Xəbərlər / Abituriyent
12 mart 2019
2 794


Bu şagirdlərin nəticələri ləğv olunacaq

Bu şagirdlərin nəticələri ləğv olunacaq

 

 
10 martda respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib.

Mart ayından start götürən imtahanlar bölgələr üzrə fərqli tarixlərdə baş tutur.

Son günlər sosial şəbəkələrdə imtahanlarla bağlı müxtəlif şaiyələr yayılıb. Abituriyentlər iddia edir ki, imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlər internetdə imtahana düşən sualları paylaşırlar.

İddialara görə, həmin şagirdlərdən sualları əldə edən bəzi müəllimlər yutub kanalları və ya feysbukda abituriyent qrupları vasitəsilə cavabları və sualların həll yollarını insanlara təqdim edirlər.

İmtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır.

Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni  yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə "yardım” etməyə çalışır.

Bəs qeyd olunan iddialar nə dərəcədə düzgündür? Ümumiyyətlə, belə hadisələr Dövlət İmtahan Mərkəzi tərəfindən aşkarlandıqda hansı tədbirlər görülür?

Mövzuyla bağlı DİM-in mövqeyi qəti və sərtdir.

Sektor müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağandır. Onun sözlərinə görə, bu kimi qeyri-qanuni hallar aşkar olunduğu təqdirdə, şagird mütləq şəkildə cəzalandırılır:

"Əgər hər hansı vasitə ilə sual kitabçası imtahandan çıxarılarsa və fakt Dövlət İmtahan Mərkəzi tərəfindən aşkarlanarsa, həmin şagirdin imtahan nəticələri birmənalı şəkildə ləğv olunacaq”.

DİM müxtəlif tarixlərdə  keçirilən buraxılış imtahanlarında istifadə olunan sualların, yalnız çətinlik dərəcələrinin eyni olduğunu da nəzərə çatdırıb. Bu, o deməkdir ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir.

Qeyd edək ki, martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir, Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Martın 17-də keçiriləcək imtahan üçün buraxılış vərəqələrinin çapına başlanılıb

Martın 17-də keçiriləcək imtahan üçün buraxılış vərəqələrinin çapına başlanılıb

Buraxılış imtahanlarının birinci mərhələsi yekunlaşır

Buraxılış imtahanlarının birinci mərhələsi yekunlaşır

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

İmtahanda iştirak edəcək şagirdlərin - NƏZƏRİNƏ

İmtahanda iştirak edəcək şagirdlərin - NƏZƏRİNƏ

Buraxılış vərəqini çap edə bilərlər

Buraxılış vərəqini çap edə bilərlər

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

XI sinif şagirlərinin attestatları yaxın günlərdə veriləcək - RƏSMİ

XI sinif şagirlərinin attestatları yaxın günlərdə veriləcək - RƏSMİ

Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

DİM magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

DİM magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

Sabah 9-cu siniflər buraxılış imtahanı verəcək

Sabah 9-cu siniflər buraxılış imtahanı verəcək

Şagirdlərin nəzərinə! - Martın 11-də buraxılış imtahanı keçiriləcək

Şagirdlərin nəzərinə! - Martın 11-də buraxılış imtahanı keçiriləcək

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün 37 min şagird buraxılış imtahanı verir

İyunun 17-də 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

İyunun 17-də 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Şagirdlər imtahana  bu  sənədləri gətirməlidirlər

Şagirdlər imtahana bu sənədləri gətirməlidirlər

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

İmtahanların siyahısı

İmtahanların siyahısı

Sabah 18 şəhər və rayonda 23579 abituriyent imtahan verəcək

Sabah 18 şəhər və rayonda 23579 abituriyent imtahan verəcək