Xəbərlər, MÜƏLLİM
20 aprel 2019
202

Yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib

 

 
Nazirlər Kabinetinin təsdiqlədiyi  Azərbaycan dilinin Orfoqrafiya  Normalarına əsasən,  yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib.

Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Eyni zamanda tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s.

Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılması təsdiqlənib: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.

Yeni normaya əsasən, Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

Bununla yanaşı, bundan sonra fəxri adların özək hissəsini təşkil edən ilk sözün böyük hərflə, sonrakı sözlərin isə kiçik hərflə yazılması təsdiqlənib: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.

Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan elmi 2018-ci idə bu hadisələrlə yadda qaldı

Azərbaycan elmi 2018-ci idə bu hadisələrlə yadda qaldı

Orfoqrafiya qaydaları haqda təzə xəbər

Orfoqrafiya qaydaları haqda təzə xəbər

"Mədəniyyət", yoxsa "mədəniyət" yazmalıyıq? - Qoşa "y" hərfi olan sözlərin taleyilə bağlı AÇIQLAMA

Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlanıb - TAM SİYAHI

Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlanıb - TAM SİYAHI

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

Mart ayı bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Mart ayı bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Azərbaycan tarixi yenidən yazılır

Azərbaycan tarixi yenidən yazılır

“Allah” sözünü kiçiklə yazaq? - SORĞU

“Allah” sözünü kiçiklə yazaq? - SORĞU

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı