Xəbərlər
05 mart 2019
2 900


Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

 

 
Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində "Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk "Novruz mühazirəsi” keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov, universitetin professor-müəllim heyəti, rayonun təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak edib.

Əvvəlcə mühazirə iştirakçıları Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş kimya və biologiya laboratoriyaları, müəllimlər üçün qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tədris korpusunun tikintisi ilə tanış olublar.

Universitetin turizm tədris-təcrübə bazasının ərazisində BDU-nun 100 illik yubileyi münasibəti ilə 100 ağac əkilib.

Tədbir daha sonra Lənkəran Dövlət Universitetinin akt zalında davam edib.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov tədbiri açaraq iştirakçıları salamlayıb. "Novruz mühazirələri”nin əhəmiyyətindən bəhc edən Natiq İbrahimov belə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.  

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Təhsilin cəmiyyətin bünövrəsi olduğunu deyən nazir müavini tərəqqi və inkişafın məhz bu bünövrədən başladığına diqqət çəkib. Məhəbbət Vəliyeva qeyd edib ki, şagirdlərin azərbaycançılıq məfkurəsinə sadiqlik, vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir təhsil işçisinin ümdə vəzifəsi olmalıdır.

Nazir müavini 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin Azərbaycanın təhsil tarixində mühüm yerə malik olduğunu bildirib. Qeyd edib ki, BDU-nun keçdiyi şərəfli yol və ənənələri digər universitetlərə də örnək olmalıdır. Nazir müavini BDU-nun mənəvi varisi olan Lənkəran Dövlət Universitetinin də bu ənənələrə sadiq qalacağına əminliyini bildirib.

Nazir müavini həmçinin Lənkəranda yerləşən ümumi təhsil müəssisələrinin LDU-nun texniki bazasından istifadə etdiklərini təqdir edib. Bildirib ki, universitetlərlə ümumi təhsil müəssisələrinin əlaqəsinin artırılması zəruridir.  

Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərovun təqdimatında "Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” adlı "Novruz mühazirəsi” dinlənilib. Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, tarixi, inkişaf mərhələri barədə danışıb. Bildirib ki, Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol Azərbaycanın elm tarixinin parlaq səhifəsidir.

Anar İsgəndərov vurğulayıb ki, 100 illik tarixi dovrundə BDU-nu 174500 tələbə bitirib, onların 4200-ə qədəri əcnəbilərdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda BDU məzununun işləmədiyi dövlət qurumu yoxdur.

Anar İsgəndərov bu elm məbədinin mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə də danışıb.

Daha sonra çıxış edən təhsil eksperti Şahlar Əsgərov, kimya elmləri doktoru Əfsun Şucayev, Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva "Növruz mühazirələri”nin fəlsəfəsi və əhəmiyyətindən danışıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyinə əminliklərini bildiriblər.

Sonra universitetin 1 saylı tədris korpusunda müasir avadanlıqlarla təchiz edilmiş "Baytarlıq”, "Qida məhsulları texnologiyası”, "Qida təhlükəsizliyi və ekologiyası” və "Aqrokimya” laboratoriyaları və sitrus bağı ilə tanışlıq olub.

Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

"Novruz mühazirələri”nin informasiya dəstəyi Real televiziyasına və Onlayn Xəbər Agentliyinə (ONA) məxsusdur
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin təşkilatçılığı ilə mühazirələr başlanılacaq.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə mühazirələr başlanılacaq.

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib

Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

Amerikalı qonaq Lənkəran Dövlət Universitetində-Fotolar

Amerikalı qonaq Lənkəran Dövlət Universitetində-Fotolar

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

LDU-da AXC-nin 100 illik yubileyi  ingilis dilində qeyd olunub - FOTOLAR

LDU-da AXC-nin 100 illik yubileyi ingilis dilində qeyd olunub - FOTOLAR

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib