Xəbərlər
15 mart 2019
2 005


Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

 

 
Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasında səfərdədir.

Səfərdə məqsəd 14-15 mart 2019-cu il tarixlərində Bişkek şəhərində keçirilən Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin təhsil nazirlərinin V iclasında iştirak etməkdir.

İclasda Qırğız Respublikasının təhsil və elm naziri Gulmira Kudaiberdiyeva, Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Mustafa Safran, Qazaxıstan Respublikasının təhsil və elm nazirinin müavini Rüstəm Bigari və Türk Akademiyasının prezidenti Darkhan Kydyrali iştirak edib. Macarıstanın İnsan Resursları Nazirliyinin təhsil üzrə dövlət katibi Jozsef Bodisin iclasa müşahidəçi qismində qatılıb.

İclasda Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) fəaliyyəti, o cümlədən, TÜRKÜNİB-in Orxun Mübadilə proqramı, Universitetlərin 2-ci İdman Yarışları, yeni universitetlərin birliyə qəbulu və Macarıstan hökuməti tərəfindən təqdim edilən təqaüd proqramları, eləcə də  Türk Şurasına üzv dövlətlərin məktəblilərinin 3-cü mübadilə proqramının həyata keçirilməsi və orta məktəblər arasında "Qardaşlaşmış məktəblər” layihəsinə dair məsələlər müzakirə edilib. 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc təşkilat olduğunu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyini vurğulayıb. Məhəbbət Vəliyeva deyib ki, bunun əsas səbəbi üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olmasıdır. TDƏŞ çərçivəsində həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran nazir müavini ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına və Beynəlxalq Türk Akademiyasına minnətdarlığını ifadə edib.

Nazir müavini səfər çərçivəsində martın 15-də Bişkekdə keçirilən  Türk Akademiyası Elmi Şurasının II iclasında iştirak edib. 28 noyabr 2014-cü il Təhsil Nazirlərinin Bakı görüşündə "Türk Akademiyasının Elmi Şurası”nın yaradılmasına dair qəbul edilmiş qərara əsasən, Elmi Şuranın üzvləri üzv ölkələrin təhsil nazirləridir. Elmi Şuranın İclasında ortaq türk tarixi, coğrafiyası və ədəbiyyat dərslikləri,  "Türk dünyasının 100 dahi insanı” və "Türk dünyasının müqəddəs torpaqları” layihələri, eyni zamanda 2019-cu ildə  türk dünyası təhsili üçün önəmli olan hadisələrin qeyd edilməsi məsələləri müzakirə olunub.

TDƏŞ-ə üzv dövlətlərin təhsil nazirlərinin VI iclasının əlifba sırasına uyğun olaraq 2020-ci ildə Türkiyə Respublikasında keçirilməsi nəzərdə tutulub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də

UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Nazir müavini cəbhə bölgəsində

Nazir müavini cəbhə bölgəsində

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Təhsil  nazirinin yeni  müavini təyin edildi.

Təhsil nazirinin yeni müavini təyin edildi.