Xəbərlər / Abituriyent
03 mart 2019
2 518


Şagirdlərin nəzərinə! -Mütləq oxuyun

Şagirdlərin nəzərinə! -Mütləq oxuyun

 

 
Xəbər verdiyimiz kimi bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçiriləcək.
 
İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və  transportir) gətirməyi unutmayın;
 
"İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;
İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;

Sual kitabçasını və cavab vərəqlərini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır; 

 "Sual kitabçası”nda 45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir. Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır;

Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır;

 "Cavab vərəqləri” 2 hissədən ibarətdir:

-       I hissə – qapalı tipli tapşırıqlar üçün;

-       II hissə – ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün.

Birinci hissə xarici dili fənnindən 1-4 və 7-11, Azərbaycan dili fənnindən 16-20 və 26-30 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İkinci hissə xarici dili fənnindən 5-6 və 12-15, Azərbaycan dili fənnindən 21-25 və 31-35, riyaziyyat fənnindən 36-45 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

Səhv cavabların nəticələri düz cavablara təsir etmir;

1-4, 7-11, 16-20, 26-30 nömrəli tapşırıqlar qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlarda 5 cavab variantından yalnız biri doğrudur. Doğru bildiyiniz variantı seçib "Cavab vərəqləri”nin I hissəsində həmin sualın nömrəsinə uyğun sətirdə müvafiq dairəni qaralayın. İki və daha artıq dairə qaralanarsa, cavab səhv hesab edilir;

5-6, 12-15, 21-25, 31-35, 36-45 nömrəli tapşırıqlar ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqların həllərini və cavablarını "Cavab vərəqləri”nin II hissəsində həmin tapşırıqların cavablandırılması üçün ayrılmış hissədə səliqəli və oxunaqlı xətlə yazın;

Dinləmə mətni üzrə təqdim olunmuş 1-6 nömrəli tapşırıqları cavablandırmazdan əvvəl nəzarətçinin audioqurğuda səsləndirdiyi mətni diqqətlə dinləyin;

Dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsi aşağıdakı mərhələlərdə aparılır:

-       Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə;

-       Dinləmə mətninin ilk dəfə səsləndirilməsi;

-       Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə;

-       Dinləmə mətninin ikinci dəfə səsləndirilməsi;

-       Dinləmə mətni üzrə verilən tapşırıqların yerinə yetirilməsi.

Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək;

Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Nəzərə alın ki, həlliyazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da "0” (sıfır) balla qiymətləndiriləcək;

43-45 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;

Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın;

Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Şagirdlərin nəzərinə!

Şagirdlərin nəzərinə!

DİM xəbərdarlıq etdi - İmtahanda bunlar qadağandır

DİM xəbərdarlıq etdi - İmtahanda bunlar qadağandır

Buraxılış imtahanında iştirak edəcək şagirdlər üçün TÖVSİYƏLƏR

Buraxılış imtahanında iştirak edəcək şagirdlər üçün TÖVSİYƏLƏR

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

"Buraxılış"da dinləmə mətniylə bağlı hansı şəraitlər yaradılacaq? -DETALLAR

"Buraxılış"da dinləmə mətniylə bağlı hansı şəraitlər yaradılacaq? -DETALLAR

28 mindən çox abituriyent sınaq imtahanı verəcək

28 mindən çox abituriyent sınaq imtahanı verəcək

XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

Sabah   ilk sınaq imtahanı keçiriləcək

Sabah ilk sınaq imtahanı keçiriləcək

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

Bakıda 10-cuların monitorinq imtahanı keçiriləcək

Bakıda 10-cuların monitorinq imtahanı keçiriləcək

Buraxılış və qəbul imtahanlarındakı dinləmə suallarının əsas çətinliyi nədir? – Aktual SORĞU

Buraxılış və qəbul imtahanlarındakı dinləmə suallarının əsas çətinliyi nədir? – Aktual SORĞU

İyulun 26-ı imtahan verən abituriyentlərin nəzərinə

İyulun 26-ı imtahan verən abituriyentlərin nəzərinə

3 fevral sınaq imtahanı keçiriləcək.

3 fevral sınaq imtahanı keçiriləcək.

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Abituriyentlərin NƏZƏRİNƏ: Yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək

Abituriyentlərin NƏZƏRİNƏ: Yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək

DİM 6 minə qədər şagird üçün monitorinq imtahanı keçirəcək

DİM 6 minə qədər şagird üçün monitorinq imtahanı keçirəcək

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar