Xəbərlər
15 aprel 2019
156

“Mən öz gələcəyimi seçirəm”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Mən öz gələcəyimi seçirəm”

 

 
Aprelin 15-də Bakı Dövlət Universitetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində "Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olunub.

Seminarın təşkil olunmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır.

Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının "Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E.Herron mühazirə oxuyub.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.

Sonra seminarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatın aparılmasına dair videofilm nümayiş etdirilib.

 Daha sonra müzakirələr aparılıb və xarici ekspert tərəfindən tələbələrin sualları cavablandırılıb.

Seminarda Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, daha 3  təhsil müəssisəsində - Bakı şəhəri 20 nömrəli məktəb-liseydə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Texniki Universitetində keçirilməsi planlaşdırılan seminarlarda 2000 nəfərə yaxın tələbə və məktəblilərin iştirakı nəzərdə tutulub.

Seminarlar Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının 7-ci bəndinin icrası ilə əlaqədar olaraq təşkil edilir.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Təhsildə şəffaflığın artırılmasına dair növbəti seminar keçirildi

Təhsildə şəffaflığın artırılmasına dair növbəti seminar keçirildi

Narkotik satan musiqi müəllimi həbs edildi

Narkotik satan musiqi müəllimi həbs edildi

Ağdaşda “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ağdaşda “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Məktəb direktorları üçün seminarlara başlanıb

Məktəb direktorları üçün seminarlara başlanıb

“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır

“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

LDU-da “Zərərli vərdişlərlə mübarizə usulları” ilə bağlı təlim keçirilib

LDU-da “Zərərli vərdişlərlə mübarizə usulları” ilə bağlı təlim keçirilib

LDU “Narkomaniyaya yox!” dedi

LDU “Narkomaniyaya yox!” dedi

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Suraxanı məktəbləri narkomaniyaya qarşı maarifləndirildi

Suraxanı məktəbləri narkomaniyaya qarşı maarifləndirildi

Məktəblilərə sosial bəlanın zərərli cəhətlərindən danışıblar

Məktəblilərə sosial bəlanın zərərli cəhətlərindən danışıblar

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Suraxanının polis rəisi məktəblilərə

Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

YADDAŞ  Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

YADDAŞ Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı