Xəbərlər
25 mart 2019
99

“Rektor məni iclasda təhqir etdi və...”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Xəzər Universitetində müəllim və rəhbərlik arasında yaranan qalmaqal hələ də aktuallığını qoruyur.

Fəlsəfə doktoru Mail Yaqub bir sıra məsələlərə etiraz əlaməti olaraq işdən ayrılandan sonra Xəzər Universiteti tərəfindən müəllim barədə ağır ittihamlar səsləndirilib.

Universitetdən verilən açıqlamaya görə, Mail Yaqub çalışdığı müəssisədə gənc həmkarlarına və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan biri olub.

Müəllim isə haqqında səsləndirilən ittihamların heç birində həqiqət payı olmadığını qeyd edir:

"Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var.  Birincisi, "Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib” - bunun cavabı bəllidir. Əgər belə idisə, 11 ildir, universitetdə çalışıram, niyə məni çıxarmamısınız? Deməli, siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanət  etmisiniz.

İkincisi, "universitetdə Mail Yaqubdan 10 dəfə çox maaş alan müəllimlər var” – bu da ağ yalandır. Çünki bir qrupa ən çox maaşı  hələ guya mənə yazırdılar(160 manat). Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlər məndən də az əmək haqqı alırlar. Onlara bir qrup üçün 110-120 manat pul yazırlar. 

Üçüncüsü, "Mail Yaqub məhz bu hərəkətlərinə görə kafedra müdirliydən uzaqlaşdırılıb”- bu da iftiradır. 2013-2015-ci illərdə mən orada kafedra müdiri olmuşam. Kafedra müdirliyindən öz istəyimlə istefa verib çıxmışam. Hətta təkid edirdilər ki, qal. Çıxma səbəbim maaşla bağlı idi. Aya 500 manat maaş yazırdılar. Bu məbləğ mənim bir aylıq xərcim deyil, 1500-2000 yazın ki, səhərdən axşama qədər burda oturum. Başqa bir səbəb də var: Hamlet İsaxanlı ora iranlı bir rektor gətirmişdi. Həmin rektor məni iclasda təhqir etdi. Onun təhqirlərinə cavab olaraq kafedra müdirliyindən çıxdım ki, iclaslarda iştirak etməyim. Hətta İsaxan İsaxanlı qalmağımla bağlı təkid etdi”.

M.Yaqub səsləndirilən ittihamların digərlərindən də söz açıb:

"Universitetin ittihamlarında yazılır ki, bircə Fəlsəfəyə giriş dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis..”– bu da yalandır. Burada dərslərin 50-60 faizi Azərbaycan dilində keçirilir.  Ali məktəbdə 11 il müddətində 5 fənn üzrə dərs keçmişəm: Fəlsəfəyə  giriş, Əxlaq fəlsəfəsi, Din fəlsəfəsi, Sosiologiya və Müasir Avropa fəlsəfəsi. Bu 5 fənni 11 il ərzində 4 mindən çox tələbəyə tədris etdim. Orda məndən başqa Azərbaycan dilində tədrislə məşğul olanlar kifayət qədərdir.

İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Ona görə  həmin müəllimlərin bir çoxu universitetdən çıxıb. Bu adamlar universitetdən yığdığı milyonlarla pulla başqa axmaq istirahət mərkəzləri yaratmağın fikrini çəkmək əvəzinə, mənə şər-böhtan yağdırırlar. Bu, küçə adamlarının işidir. Mən bu səviyyəsizliyi onlardan gözləmirdim.  "Xəzər”də rektor heç kimdir, əsas iki nəfər qərar qəbul edir: İsa İsaxanlı və Hamlet İsaxanlı. İstefadan qabaq rektorla danışdım, vəziyyəti izah etdim. Heç fikrimi də öyrənmədilər, xəbərsiz başqa müəllim çağırdılar. Bu biabırçılıqdır.

Digər bir nüans "Mail Yaqub cahilliyə çağırır” iddiası isə lap dəhşətdir. Əgər mən cahilliyə çağırırdımsa, niyə 11 ildir, mənə icazə verirdiniz? Ayıbdır, ən azı professor adından utansınlar!”.

Xəzər Universitetin təsisçisi və direktorlar şurasının sədri Hamlet İsaxanlı universitetin keçmiş əməkdaşı Mail Yaqubla yaranan qalmaqala tam aydınlıq gətirib:

"Bu adam əxlaqsızlığa görə qovulub. Gərək öz ayıblarının üstünü açmayaydı. Buna dərs vermək istəməyiblər. O özü bizə yalvarıb ki, mənə bir dərs verin. Bir dərsə də nə qədər maaş verilməlidirki? "Xəzər universiteti yüksək məvacib verir. İndi əməkhaqqı rəsmi verilir, vergilərdə də yoxlatmaq olar. Onu universitetdən qovmaq haqda qərar çıxarıblar. Şikayətlər, yazılmış müraciətlər və bütün sənədlər, hətta nizam- intizam komissiyasının da rəyi var. Ləyaqətsiz bir hərəkət edib, ona görə də qovulub. Sadəcə nəyə görə qovulduğunu gizlədib. Bütün olanlar sənədləşdirilib.”

Hamlet İsaxanlı Mail Yaqubun istirahət mərkəzləri ilə bağlı səsləndirdiyi ittihamlar barədə də danışıb:

Bütün universitetlərin istirahət mərkəzləri olduğu kimi, Xəzər Universitetinin də rəsmi oteli var. Bu otel mənə yox, ali məktəbə məxsusdur. Bu məsələlərə qarışmıram və universitetin idarə heyəti sədri kimi ali təhsil müəssisəsinin inkişafı ilə məşğulam. Bu adam ömür boyu mənə yaltaqlanan insan olub. Mənim də yaltaqlanan adamdan zəhləm gedir. Çünki, onlar sürüşkən olurlar. Onu başa düşürəm, çox pis vəziyyətdə qalıb. Çox pis şeyə görə qovulub. Ona görə də belə açıqlamalar verib.

Xatırladaq ki, Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

Alim istefasına sosial şəbəkə hesabında aydınlıq gətirib.

Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir. Ödənişin ödənilməsində isə tələbəyə hər hansı güzəşt edilmir.

Mail Yaqubun açıqlaması isə növbəti bir məsələyə aydınlıq gətirib. Belə ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla). Əvvəlcə haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

Xəzər Universiteti isə mediaya açıqlamasında alimin ittihamlarını rədd etməklə yanaşı, onu başqa məsələlərdə də suçlayıb. Universitetdən verilən məlumata görə, alim dərs zamanı tədris etdiyi predmeti deyil, dərsdənkənar dini məsələləri təbliğ edirmiş. İttihamlar arasında müəllimin universitetdə əxlaqsız hərəkətlərə yol verməsi də göstərilir.azedu.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Alim  universitetdən  İSTEFA VERDİ - Sarsıdıcı açıqlama

Alim universitetdən İSTEFA VERDİ - Sarsıdıcı açıqlama

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək

Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul artıb

Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul artıb

Pedaqoji universitetdə özbaşınalıq – “Kafedra müdiri arvadının istəyi ilə…”

Pedaqoji universitetdə özbaşınalıq – “Kafedra müdiri arvadının istəyi ilə…”

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Təsisçi və baş redaktor:Elşən Qafarov

Təsisçi və baş redaktor:Elşən Qafarov