığı üçün də faydalıdır. Güclü menstrual qanaxmaların, klimaks zamanı qanaxmaların qarşısını alır, uşaqlığın tonusunu qaldırır. Lakin hamiləlik zamanı gicitkan ziyanlıdır ki, doğuşu tezləşdirə və ya dölsalmaya səbəb ola bilər.

Gicitkan qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstələri üçün faydalıdır.

Babasil zamanı gicitkan dəmləməsi ilə oturaq vannaları çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Gicitkan kişilərdə prostat vəzinin toxumasını bərpa etmək, cinsi meyli artırmaq xüsusiyyətlərə malikdir.
 
Saçlara da çox yaxşı təsir edir, saçlara parlaqlıq verir, kəpəyi aradan qaldırır.

Tromboflebit, yüksək təzyiq, qatı qan, hamiləlik zamanı gicitkan əks göstəriş sayılır.

Məqalə Göndər








Загрузка...