Xəbərlər
19 aprel 2019
150

Təhsil Nazirliyi müasir texnologiyaların tətbiqini genişləndirir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Ölkəmizdə elektron xidmətlər "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir. Yəni, bu sahədə aparılan işlər həm qanunvericiliyin, həm də dövrün tələbidir.

Bu tələbi nəzərə alaraq, Təhsil Nazirliyi artıq bir neçə ildir ki, təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqini uğurla davam etdirir. Bununla idarəçilikdə müasir texnologiyaların tətbiqini genişləndirmək, onlardan istifadə imkanlarını sadələşdirmək, qulluqçular və vətəndaşlar arasında olan "məsafə”ni azaltmağı hədəfləyib. Bəs, qurum hədəfinə çatıbmı?

 

Əvvəlcə "məktəbə gedən yol” elektronlaşdı

 

Təhsil sistemində ən böyük hadisə birinci sinfə qəbul zamanı elektron xidmətin tətbiqi oldu. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi - www.mektebeqebul.edu.az-ın  fəaliyyəti məktəbləri və valideynləri birdən-birə elektron xidmətlərin fəal iştirakçısına çevirdi.

Bakıdan başlayan bu prosesdə ilk illərdə anlaşılmazlıqlar, suallar ortaya çıxsa da, bunların hamısı operativ şəkildə həll olundu. Artıq Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Bu günə olan ümumi mənzərə ondan ibarətdir ki, artıq paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 72 faizindən çoxdur.

Cəmi 5 ildir elektronlaşan məktəbəqəbul prosesində hər il fərqli yeniliklər qeydə alınır. İnsanların rahatlığına, qəbul prosesinin sadələşdirilməsinə xidmət edən həmin islahatlar elektronlaşmanın əhatə dairəsinin genişlənməsinə də təsir edir. Məsələn, ötən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirildi. Bu ildən tətbiq edilən yenilik isə xüsusi qayğıya ehtiyacı olan uşaqları əhatə edir. Belə ki, 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da artıq elektron formada aparılır.

Qeydiyyatı valideyn (qanuni nümayəndə) aparır. Bunu o, onlayn qaydada da, müəyyən olunmuş məktəblərdə yaradılan alternativ qeydiyyat mərkəzlərinə gedərək də həyata keçirə bilər. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 alternativ qeydiyyat mərkəzi yaradılıb. Elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə ümumilikdə 82 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir.

Məktəbəhazırlıqda da vəziyyət eyni sürətlə davam edir. Əhatə dairəsinin genişləndirilməsi tezliklə bütün ölkə ərazisində məktəbəhazırlığa qəbulun elektron qaydada reallaşdırılacağından xəbər verir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi olan www.mektebeqebul.edu.az sayəsində  Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarının ümumi təhsil məktəblərinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada keçirilir. Elektron ərizənin qeydiyyatı prosesində valideynlər (qanuni nümayəndələr) məktəbi, təlim dilini və müəllimi seçmək hüququna malik olur. Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə (qanuni nümayəndələrə) alternativ qeydiyyat mərkəzlərində elektron qeydiyyatdan keçmək üçün kömək göstərilir.

Qeyd edək ki, əhaliyə göstərilən bu elektron xidmətin dairəsinin genişləndirilməsi həm də şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsinə töhfəsini verir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.

Təhsil sistemində elektron xidmətlərin tətbiqi valideynin sadəcə məktəbəqəbul prosesində işini rahatlatmayıb. Artıq 9 ildir ki, valideyn öz uşağına bu sistemin köməyi ilə nəzarət də edə bilir. Necə?

www.ael.edu.az səhifəsində şagirdin məktəbli kitabçası və davamiyyət jurnalı yerləşdirilib. Valideynlər öz uşağının qiymətləri, dərsə davamiyyəti haqqında məhz bu ünvandan məlumat əldə edirlər.

Hələlik 43 elektron məktəb üzrə şagird məlumatlarının valideynlər tərəfindən nəzarəti mümkünləşdirilib. Həmin təhsil müəssisələrində tədrisin idarəolunmasının avtomatlaşdırılması şagirdə qiymət qoyulduğu anda valideynin bundan xəbər tutmasına imkan yaradır. Qeyd edək ki, yaradılan proqram təminatı vasitəsi ilə hər bir valideyn elektron jurnalda yalnız öz övladının qiymətlərinə baxa bilir.

 

Şagirdlər kimi, müəllimlər də məktəbə "elektron yolla” gəlir

 

Məktəblərə sadəcə şagird qəbulu yox, elə müəllim qəbulu da elektron qaydada həyata keçirilir. Artıq 5 ildir ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına çevrilib. Öz şəxsi kabinetini açaraq bu ünvana "yerləşən” namizədlər üçün buradan məktəbə, müəllimliyə cəmi 4 addım - 4 mərhələ qalır. Başqa sözlə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müraciətlərin və sənədlərin qəbulu və imtahan, müsahibə nəticələri haqqında məlumatların verilməsi elektron sistem vasitəsi ilə aparılır. Bu xidmət ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini təmin edir.

5 il müəllim işlədikdən sonra isə iddialı namizədlər üçün hədəflər dəyişir. Hər müəllim öz peşəsində yüksəlmək istəyir. Hələ bu da elektron qaydadadırsa, tərəddüdə yer qalmır. www.miq.edu.az-a yenidən müraciət lazım gəlir. Çünki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu da www.miq.edu.az vasitəsi ilə aparılır.

Bu xidmət vasitəsi ilə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu, o cümlədən müsabiqə nəticələri haqqında məlumat elektron formada verilir. Namizədlərin sistemə daxil edilmiş məlumatları Nazirliyin müsabiqə komissiyaları tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Müsabiqənin nəticələri barədə məlumatı vətəndaş "Şəxsi səhifə”sindən əldə edə bilir.

 

Elektron köçürülmə

 

Elektronlaşma sadəcə ümumi təhsil pilləsində aparılmayıb. Artıq ali təhsili pilləsində də məşhurlaşan, tələbələrin güvənini qazanan elektron ünvanlar var. Məsələn, ölkə daxilində və xaricində yerləşən ali (bakalavr və magistratura səviyyələri üzrə), orta ixtisas təhsil müəssisələrindən köçürülmə sistemi - www.transfer.edu.az bir çox tələbələrin ümid yerinə çevrilib. Çünki Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələrin ixtisasının və ya təhsil alma formasının dəyişdirilməsi, bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi də elektron sistem vasitəsi ilə aparılır. Köçürülmə qış və yay tətili dövründə, ildə 2 dəfə həyata keçirilir. Müvafiq qaydalara əsasən, ixtisasın dəyişdirilməsi və ya bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olur.

Ali təhsil pilləsində daha bir elektron ünvan Təhsil Nazirliyinin SABAH qrupları layihəsini əhatə edir. Layihəyə tələbə qəbulu www.student.sabah.edu.az vasitəsilə həyata keçirilir. Elektron qeydiyyat sistemi SABAH qrupları üzrə vahid tələbə məlumat bazasının formalaşmasını, müsabiqə nəticələrinin emalını, məlumatların müxtəlif formada çeşidlənməsini, müsabiqənin bütün mərhələlərində tələbələrə elektron poçt vasitəsi ilə bildirişlərin göndərilməsini və SABAH qruplarına qəbul olunmuş tələbələrin yekun qeydiyyatının elektron qaydada aparılmasını təmin edir.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması üçün artıq 6 ildir ki, www.ani.edu.az fəaliyyətdədir. Yəni, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən sənədin də, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin də tanınması üçün tələb olunan müraciət forması www.ani.edu.az-da yerləşdirilib. Bu da o deməkdir ki, istənilən təhsil sənədinin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi elektron sistem vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, bu xidmət vasitəsi ilə diplom sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi də mümkündür.

Təhsilin elektron sistemində təhsil  sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması xidməti də var. Artıq 3 ildir mövcud olan bu xidmət diplom haqqında məlumatların elektron formada əldə olunması məqsədi ilə yaradılaraq "Elektron hökumət” portalında istifadəyə verilib (www.e-gov.az). İstifadəçi diplomun seriya və nömrəsinə görə, həmçinin, FİN-ə görə axtarış etməklə diplom haqqında məlumat əldə edə bilər.

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün Təhsildə inkişaf və innovasiyalar üzrə artıq III qrant müsabiqəsi keçirilir. Məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırmasından ibarət olan müsabiqənin nəticələrinin təhlili göstərir ki, indiyədək kifayət qədər məktəbi, müəllimi, şagirdi və valideyni əhatə edərək maraq və rəqabət mühitinin yaranmasına səbəb olub. Müsabiqəyə qatılanların coğrafiyası da genişdir: bütün Azərbaycan ərazisi. Bu ildən isə daha da genişlənəcəyi, əhatə dairəsinin artacağı, iştirakçı sayının çoxalacağı gözlənilir. Bu gözlənti tətbiq edilən yeniliklə bağlıdır. Belə ki, bu ildən müsabiqənin təşkilinin elektronlaşdırılması, müraciət və qiymətləndirmənin tamamilə elektron qaydada aparılması prosesin asanlığını, rahatlığını və şəffaflığını təmin edəcək. Müsabiqəyə qatılmaq istəyənlər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər. Saytın daha bir üstünlüyü iştirakçıların öz layihəsi üzərində son ana qədər işləyə bilməsini, dəyişiklik etmək imkanını təmin etməsidir.

Beləliklə, müsabiqə iştirakçılarının hər hansı şəxslə əlaqə yaratmasına gərək qalmadan, elektron qaydada həyata keçiriləcək. Bu da o deməkdir ki, layihə təqdim edən müəllimin və ya məktəbin qalib olana və onunla müqavilə bağlanana qədər hər hansı şəxslə əlaqəsi olmayacaq. Həyata keçirilən yenilik müsabiqənin təşkilinin effektivliyi ilə yanaşı, nəticələrinin də şəffaflığını təmin edəcək. Üstəlik, sadəcə şəffaflığın təmin edilməsi baxımından deyil, elektronlaşma elə vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından da olduqca əhəmiyyətlidir.

 

Elektronlaşma əlçatan edir

 

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) əlaqə ünvanları isə www.regionlist.edu.az-dadır. Bu yolla rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) koordinatlarını əldə etmək mümkündür. www.regionlist.edu.az portalına daxil olub istənilən rayon (şəhər) təhsil şöbələri, (əlaqə saxlamaq üçün elektron poçt ünvanı, əlaqə nömrəsi və ünvanı və s.), eləcə də şöbənin tabeçiliyində olan müəssisələr haqqında ümumi məlumatlar, yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.

Təhsil Nazirliyində Vətəndaş müraciətlərinin qəbulu və vəzifəli şəxslərin qəbuluna yazılması sistemi də elektronlaşıb. Belə ki, artıq həm şəxsən, həm də Təhsil Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada müraciət edib vəzifəli şəxslərin qəbuluna yazılmaq mümkündür. www.edu.gov.az-a  göndərilmiş müraciətlər "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və baxılır.

 

"Azərbaycan müəllimi" qəzeti




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
I sinfə şagird qəbulu davam edir

I sinfə şagird qəbulu davam edir

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Bu bölgələrdə I sinfə qəbul elektron formada həyata keçiriləcək

Bu bölgələrdə I sinfə qəbul elektron formada həyata keçiriləcək

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb.

Elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb.

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

I sinfə qəbul üçün müraciət edənlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün müraciət edənlərin sayı AÇIQLANDI

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bütün ölkədə 1-ci sinfə qəbulla bağlı - YENİLİK

Bütün ölkədə 1-ci sinfə qəbulla bağlı - YENİLİK

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır