Xəbərlər / Magistr
15 mart 2019
2 256


Magistraturaya qəbulun şərtləri dərc olundu

Magistraturaya qəbulun şərtləri dərc olundu

 

Dövlət İmtahan Mərkəzi (DİM ) "Magistr" jurnalının 3-cü nömrəsini nəşr edib. 

Mərkəzdən Aztehsil.com  verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2019/2020-ci tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunub.

Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra, ilk növbədə, "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli vasitəsilə bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.

Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçməyə hüququnun olduğu ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

DİM-in Direktorlar Şurasının 12 mart 2019-cu il tarixində keçirilən iclasında müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün magistraturaya qəbul imtahanının I mərhələdəsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barəsində qərar qəbul olunmuşdur.

Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın bu nömrəsində təqdim olunub. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində test imtahanı əvəzinə verəcəkləri qabiliyyət imtahanları barəsində ətraflı məlumatla və müvafiq imtahan proqramları ilə də jurnalın bu sayında tanış olmaq mümkündür.

Azərbaycan dilində olan jurnalı M.Müşfiq küçəsi, 1M,  A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar. 

Rus dilində olan jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr etmişdir

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr etmişdir

Magistraturaya imtahan verənlərin nəzərinə

Magistraturaya imtahan verənlərin nəzərinə

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr etmişdir

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr etmişdir

DİM “Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini nəşr etmişdir

DİM “Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini nəşr etmişdir

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini nəşr etmişdir

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini nəşr etmişdir

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

Magistraturaya ixtisaslaşmalar üzrə keçid balları açıqlanıb

Magistraturaya ixtisaslaşmalar üzrə keçid balları açıqlanıb

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

“Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini DİM-in saytından əldə edə bilərsiniz

“Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini DİM-in saytından əldə edə bilərsiniz

“Abituriyent” jurnalının xüsusi buraxılışı çap olunmuşdur

“Abituriyent” jurnalının xüsusi buraxılışı çap olunmuşdur

Ali məktəblərin boş qalan yerlərinə keçid balları açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə keçid balları açıqlanıb

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Abituriyentlərin nəzərinə - Mütləq OXUYUN!

Abituriyentlərin nəzərinə - Mütləq OXUYUN!

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı