Xəbərlər
08 aprel 2019
2 027


Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

 

 
Aprelin 7-də "Frankofoniya həftələri” çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) "Frankofon universitet sərgisi 2019” keçirilib.

Sərginin açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Fransa əlaqələrinin tarixindən, eləcə də iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan danışıb. Qeyd edib ki, müasir dövrdə iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni zirvədədir. Azərbaycanın 345 orta məktəbində 59947 şagird fransız dilini xarici dil kimi öyrənir, 7 ali təhsil ocağında fransız dili xarici dil kimi tədris edilir. Bakı Slavyan Universitetində V.Hüqo adına fransız dili və mədəniyyəti mərkəzi, Azərbaycan Dillər Universitetinin nəzdində Fransa məlumat mərkəzi Azərbaycanda fransız dilinə və ədəbiyyatına diqqət yetirilməsinə imkan yaradır. "SABAH” qruplarında 2015-2018-ci illərdə Fransa səfirliyinin dəstəyi ilə fransız müəllimlər tərəfindən bu dil tədris edilib. Habelə 2011-ci ildə Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü və dəstəyi ilə yaradılmış Bakı Fransız Liseyi uğurla fəaliyyət göstərir. Hazırda liseydə 150 şagird təhsil alır. Azərbaycan-Fransız Universitetində 400-dən çox tələbə təhsil alır. Burada hər il dövlət sifarişi ilə yerlər ayrılır. Cari tədris ilində universitetə qəbul edilmiş 160 nəfərdən 120-si dövlət sifarişi əsasında təhsil alır. Bu universitetin maddi-texniki bazası ən yüksək səviyyədə olub, müasir tələblərə cavab verir. UFAZ həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomunu verə bilir. İkili diplom proqramlarının tətbiqində UFAZ-ın fəaliyyəti Azərbaycan üçün bir nümunədir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əsas istiqamətlərdən biri də ikili diplom proqramının tətbiqi ilə bağlıdır. Bizim digər universitetlərimiz, məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti də Fransa universitetləri ilə bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər. Bunlar iki ölkə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin çox güclü olduğunu göstərir. Bu əlaqələrə bariz nümunələrdən biri olan "Frankofon universitet sərgisi 2019” da əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı qeyd edib ki, XIX əsrin axırlarında Bakıda əsas xarici dil kimi fransız dili xüsusi yer tutub. Bu fakt hələ o dövrdə iki xalqın mənəvi cəhətdən bir-birinə yaxın olduğunu göstərir. Eləcə də Azərbaycan Xalq Cümhuriyyət dövründə Azərbaycan müstəqil dövlət kimi öz sözünü məhz Parisdə deyə bilib. Sonrakı dövrdə Fransa Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk dövlətlərdən olub. Azərbaycan-Fransız Universiteti fransız dilini, mədəniyyətini Azərbaycana gətirmək baxımından çox gözəl layihədir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu layihənin bir hissəsi olmaqdan qürur duyur. Məqsədimiz UFAZ-ın keyfiyyətini daha yüksəyə qaldırmaqla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bütün proqramlarını, bütün tələbələrini həmin səviyyəyə gətirməkdir.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez "Frankofon universitet sərgisi”nin Bakıda ikinci dəfə təşkilindən məmnunluğunu bildirib. Qeyd edib ki, dünyanın 120 ölkəsində 900-dək frankofon universitet mövcuddur. UFAZ ən uğurlu universitet modelllərindən biridir və Fransada bir nümunə olaraq təqdim edilir. UFAZ-da təhsil alan tələbələrin qarşısında geniş imkanlar mövcuddur. Eləcə də Azərbaycan məktəblərində fransız dili yüksək səviyyədə tədris edilir.

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Moldova səfiri George Leuka öz ölkələrində fransız dilinin tədrisi ilə yanaşı, Azərbaycanla təhsil sahəsində əməkdaşlıqdan da söz açıblar. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin "Erasmus+” proqramından danışıb, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.

Tədbir iştirakçıları sərgi ilə tanış olublar.

"Frankofon universitet sərgisi” 2018-ci ildə Bakıda Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Beynəlxalq Frankofoniya Təşkilatının bir sıra üzv və müşahidəçi ölkələrinin əməkdaşlığı çərçivəsində yaradılıb. Azərbaycanda "Frankofoniya həftələri” çərçivəsində keçirilən bu tədbirin məqsədi iştirakçı universitetlərin ali təhsil imkanlarını təqdim etməklə fransız dilinin öyrənilməsinin üstünlüyünü vurğulamaqdan ibarətdir.

Daha sonra sərgi iştirakçıları təqdimatlar ediblər.Azərtac

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçildi

ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçildi

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...