Xəbərlər
20 mart 2019
2 733


Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

 

 
Nazirlər Kabineti "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nı təsdiq edib.

Standartlar cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmununu; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin idarə olunmasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin maddi-texniki bazasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin infrastrukturunu; təhsilverənlərin keyfiyyətgöstəricilərini; təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

Bu standartlar Azərbaycan ərazisində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə və xüsusi peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur. Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə əsasən peşəsi və ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və peşə hazırlığı həyata keçirilir.

Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur.

Bu standartlar 5 ildən bir yenilənir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmunu peşə təhsilinin dövlət standartlarına uyğun olaraq təşkil edilir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tədris ili 2 yarımildən ibarətdir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Xüsusi peşə təhsili müəssisələrində təhsilalanların komplektləşdirilməsindən asılı olaraq, tədris prosesi ilin istənilən vaxtında başlana bilər. Dərs ili ərzində qış tətili 8 gündür.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir. Tədris emalatxanalarında praktik məşğələlər zamanı təlimin birinci ilində hər 45 dəqiqədən, təlimin ikinci və sonrakı illərində hər 90 dəqiqədən sonra 10 dəqiqə fasilə verilir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Şuranın iclaslarında təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq təlim-tərbiyə, tədris prosesinin təşkili və həyata keçirilməsi, işəgötürənlərlə qarşılıqlı əlaqələr, innovativ pedaqoji ideyaların və istehsalat yeniliklərinin tətbiqi, sağlam psixoloji mühit və təhlükəsiz şəraitin yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, maliyyələşmə ilə bağlı məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması, həvəsləndirmə, mükafatlandırma istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinə və xüsusi peşə təhsili müəssisəsinə Təhsil Nazirliyi ilə razılaşdırmaqla, nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən vəzifəyə təyin edilən şəxs rəhbərlik edir.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Müəllimlər  diaqnostik qiymətləndirilmədən keçəcək.

Müəllimlər diaqnostik qiymətləndirilmədən keçəcək.

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə məktəblərinə imtahansız qəbul

Peşə məktəblərinə imtahansız qəbul

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Bu müəllimlər imtahan verəcək

Bu müəllimlər imtahan verəcək