Xəbərlər, Orta ixtisas
11 mart 2019
104

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 39700 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

DİM-dən ONA-ya verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Martın 11-dən  etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə "scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu imtahanın nəticələri 2 il qüvvədə olacaq

Bu imtahanın nəticələri 2 il qüvvədə olacaq

Buraxılış imtahanlarında bəzi texniki qüsurlar

Buraxılış imtahanlarında bəzi texniki qüsurlar

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

28 mindən çox abituriyent sınaq imtahanı verəcək

28 mindən çox abituriyent sınaq imtahanı verəcək

Çox çətinləşdirilən detallar

Çox çətinləşdirilən detallar

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

70 min şagird buraxılış imtahanı verəcək

70 min şagird buraxılış imtahanı verəcək

Imtahanının II mərhələsi başa çatıb.

Imtahanının II mərhələsi başa çatıb.

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Şagirdlərin nəzərinə! - Martın 11-də buraxılış imtahanı keçiriləcək

Şagirdlərin nəzərinə! - Martın 11-də buraxılış imtahanı keçiriləcək

DİM 9-cuların imtahanları ilə bağlı məlumat yaydı

DİM 9-cuların imtahanları ilə bağlı məlumat yaydı

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib – YENİLƏNİB

9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib – YENİLƏNİB

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

DİM bu rayonlarda buraxılış imtahanı keçirib

DİM bu rayonlarda buraxılış imtahanı keçirib

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib